Yatmış bəxdim kimi, yatıb təbiət
Bu bahar ömrümə hələ gəlməyib.
Qəm-kədər üstümə elə yığışıb,
Bəlkədə boylanıb məni görməyib.
Qonşu bağçasında güllər açarkən
Mənim ürəyimdə xəzan başlayır
Mən kol dibindəki körpə bənövşə,
Həyat sığındığım kolu daşlayır.
Dağların qarını əridən günəş,
Nədənsə könlümə gücü çatmadı,
Əridib ilk eşqin xatirələrin,
Cismimdən əbədi silib atmadı.
Bu il də baharım gəlib çıxmadı,
Bilmirəm hardadı yoluna çıxım.
Gözləmək heç nəyi dəyişməyəcək.
Daha gözlərimi yollardan yığım.