BU FİLM İDEYASINA GÖRƏ AZƏRBAYCAN KİNO MƏKANINDA YEGANƏDİR – “VİRTUAL SEVGİ” FİLMİNİN “ORXAN” OBRAZINA CAN VERƏN İSTEDADLI AKTYOR YAQUB RZAYEV
Elşən İsmayıl tərəfindən "Müsahibə" bolməsinə 17:24 15 mart 2021 tarixində əlavə olunmuşdur

BU FİLM İDEYASINA GÖRƏ AZƏRBAYCAN KİNO MƏKANINDA YEGANƏDİR – “VİRTUAL SEVGİ” FİLMİNİN “ORXAN” OBRAZINA CAN VERƏN İSTEDADLI AKTYOR YAQUB RZAYEV

 

Saytımız artıq bir müddətdir çəkilişləri gedən və 25 MARTDA “QAM COMPANY” kanalında yayımlanması planlaşdırılan yeni, maraqlı süjet xətti ilə diqqət çəkən “VİRTUAL SEVGİ” psixoloji dramının əsas obrazlarından “ORXAN” obrazına can verən istedadlı aktyor YAQUB RZAYEV ilə apardığımız müsahibəni sizlərə təqdim edir:

 

1. Müasir Azərbaycan kinosu haqqında fikirləriniz.

Çox müsbətdir. Kifayət qədər istedadlı, peşəkar insanlar və keyfiyyətli filmlər saya bilərəm.

Əsasən də, İlqar Nəcəf, Elçin Musaoğlu, Şamil Əliyev və Ru Hasanov kimi rejissorların beynəlxalq festivallar üçün çəkdiyi filmləri isə kinomuz adına çox yüksək qiymətləndirirəm. Bu insanlar az büdcə ilə necə gözəl işlər görüldüyünü beynəlxalq arenada sübut etdi. Bundan sonra da Azərbaycan kinosunun maliyyə dəstəkləri ilə daha böyük zirvələrə çatacağına ümidlərim var.

 

2. Bu gün dünya kinosu sizcə nə yerdədir?

Müasir dünya kinosu dedikdə, mənim üçün Netflix daha çox yada düşür. Qısa zaman ərzində gördüyü işlərlə milyonlarla insanı özünə cəlb etməyi bacardı və izləyicilərinin rəğbətini qazandı. Hal-hazırda da dünya kinosu sürətlə irəliləyir, inkişaf edir, yeni metodlar kəşf olunur. Kinonun inkişafı isə bilavasitə insanların mənəvi dünyasının zənginləşməyinə gətirib çıxarır.

 

3. Bu film haqqındakı düşüncələriniz?

İlk öncə filmin müəllifi Elşən İsmayıl haqqında danışmaq istərdim.

E. İsmayıl, hüquqi, yaradıcı dünyagörüşünə və həm tarixi, həm də müasir dünya təfəkkürünə malik olan insandır. Onun gördüyü işə və komanda üzvlərinə olan hörməti, sevgisi ilə xarakterizə etmək olar. “VİRTUAL SEVGİ” filminə gəldikdə isə, çox maraqlı bir işdir və ideya olaraq Azərbaycanda təkdir. Ümid edirik tamaşaçıların da rəğbətini qazanar.

 

4. Rolunuz haqqında qısaca...

Fırıldaqçı, hiyləgər, amma bir o qədər də ürəyi təmiz bir personajı canlandırmağa çalışmışam. Nə qədər uğurlu alınıb - onu tamaşaçının ixtiyarına buraxıram.

 

5. Hansı xarakterli obrazlara daha çox simpatiyanız var?

Bütün obrazları sevirəm yetər ki, aktyor obrazının haqqını versin. Ələlxüsus, tamaşaçını inandırsın.

İzlədiyim filmlərdə də hekayədən çox aktyor oyunlarına fikir verirəm. Obrazlar dramaturji cəhətdən tamamlanıbsa, filmi bəyənirəm. Janr kimi isə daha çox dedektiv-triller və dramı sevirəm.

 

6. Filmdən gözlətiləriniz.

Gözləntilərimiz təbii ki filmin izləyicilər tərəfdən maraqla qarşılanmasıdır. Belə olduğu halda biz növbəti işlərə də daha həvəslə və peşəkarcasına yanaşa bilərik.

 

7. Azərbaycan izləyicisinə nə demək istərdiniz?

Azərbaycan izləyicisinə: çoxlu filmlərə baxmağı, mütaliə etməyi, hər şey normala döndükdən sonra kinoteatra, teatra getməyi məsləhət görürəm. Sadaladıqlarım insanın şəxsiyyət kimi formalaşmasında əsas yer tutur.

 

8. Yaradıcılıq planlarınız.

İlk növbədə təhsil almaq. Təhsil dedikdə hansısa ali məktəb ocağını nəzərdə tutmuram (ola da bilər). Ən azından bu sahədə öz sözünü demiş ustadlardan dərs almaq, püxtələşmək fikrim var. Daha sonra özümün istəyi olan və ya təklif edilən obrazları canlandırmaq və nəhayət, öz filmimi çəkmək kimi planlarım var.

 

Filmin treyleri:

 

1-     

2-    

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+13=
Hesaba giriş
Müəllif

Elşən İsmayıl
Haqqında
GƏNC ƏDİB VƏ KİNO İNSANI
Əlaqə
E-mail:
ismayilelshan@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.019 saniye