Bu gecə mənə gəl
Aysel Abdullazadə tərəfindən "Şeir" bolməsinə 21:13 21 aprel 2019 tarixində əlavə olunmuşdur

Bu gecə mənə gəl.
At qürurun daşını
çılpaq dənizlərə.
Bu gecə mənə gəl.
Fikirləri çıxar başından 
üç-beş saatlıq.
Yaxşı, lap olsun bir anlıq
sənin xətrinə. Bu gecə mənə gəl.
Danışaq keçmişdən,
gələcəkdən
bir nəfəslik ömürdən.
Çay dəmləyim,
Yoxsa acı kofe?
Yaxşı, fərq etmir
İstəyini anlayıram
bu səssiz səmirdən. Bu gecə mənə gəl.
Əlində bir şüşə
Bir də holland pendiri.
Yaman gözləyirəm, bilirsən
Qapının döyülməyən zəngini. Bu gecə mənə gəl.
Elə belə, heç nəsiz
Qəmsiz, qüssəsiz
Sakit sakit dayanaq
Ömrün qatarına baxaq.
Salxım salxım qopan
sevgimizdən danışmayaq.
Sus-pus oturub
birdən qəfil alışmayaq. Bu gecə mənə gəl.
Qorxu, həyəcan
qürur və keçmiş.
At hamısını çör-çöp qabına.
Bu gecə mənə gəl.
Sadəcə keçirim
Barmaqlarımı barmaqlarına.    

 

 

Aysel Ateş Abdullazadə...

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+32=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0332 saniye