Bu iki insan !!!
Dərviş Əhmədov tərəfindən "Digər yazılar" bolməsinə 02:53 18 aprel 2014 tarixində əlavə olunmuşdur

Bir oğlan düşünün.

Bir qız düşünün.

23 oktyabr 2007 ci il...

Oğlan ən yaxın dostunun dəvəti üzərinə  bir doğum günü tədbirinə gələr.Və bir qızla qarşılaşar.Bu qız nə qədər şirin olsada,gülmək ona çox yaraşsada qəribə bir hüzün vardı baxışlarında.Oğlan bir anlam verə bilməz onun baxışlarındakı hüzünə.Çünki,qızı tanımır,qızın nələr yaşadığını bilmir.Qızda onu tanımırdı,nələr yaşadığını bilmirdi.Amma bir həqiqət aşikar idi ki,qız oğlanın,oğlan da qızın diqqətini cəlb edə bilmişdi.Saatlarca ömrü olan doğum günü tədbirinin bir başqa mənası,bir başqa əhval ruhiyyəsi  olmuşdu bu iki 16-17 yaşları olan gənc qız və oğlan üçün...Gizlin baxışlar,haqqında kimdən soruşsam tərəddütləri,həyacanları...

Hər kəs evinə gedər.Oğlan gördüyü o ,qızı çox düşünməz.Nə qədər xoşuna gəlsə də,onun gözlərinə baxarkən həyacanlasa da qızın kimliyini öyrənmək üçün bir addım belə atmaz.Çünki,səhv başa düşülməkdən qorxar.Ümumiyyətlə oğlan həyatı boyunca ən çox qorxduğu kimlərinsə tərəfindən səhv başa düşülmək olub.İstəməyib haqsız yerə haqqında pis düşünsünlər.

Amma qızda elə deyildi.Qız ilk dəfə gördüyü,səsini eşidmədiyi,xasiyyətindən xəbardar olmadan o,oğlanı düşünməyə başlamışdı.Bir daha görməyəcəyini də düşünürdü.Lakin ortaq bəzi dostları olduğuna görə bir müddət sonra yenidən bir araya gəlmək imkanları oldu.Və o,gün tanış oldular.2007 ci ilin ortalarından yaxınlıq etməyə başlayan bu iki insan,bir çox tanışları sevgili olduqlarını düşünmələrinə baxmayaraq onlar belə bir şeyin olmadığını söyləyirdilər.Sadacə dost olduqlarını deyirdilər.Çox yaxın iki dost...

Sevgi...Bəli sevgi vardı.Bu iki insanın arasında da sevgi vardı.Bir-birilərinə qarşı çox böyük sevgiləri vardı.Özlərinə belə etiraf edə bilmədikləri sevgiləri.Amma onlar tək qaldıqlarında belə özü özlərinə dost olduqlarını söyləyirdilər.Buna hər kəsi inandırmaq və özləri də inanmaq istəyirdi. Həyatlarının hər anını,xatirələrini bir-biri ilə paylaşan bu iki insan,sevgi haqqında da çox söhbətləri olmasına baxmayaraq,bir-birilərinə olan sevgilərini etiraf etməkdə aciz idilər.Bu acizliyin onları üzdüyü zamanlarda olurdu.Yenə də bezmədən,sıxılmadan bir-birilərinin yanından əskik olmurdular.

Oğlan niyə qıza sevdiyini söyləmirdi ?

Çünki qız mənsub olduğu ailə,oğlanın mənsub olduğu ailədən qatbaqat maddi baxımdan yüksək idi.Oğlan çəkinirdi,istər qızın qohumları tərəfindən,istərsə də digər dost,tanışları tərəfindən səhv başa düşülər deyə.Hətta qız tərəfindən belə səhv başa düşülə biləcəyini düşünürdü.Çünki,qızda oğlana sevgisini etiraf etməmişdi.Öz sevgilərini gizlincə qəlblərində yaşayırdılar.

Qız niyə oğlana sevdiyini söyləmirdi ?

Çünki qız qorxurdu ki,oğlan onu dostu kimi görür,onun sevgisini etiraf etməsi oğlanın ondan uzaqlaşmasına səbəb ola bilər.Dostluqlarının da bitməsindən qorxurdu.Oğlanı həmişəlik itirməyi gözə ala bilməzdi.

