BU FİLM SEVGİYLƏ NİFRƏTİN SAVAŞINDAN BƏHS EDİR– “DƏRVİŞ” FİLMİNİN “XATUN” OBRAZINA CAN VERƏN İSTEDADLI AKTRİSA GÜNAY VƏLİYEVA FİLM HAQINDA DANIŞDI
Elşən İsmayıl tərəfindən "Müsahibə" bolməsinə 10:31 10 dekabr 2020 tarixində əlavə olunmuşdur

BU FİLM SEVGİYLƏ NİFRƏTİN SAVAŞINDAN BƏHS EDİR– “DƏRVİŞ” FİLMİNİN “XATUN” OBRAZINA CAN VERƏN İSTEDADLI AKTRİSA GÜNAY VƏLİYEVA FİLM HAQINDA DANIŞDI

 

Saytımız artıq bir müddətdir çəkilişləri gedən və çox yaxın zamanlarda yayımlanması planlaşdırılan yeni, maraqlı süjet xətti ilə diqqət çəkən “DƏRVİŞ” psixoloji dramının əsas obrazlarından “XATUN” obrazına can verən istedadlı aktrisa Günay Vəliyeva ilə apardığımız müsahibəni sizlərə təqdim edir:

 

Film haqqında düşüncələriniz?

Film inanıram ki hər birinizə çox maraqlı gələcək. Çünki filmdə xeyirlə şərin mübarizəsi əks olunub.

 

Oynadığınız rol haqqında fikirləriniz?

Sevgiylə və həvəslə oynadığım rollardan biridir. Müsbət bir obrazdayam, çoxda danışmaq istəmirəm izləyəndən sonra özünüz başa düşərsiniz.))

 

Filmin komandası haqqında nə düşünürsünüz?

Filmin komandası çox səmimi insanlarlardır, çox maraqlı bir çəkiliş zamanı keçirtdik.  Hər kəsə uğurlar arzulayıram.

 

Filmin ideyası?

Sevgiylə nifrətin savaşı və hiyləgərliyin xəyanət silahı...

 

Filmdən gözləntiləriniz?

İnşallah  maraqla izlənilən bir film ərsəyə gələcək. İnanıram ki, “partlayış” yaradacaq bir proyekt olacaq.))

 

Yaradıcılıq planlarınız?

İspaniyada davam elətdirmək istəyərdim bu sənəti.

 

Yaradıcılığa ilk gəlişiniz?

Yaradıcılığa ilk gəlişim 3 il bundan qabaq olub. Onda mühasibatlıq fakültəsini oxuyurdum, təklif gəldi və təhsilimi yarımçıq buraxıb bu sənətə başladım.

 

Dünya kinosunda ən çox sevdiyiniz film.

"Dəmir maskalı insan". Bunuda bildirim ki sevdiyim film janri qorxu filmləridir . Onlara baxanda əsəblərim soyuyur.))

 

Filmin afişası:

 https://i.imgyukle.com/2020/12/10/YXQX8t.jpg 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+7=
Hesaba giriş
Müəllif

Elşən İsmayıl
Haqqında
GƏNC ƏDİB VƏ KİNO İNSANI
Əlaqə
Tel.:
055 626 96 64
E-mail:
ismayilelshan@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0257 saniye