***
Bu gecə yuxuda səninlə idim,
Həsrətini çəkdiyim,
Zəhmət çəkib əkdiyim
gül kimi səni əzizləyirdim.
Tutmuşdum titrək,
qar kimi ağ əllərindən,
Öpdüm qara gözlərindən.
Sonra...
Qorxdum ki,məni
Sakit otaqda tənha qoyub gedəsən.
Sevgi badəsini kiminləsə
içəsən,içəsən......
21.11.1983.Zərdabi.(Mövlud Ağamməd)