Haqlıydılar və haqsızdılar amma ortada bir həqiqət vardı ki,bir-birilərini bu iki insan çox sevirdilər.

Və 6 il...Kiminə az zaman,kiminə görə də çox...

Tanış olduqları ilk gündən yaxınlıq edən,sevgilərini etriaf edə bilməyən iki insanın bir-birilərindən danışarkən dostum deyə yaşadıqları 6 il...

Bu 6 illik zaman zərfində nələr olmadı ki,birlikdə ağladılar,birlikdə güldülər.Sevinclərini paylaşdıqları kimi kədərlərini bir-biriləri ilə paylaşdılar.Ən əsası bir-birilərini yaxından,yaxşı tanıya bilib,bir-birilərinə ikinci dəfə aşiq oldular.

Birlikdə kitab oxudular,filmlər izlədilər.Bəzən anidən kövrəldiklərində  əlindən oyuncağı alınmış körpə kimi oturub ağladılar.Heç kimlə paylaşmadıqları düşüncələrini,yaşadıqlarını bir-biriləri ilə paylaşdılar.Qardaşı qardaşa düşmən etdirən,insanları saxta gülüşlərə,saxta sevgilər yaşamasına səbəb olan puldan qaçmağa çalışan bu iki insan sadəlik,səmimiyyət və  mənəviyyatın öncəlikli olduğu bir həyatı yaşamağa da nail olmuşdular.

Tədris ili tamamlandıqdan sonra,hər kəs tətil üçün müxtəlif istirahət mərkəzlərinə,hətta xarici ölkələrdəki istirahət mərkəzlərinə gedərdilər.Amma qız hər il getmiş olmasına baxmayaraq 2007 ci ildən oğlanı tanıqdan sonra tətil zamanı heç bir yerə getmir,evdə otururdu.

İstirahət üçün istirahət məzkərlərinə getməyib niyə evdə oturardı?

Çünki,sevdiyi oğlan tədris ili tamamlandığında yaşıdları kimi tətilin dadını çıxarda bilmir,ailəsinə maddi yardımcı olmaq üçün işləyirdi.O,qızda sevdiyi oğlan işləyib yorulduğu halda heç cürə gedib də xoş şəkildə tətilini keçirdə bilməzdi.Qız üçün sevdiyi amma dostu bildiyi oğlanın yanında olmaq,onunla gəzmək,söhbət etmək həyatdakı ən xoş hadisə olardı.Axşam oğlan işdən gələr,qızla görüşüb həyətdə söhbət edərək gəzərlər və ya da telefonla danışardılar.Kimi zamanda skypla səhərə qədər söhbət etdikləri olurdu.Bir-birilərinə gün ərzində etdiklərini danışmaq,hansısa movzu haqqında müzakirə etmək ikisinində çox xoşuna gəlirdi.Kənardan baxıldığında sıxıcı görsəndə onların belə həyatı onlar üçün çox böyük xoşbəxtlik kimi görünürdü.

Bəzən qız sırf sevgisini bildirməmək üçün oğlana başqa bir qızla sevgili olması üçün bəzi qızlar haqqında təriflər söyləyir,məsləhət bilirdi.

Bəzən də oğlan sırf sevgisini bildirməmək üçün qıza tanıdığı hansısa oğlanın onu sevdiyini,yaxşı oğlan olduğunu söyləyirdi.

Bir sözlə sevgilərini bir-birilərinə sevgilərini inkar etmək üçün min oyun oynayırdılar.Amma hər zaman olduğu kimi gərçək olduğu yerdəcə dururdu.Nə qədər inkar edilsə də gərçək hər zaman gərçəkdir.Mütləq hər bir şeydə olduğu kimi sonda yalanlar qaçar və gərçək geridə qalan olur.Məs bu qız və oğlanın hekayəsində də belə oldu.Gərçək ortaya çıxdı.

Bir gün qız xəstələnir,qızdırması qalxır.Yatağından çıxamaz vəziyyətdə olur.Bütün dostları qızı ziyarətə gəlir heç şüphəsiz dostların içində oğlanda olur.Və ən çoxda canı yanan məs oğlandır.Amma bildirməməyə çalışır.Qız o qədər halsız olurki,yanına gələn dostları ilə söhbət belə edə bilməyib,yuxuya gedir.Həkim gəlmiş dərmanlar verilmiş,qızdırmanın enməsi lazımdır,bunun üçündə qardaşı və gəlinləri onun baş ucundan ayrılmır diqqət mərkəzində saxlayırdılar.Bir qədər sonra ziyarətə gələn dostları getdiklərində oğlanda getmək məcburiyyətində olmuşdu.Oğlan evə gəldiyində otağında səssiz sədasız saatlarca düşünür.

