Bir gün sənə könül verdim,almadın...
Bir gün sənə könül verdim,almadın,
Sanki sinə dağlamışam,neyləyim.
Sənə olan məhəbbəti,sevgimi,
Ürəyimdə saxlamışam,neyləyim.
****
Günlər keçir,ay dolanır düz ilə,
Yalanım yox,yaşayıram düz ilə.
Elçilərim qapınızda düzülə,
Atan verməz,ağlamışam,neyləyim.
***
Yatmış idim,qəflətdəydim,oyandım,
Eşq oduna ha alışdım,ha yandım.
İllər ötdü,Mövlud,indi inandım,
Səhv edib bel bağlamışam,neyləyim.
5.09.2014.Zərdabi.Mövlud Ağamməd.