Bu sevgidən olmayıb
Telman Ümman Tircanli tərəfindən "Şeir" bolməsinə 21:28 25 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Bu sevgidən olmayıbdı bəlkə də,
Dilə düşdü, gözə gəldi deyəsən.
Qəlbimizdə yer etmişdi özünə,
Biz ayrıldıq, o da öldü deyəsən. 

Sənmi doğru, mənmi doğru, kim bilir?
Allah bilir, sən bilirsən, bir də mən.
Olan oldu, bu sevgi yoxdur daha,
Aləm bilir, dost bilir, həm də düşmən. 

Tanrıya sevgimiz kəm olmasın kaş,
İnsanlığa sevgimiz Ondan gəlir.
O veribdir mərhəməti, canmıza,
Canana da sevgimiz candan gəlir.


... dəfə oxunub
Qiymət: 9/10(992 səs)
[qiymət ver ]
Şərh yaz
9+28=
Hesaba giriş
Müəllif

Telman Ümman Tircanli
Haqqında
AJB-nin üzvü, şair - publisist, "Alabəzək dünya", "Sənə sözüm var", "Qızıl xəzinə", "Ünvanı bəlli sevgi", "Sözün zirvəsinə doğru", "Bir gün görüşərik", "Kaş yanımda olaydın" kitablarının, onlarla məqalə müəllifi, 30-dan çox kitabın redaktorudur
Əlaqə
E-mail:
telman.ramazanov.57@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0376 saniye