BU PAYIZIN YERSİZ,ÇİSKİN YAĞIŞI....
Bu payızın yersiz,çiskin yağışı,
Anaların ah-naləsi.qarğışı,
Ataların alnındakı qırışı....
Səni duyar oldum,çəkdim həsrətin.
***
Bir ömür də keçdi sənsiz,ölmədim,
Ömür hədər,heçdi sənsiz,ölmədim.
Saçıma dən düşdü sənsiz,ölmədim,
Demə bezar oldum,çəkdim həsrətin.
***
"Mən aşiqəm canım,gözüm,Qarabağ,
Şəki,şirvan şirin sözüm,Qarabağ.
Səndən ayrı necə dözüm,Qarabağ?
Yaddan çıxar oldum,çəkdim həsrətin...
***
Ocağımdan çıxan tüstü qaradır,
Xəyal aldı məni, yolum haradır...
Sinəmdə qövr edən, Mövlud,yaradır,
Gendən baxar oldum,çəkdim həsrətin...
30.09.2014.Zərdabi.Mövlud Ağamməd.