Ən sevdiyi insan,dəyər verdiyi insan xəstələnmişdi.Qorxuducu vəziyyət bəlkə də yox idi.Lakin oğlanın canı çox sızıldayırdı ki,bu sızıldamanın qarşısını heç cürə ala bilmirdi.

Düşündü...

Gərək həyatda hər şeyi zamanında edəsən.Bəzən sabaha ertələyərək çoxu şeyi yaşayırıq.Amma düşünə bilmirik ki,bu gün var  bəlkə də sabah yoxdur.Ya o,olmaya bilər,ya mən olmaya bilərəm.Bəli bunu düşünmürük.Onun üçün də çoxu zaman həyata qarşı məğlub oluruq,gec qalırıq.Peşmançılığımız bir ömür davam edir.

Səhər açıldığında oğlanın ilk işi qızın qaldığı evə getmək oldu.Və qızın qarşısına gəlib,”Səni sevirəm...Mənimlə evlənərsən?” söylədi.Qız çox sevindi,ancaq digər yandan da inana bilmirdi.Hələ də qızdırmanın təsirində olduğunu,bütün bunların xəyal olduğunu düşünürdü.Amma qardaşının və gəlinbacısının alqışlarını eşiddiyində bunun həqiqət olduğuna inandı.Və geriyə “-hə” deyərək oğlanı qucaqlamaq qalmışdı ki,onu etdi...

Artıq hər kəsə sevgili olduqlarını açıq şəkildə söylədikləri gün hər kəs sevindi.Hər kəs  xoş şəkildə qarşıladı bu xəbəri.Bir araya gəlib də sadə özlərinə özəl olan şəkildə qeyd etdilər.Oğlan Fenerbahçe futbol forması geyinmişdi,qızda Galatasaray futbol forması geyinmişdi.Çünki,oğlan Galatasaray azərkeşi,qız isə tam əksi Fenerbahçe azərkeşi idi.Bir-birilərinə görə onlar üçün özəl olan o gün elə geyinmişdilər.Onsuzda bir-birilərini tanıdıqları ilk gündən indiyədək bu iki insan ancaq Fenerbahçe və Galatasaraya görə mübahisə etdikləri olub.O,mübahisələrində ömrü 24 saatdan çox olmayıb...

Bu iki insan illərdir bir birilərindən,hər kəsdən gizlətdikləri sevgilərini etiraf ediblər.Sevgili olublar.Çox xoşbəxtdilər.Yaydan sonra,havalar sərinlədiyində,qış gəlmədən toy eləmək istəyirlər.Edəcəklərdə...

Bu iki insan evlilik yolunda irəliləyirlər...

Amma qəribə şəkildə hər şey bu iki insan üçün mənasızlaşıb daha xoşbəxt sevincli olmaları gərəkkən.Elə bil həyat şillə vurub,bunlarda səssiz sədasız yerlərində oturub qalıblar.İllərdir qurduqları xəyallar,ümüdləri istəkləri hər şey düşüncələri kimi donub qalıb.Çünki bu insanların həyata baxışları,digər insanlara baxıldığında çox fərqli idi.Məs ona görə də həyatda ən çox bir birlərini yaxşı başa düşüblər.Başqa insanları da başa düşüblər,lakin çoxu zaman başqa insanlar tərəfindən başa düşülməyiblər.

Əslində hər bir insanın özünə məxsus xəyalları,istəkləri  vardır.Birdə xəyallarının və istəklərinin gərçəkləşəcəyinə sonsuz inancları...

Və...

Oğlan xəyal etmişdi ki,sevdiyi qızı atası və anası elçi gedib onun üçün istəyəcəklər.Qız xəyal etmişdi ki,atası və anası onu sevdiyi oğlana verəcək,xoş anlarını birlikdə yaşayıb,sevinclərini  bölüşəcəklər.Nə yaqı ki,nə elçi gəlib istəyəcək bir ana və ata vardı,nə də qızlarını oğullarına istəməyə elçi gələnləri qarşılayacaq ana və ata...

