BU NƏDİR
Gülnarə Sadiq tərəfindən "Şeir" bolməsinə 00:18 14 dekabr 2014 tarixində əlavə olunmuşdur

Hərdən duyğularım qınayır məni,

Deyillər imkan ver qoy nəfəs alaq.

Ümidim içimdən doğrayır məni,

Deyillər nə qədər qəfəsdə qalaq?

 

Görəsən bu nədir sınayır məni,

Qələmim qəlbimdən ilham almayır.

Həsrətlər yaxşıca tanıyır məni,

Eşqim ürəyimdən pənah almayır.

 

Ruhum nifrət edir cismimə deyən,

Nədənsə içimdə durmaq istəmir.

Ürəyim ağlıma kəf gəlir deyən,

Sevdamı içimdən atmaq istəmir.

 

Hərdən yazıram mən gördüklərimi,

Vərəq zara gəlir, qələm ağlayır.

Misram itələyir diləklərimi,

Hər kəlməm yaralı qəlbi dağlayır.

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+16=
Hesaba giriş
Müəllif

Gülnarə Sadiq
Haqqında
Gülnarə Sadiq – Qasımova Gülnarə Ələkbər qızı 1985-ci il Azərbaycan respublikası,Gəncə şəhərində anadan olub.İlk təhsilini 2000-ci ildə həmin şəhərdə bitirdikdən sonra Gəncə Dövlət universitetinə qəbul olmuş və 2006-cı il həmin unuversiteti bitirmişdi.Uşaqlıq illərindən ədəbiyyata olan marağı Gülnarə qısa şeirlər yazırdı.Yazıları “Töhvə”, “Odlar Yurdu“qəzetlərində,”Məhəbbət işığında”,”Gəncliyin Səsi” almanaxlarında derc edilmişdi.Gəncə Dövlət Universitetinin nəzlində fəaliyyət göstərən “Gəncliyin Səsi”ədəbi dərnəyinin üzvü olmuşdu.Halhazırda www.vehdet.org saytının baş redaktorudu.
Əlaqə
E-mail:
edebi-islami.vehdet@yandex.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0409 saniye