İnsan yaşayır. Yaşadıqca öyrənir. Öyrəndikcə qocalır. Qocaldıqca sondan uzaqlaşır. Uzaqlaşmaq ona yaxşı təsir edir. İnsan ona yaxşı təsir edən şeyləri həyatında uzun müddət saxlamaq istəyir. İnsan ona dediklərinizi unudar, amma ona hiss etdirdiklərinizi unutmaz. İnsan unutmaq hissini ancaq xatırlamaq istəmədiyi an yaşayar. Xatırlamaqsa insana böyük əzab verər. Əzab insanı böyüdər. Amma qocaltmaz. Təcrübə verər ona. Təcrübə də insana avantajlar verər. Bu avantajlar insanda yaşama sevincini artırar. Yaşama sevinci artdıqca da insan sevdiklərinin gül üzünü güldürər. Görürsünüz, əzablar insanda yaşama sevincini artırırmış..
Bu gün mən bir şey öyrəndim. Bu öyrəndiyim şey məni qocaltmadı, çünki onu öyrənənə qədər çox əzab çəkdim. İndi də məndə yaşama sevinci yarandı. Mən sevinəndə bilirəm ki, məni sevənlər də sevinir..
Bu əzabın böyüklüyünə bax sən.. Neçə insanı güldürməyi bacardı.. :)
Bu gün öyrəndim ki, inam güclü bir şeydir. Bünövrə inamla qoyulmalıdır ki, sağlam dursun. Sağlam dursun ki, daha çox inanasan. İnandıqca bağlanasan və sevəsən..
Bir əşya, məqsəd, ya da insan insanı özünə bağlayan bir qüvvədir. "O mənimdir" deməlisən. Deməyi bacarmalısan ki, "o" , hər nədirsə, sənin olsun.
Hər şey inama bağlıdır. Sevgi ağacını əkə bilmək üçün inam lazımdır. O, ağacın toxumudur. İnam xəta ilə də yola gedirmiş. Bunu da öyrəndim ki, inam ancaq nifrətlə yola getmir.
Bu gün yenə də bildim ki, nifrət səni adiləşdirir. Adiləşmək də şəxsən mənim sevmədiyim bir durumdur. Adiləşmək istəmirsənsə inanmalısan. Özünə inanmalısan, qarşındakına inanmalısan..
Bilirsən ki, "bu hadisə heç vaxt olmaz". Amma şübhələr heç vaxt rahat buraxmaz. Didər beynini. Yuyar. Yenidən istədiyi kimi yazar. İmkan vermə ki, şübhələr sənin yerində otursun və o idarə etsin həyatını.
Bu gün daha çox əmin oldum. Sevmək mükəmməl hiss imiş. Sənə qarşı gələnlərə rəğmən, səni sevməyənlərə rəğmən güclü bir hiss imiş. Korlaşmayın.. Sizi sevənləri görün. Siz də sevin. Nə vaxta kimi deyəcəksiniz axı " Məni heç kim anlamır".
Anlayar.. Ya o, səhv anlayar. Ya da sən səhv anladarsan.
Bu gün öyrəndim ki, mələyim hələ də mənimlədir. Yanımdadır. Nə xəta etsəm də bilirəm ki, o mələk məni yolumdan çəkindərəcək.
Mələyim mənim inamımdır, sevgimdir. Bunlar olmasa O da olmazdı..
Bu gün öyrəndim ki, hər nə olursa olsun, dözmək lazımdır. Ağlamaqla heç nə düzəlmir. Ya gülməlisən, ya da güldürməlisən. Bunlardan heç olmasa birini bacarmalısan ki, seviləsən. Hə.. Sənə sevilmək lazım deyil?
Canım gözüm, mən sənin içini oxuyuram. Dildə pərgar olan "yalnızlıq divanələri", ruhunda ruzigardır. Sən də sevilmək istəyirsən..
İndi əllərini aç.. Yum gözlərini.. Getdik..