Yenə hava sərindir,
Yenə əsir küləklər.
Yenə həmin baxışlar,
Asta-asta yerişlər
Mənə sakit ruh verən
O ay üzlü dilbərim.
Mənə sakit ruh verən
Bu gündə gəlməyəcək?
Sıxmayacam əllərin?
Görən niyə gəlmədi?
Bu gün də gözlədim, yenə gəlmədi.
Bu sevgi, bu macəra
Ürəyimi sancıdır,
Qəlbimi edib yara.
Axı hər gün gələrdi,
Danışardı, gülərdi.
Saçlarında qara rəng
Alma yanaq, əsrarəng.
Gülərüzlü, sevincli
Mən sevdiyim o nigar,
Axı niyə gəlmədi?
Bu gün də gözlədim, yenə gəlmədin.
Artıq neçə gündür ki,
Gözləyirəm onu mən.
İnanıram gələcək,
Özləyirəm onu mən.
Gələcəyi yolları,
İzləyirəm onu mən.
Xeyli vaxtı gəlməyir,
Söyləmişdi gələcəm.
Üzüm qəti gülməyir,
O, gələndə güləcəm.
Ürəyimdən kədəri,
Qəmi, dərdi, qəhəri,
Gözlərimdən axaraq,
Həmin göz yaşlarımı
O, gələndə siləcəm.
Görən hansı səbədən?!
Hansı işdən, əməldən?
Yarım niyə gəlmədi?
Bu gün də gözlədim, yenə gəlmədi.
Bilmirəm, axı niyə?
Gəlməsin birdən-birə.
Nələr olub kim bilə?
Bəlkə xain baxışlar,
Bəlkə mərdi-məzarlar,
Sevgi nədir, bilməyən
Sevilməyən, gülməyən,
Sevgidən xəbərsizlər,
Qəlbləri daşlaşanlar,
Bu cür xain admlar,
Aralıqda gəzənlər
Ayırmışdır bizləri.
Biz son görüşümüzdə
Gülərək ayrılmışıq.
O son görüşdən bəri,
Qara gözlü dilbəri,
Görməmişəm o gündən.
Hər gün görüşdüyümüz
Bu yerə, bu məkana,
Gəlməyibdir o gözəl.
Dedi, mütləq gələcəm
Dedi, amma gəlmədi!...
Bu gün də gözlədim, yenə gəlmədi.
Müəllif: RİZVAN Fikrətoğlu
Bakı ( İnşaatçılar)
Dekabr 2014