Bu günkü kino və seriallarımız
Efsane R. Sagi tərəfindən "Digər yazılar" bolməsinə 03:21 17 mart 2014 tarixində əlavə olunmuşdur

 Dövr dəyişdikcə, müasirləşdikcə hər şeyin əvvəlkinə nisbətən bir az daha irəli getdiyini görürük, amma mən bizim kino,serial sektoru kimi geridəkindən də geri gedənini görmədim. Keçmişdə çəkilən kinolarımızın hansı vəziyyətdə çəkildiyindən yəqin ki, çoxumuz xəbərdarıq.Texnologiyanın indiki qədər inkişaf etmediyi bir dövrdə
necə səviyyəli kinolarımız çəkilib, aktyor və aktirisalarımız yetişib və bu gün də sevə-sevə izlənilir həmin kinolar. Bir gənc kimi bu gün kanallarımıza baxdığım zaman verilən "ət tökücü" serialları görüb tez çevirirəm xarici kanallara. Səbəb isə, aktyor heyətinin süniliyi, rola düzgün girməmək, əzbərlədikləri kimi mimikasız,hərəkətsiz rolu ifadə etməyə çalışmalarıdır. O dərəcədə gülünc vəziyyət yaranır ki, tamaşaçını faciəvi bir epizodda ağlatmaq əvəzinə    güldürürlər. Düşündüyüm bir şey var, deyəsən, keçmişdəki kinolarımızla bu günkülərin yeri səhv düşüb.O dönəmdə keyfiyyət aşağı idi aktyor heyəti güclü indi isə inkişaf üçün,  keyfiyyət üçün hər şərait var, aktyor heyəti yox.Təbii ki, istedadlı, hər rolun öhdəsindən gələ biləcək barmaqla sayılan qədər də olsa, aktyor və aktrisalarımız var amma nədənsə onlara üstünlük elə də verilmir. Bir də ki, kino sifarişi verən kanallar ve yapımcılar 4-5 serialı eyni zamanda yürütməyə çalışınca və baxımsız işlər ortaya çıxarınca o 4 serialın maliyyəsini bir serial üzərində cəmləyib, səviyyəli iş ərsəyə gətirmiş olasalar daha gözəl olar. Bir tamaşaçı olaraq bu günkü serial ve kinolarımızdan qətiyyən razı deyiləm və qiymətim vermiş olsam qiymətim də sıfırdır. Zamanla düzələcəyinə ümid edirəm amma öncə bəziləri yenidən universitet bitirməlidir deyə, düşünürəm...


... dəfə oxunub
Qiymət: 5/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
6+10=
Hesaba giriş
Müəllif

Efsane R. Sagi
Haqqında
Sadəcə yazmağa cəhd göstərmək...
Əlaqə
E-mail:
efsaneozenn@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0239 saniye