
Bu gecə ürək danişacaq mən susacam 
Bu gecə qələm yazacaq yenə mən ağlaycam 
Bu gecə yenə tufan qopacaq
Və qurduğum xəyallar alt üst olacaq
Bu gecə hüzn gecəsi,sonu olacaq üsyan 
Yada bu gecə üsyan gecəsi,sonu olacaq viran
Bu gecə etiraflar gecəsi,açilmalıdı ürək sözləri
Bu gecə həsrət gecəsi,unutmaliyam keçmişi
Unutmaliyam vaxtsiz olan ölümləri
Unutmali məndən tez böyüyən derdlərimi
Qapi ağzında ayağımı tutub ağladığım gecələri Unutlamı
Bu gecə yaşam gecəsi,hezz alım bu həyatdan
Gərək naşükür olmayım,yarımcıq getməsin dad damağımdan
Bu gecə dərd gecəsi,ürəkdə olan sözlər vurdu üzə
Bu gecə ölümlə mübarizə gecəsi,meni mecbur edir bu sözlərə
Bu gecə səni itirdiyim özümü tapdığım gecədi
Bu gecə vicdanımın sorğu suala çəkildiyi gecədi
Hesrət,qurtar artiq ya gelmə ya gəl keç içəri
Bax bu gecə belə ağlasığmaz gecədi
Bax bu gecə yağışlı gecədi
Bax bu gecə sənsiz keçirdiyim neçənci gecədi
Çek çek bitməz sənsiz gecələrdə çəkdiyim ağrı
Hardasan..? Bəs mənim etdiyim dualar hanı?
Bu gecə Tanrıyla yenə üz-üzə olacam 
Sözlərimdə səmimi olum heç bir şeyi danmayacam 
Onsuzda Tanri bilir etdiyim hər hərəkəti 
Onda Tanri bilər nədi ürəyimdə bu Ata(YAR) həsrəti