Qızın atası ölüb...

Qızın anası ölüb...

Oğlanın atası ölüb...

Oğlanın anası səhhətində problem olduğu üçün gəzə bilmir...

Bu iki insan bir birilərinə olan inanılmaz dərəcədə olan sevgilərinə baxmayaraq düşünürlər.Düşünürlər ki,bundan sonra yaşayacaqlarının,evliliklərinin,bəlkə də övladlarının olmasının nə mənası var axı...

Bir məna tapa bilmirlər.Çünki,ən sevdikləri insanlar onların xoş günlərində yanlarında olmayacaq,ola bilməyəcək.Buna görə olacaq hər bir şey mənasız böyük bir sıfırdan ibarət idi.Onların olmayacağını düşündüklərində hər şey mənasız göründüyündən heç bir şeyin olmasını istəmirdilər.Ailə qurduqlarında övladları olacaq.Amma övladları babaları ilə nənələri ilə birgə əylənib xoş zaman keçirdə bilməyəcək.Anasının,atasının isimlərinə övladlarına verib və ya toylarında bir iki dəqiqəlik yad etməklə geçiştiriləcək vəziyyət deyil bu onlar üçün.Onun üçün də heç nə etmədən sadacə yerlərində səssiz dura bilirlər.Onların xoş günlərində analarınında,atalarınında üzünün güldüklərini görmək istəyirlər.Eyni sevinci paylaşmaq istəyirlər.Çoxmu şey istəyirlər? Görəsən,bilinməz...Lakin istədiklərinin möcüzə ilə olacağını bilinir.Çox dualar edirlər istədikləri möcüzə gərçəkləşsin.Amma yaxşıda bilirlər ki,bu möcüzə gərçəkləşməz.Onun üçün xəyallarının,sevgilərinin ümumiyyətlə hər şey bir digər yarısı əskik olacaq.Bəzən unudub deyib-gülmələrinə baxmayaraq bu həqiqət onların baş ucundadır.

Hər kəsin həyatında valideynləri olmaya bilər,yenə də bununla belə xoşbəxt ola bilər ki,olanlarda movcuddur.Amma bu iki insan digər insanlardan fərqlidir.Hər bir insanın önəmsədiyi,özünə məxsus mənəviyyatı vardır.Bu iki insanında önəmsədiyi,mənəviyyatı belədir.Pis və yaxşı...

Qızın atası ölüb...

Qızın anası ölüb...

Oğlanın atası ölüb...

Oğlanın anası səhhətində rpoblem olduğu üçün gəzə bilmir...

Həqiqət budur.Onlar bir-birilərini sevirlər,gələcəkdə nə olacaq toylarını edəcəklər və ya etmək fikirlərini dəyişəcəklər bilinmir.Amma bilinən bir şey var ki,həyatın bütün acımasızlıqlarına qarşı onlar birlikdə olacaqlar.Bir- birilərini çox sevəcəklər.nə etdikləri,nə etmək istədikləri anlaşılmayacaq çoxu insan tərəfindən.Amma yenə də sevəcəklər.Bu iki insanın sahib olduğu sevgi sıradan bir sevgi deyil.Onun üçün bu sevgini itirmək olmaz.Bir çox baxımdan yoxsul olacaqlar,sevinclərini paylaşmaq istədikləri insanlar yanlarında olmayacaq.Neyləyə bilərlər ki,acı həqiqət budur.Və möcüzə yaradmaq imkansızdır.

Evlənmək istədiklərində,toylarının olacağını xəyal edib düşündüklərində əslində həyatda nələri itirdiklərini və həqiqətən nəyin yoxsulu olduqlarını və olacaqlarını açıq-aydın  şəkildə beləliklə bilmiş oldular...Bu iki insan !!!


... dəfə oxunub
Qiymət: 10/10(11 səs)
[qiymət ver ]
Şərh yaz
2+21=
Hesaba giriş
Müəllif

Dərviş Əhmədov
Haqqında
Hər kəsi başa düşən bilən,lakin hər kəs tərəfindən başa düşülməyən insan.Bəzən unudulan insan,bəzən də tam əksi daima düşünülər insan !!!
Əlaqə
Tel.:
0556865561
E-mail:
bey_4@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.098 saniye