Bu gecikmiş sevgi üçün...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 14:14 15 mart 2016 tarixində əlavə olunmuşdur

"Bu gecikmiş sevgi üçün..."

Ömrün ahıl bir çağında,
Fikrim sevgi bağçasında.
Gəzir eşqin sorağında
Bu gecikmiş sevgi üçün.
***
Mən sevmədim bu günədək,
Tale üzə gülənədək.
Gözləyəcəm ölənədək
Bu gecikmiş sevgi üçün.
***
İllər ötür,ömür yarı,
Necə gəldim bu yolları?
Hey gedirəm ona sarı-
Bu gecikmiş sevgi üçün.
***
Mən hələ də bezməmişəm,
Yalnız onu gözləmişəm.
Ümidimi üzməmişəm,
Bu gecikmiş sevgi üçün.
***
Sən gec gəldin bu dünyaya,
Mən tələsdim bu sevdaya.
Nədən döndük günə,aya
Bu gecikmiş sevgi üçün.
***
Mövlud,nədir,de,istəyin,
İnciməyin,tez küsməyin?
Yeri deyil tələsməyin 
Bu gecikmiş sevgi üçün.

9.06.2014.Zərdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
9+27=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0233 saniye