BU GEDİŞLƏ GETMƏK OLMUR,AY ATA.... (Ata nəsihətini tutmayan peşiman olar) ****
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 14:08 24 fevral 2015 tarixində əlavə olunmuşdur

BU GEDİŞLƏ GETMƏK OLMUR,AY ATA....

(Ata nəsihətini tutmayan peşiman olar)
****
Namərdlərə möhtac olma,olmadım,
Dostu yarı yolda qoyma,qoymadım.
İncikləri yada salma,salmadım,
Bu gedişlə getmək olmur,ay ata.
***
İllər boyu cəfamızı çəkmisən,
Gül bağında bənövşələr əkmisən.
Bilməmisən,qoşamısan,təkmisən?
Bu gedişlə getmək olmur,ay ata.
***
Həyat sınaq meydanıdır,bilirəm,
Vaxt olur ki,ağlayıram,gülürəm.
Göz yaşımı əllərimlə silirəm,
Bu gedişlə getmək olmur,ay ata.
***
Uca tutdun ləyaqəti,isməti,
Bəyənmədin xəyanəti,hiddəti.
Necə bölüm mənə düşən qisməti?
Bu gedişlə getmək olmur,ay ata.
***
Sənə örnək olmaq mənə çətindir,
Mövlud adı çünki mənə nəsibdir.
Dörd yanımı naxələflər kəsibdir,
Bu gedişlə getmək olmur,ay ata.

Zərdabi.11.09.2013.(Mövlud Ağamməd)

 

 


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
6+6=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0445 saniye