bu il yaz gəlmədi
Bəhram Həsənov tərəfindən "Digər yazılar" bolməsinə 20:46 06 may 2014 tarixində əlavə olunmuşdur

Bu il yaz gəlmədi. Yox, bunun səninlə heç bir əlaqəsi yoxdu...
Havalar isinib, günəş daha çox görünür göy üzündə və bu gün fərqinə vardım ki ağaclar belə yaşıllaşıb. Günlər gecələrin ömründən qoparmağa başlayıb, ya da qışda verdiyi borclarını almağa. Kaş ki, həyatda da belə olsa...
Deyrilər ağaclar çoxdan çiçəkləyib, qar çoxdan yağmır, yağış mövümü də arxada qalıb artıq... amma bu il yaz heç gəlmədi...
Yaz gələndə şəhərin bütün küçələrini gəzərdik, yaz yağışında islanardıq, yaz güllərindən dəstələr bağlayardım səninçün...
Son dəfə mən otağıma girəndə qar yağırdı ... qoxuram çölə çıxıb günəşi görməkdən. Üzüm gəlmir günəşin gözlərinə baxmağa və “getdi” deməyə...
Bu il yaz gəlmədi və deyəsən sən getdin deyə gəlmədi... sənlə bir əlaqəsi yoxdu əslində...


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
1+9=
Hesaba giriş
Müəllif

Bəhram Həsənov
Haqqında
Bakı Slavyan Universiteti
Jurnalistika ixtisası (Məzun)
Əlaqə
Tel.:
+994557555713
E-mail:
bahram.hasanov@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0278 saniye