Bu gecə
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 11:15 23 avqust 2023 tarixində əlavə olunmuşdur

Elə dolub dayanmışam, görsən, siyah buludam
Yağa neysan, islanasan, sarıb səni qurudam
Səndən hələ bir xəbər yox, bu həsrəti ovudam
Ürəyimin bəm siminə sıxılmışam bu gecə


Başım bir az dumanlarda, gözlərimdə yuxu yox,
Ayağımın altındakı yerin indi çoxu yox
Bu dünyanı neyləyirəm, varı sənsiz, yoxu yox,
Elə bil ki, öz içimdə yox olmuşam bu gecə


Ürəyində qonaq varmı, kimdir gəlib-gedənin?
İnanmaram məndən betər ola həsrət güdənin
Bir də gördün, zəlzələdir, çalxalanır bədənin
Bəlkə sənin ürəyinə yıxılmışam bu gecə?!


Necə tutum əllərindən bu mənfur bənd dağıla?
Qurutdular Urmiyanı, balıqları boğula
Qanadlanıb süzər onlar, uçanları doğula
Yoxsa sandın, susuzluqdan boğulmuşam bu gecə?!


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+29=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
mirzelazim@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0236 saniye