Bu stansiya yalnız bir məktəbliyə görə işləyir
Nigar Şahsuvarova tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 12:26 12 yanvar 2016 tarixində əlavə olunmuşdur

Yaponiyada cəmi bir sərnişin üçün dəmir yolu stansiyası fəaliyyət göstərir.

Dəmir Yolları Şirkəti Hokkaydo adasında, ölkənin ən ucqar nöqtələrindən olan Kami-Şiratakidəki stansiyasını cəmi bir gimnaziya tələbəsinə görə bağlamır ki, həmin qız məktəbə gedib gələ bilsin.   

Bu səbəbdən də həmin stansiyanı “bir nəfərlik dəmir yolu vağzalı” adlandırırlar.

Yaponiya Dəmir Yolları Şirkətinə məxsus qatar Kami-Şiratakidəki stansiyasında cəmi iki dəfə dayanır – gimnaziya tələbəsi dərsə gedəndə və qayıdanda…

Qeyd edək ki, bu stansiya bir müddət çoxsaylı sərnişinlərə xidmət edib. Lakin Kami-Şirataki ucqar nöqtə olduğundan sakinlər tədricən həmin ərazini tərk ediblər. Bu səbəbdən də nəqliyyat xidmətlərinə xitam verilib.

Ancaq Hokkaydonun bir sakini – gimnaziya tələbəsi hər gün məktəbə gedib-gəldiyindən Dəmir Yolları Şirkəti bu məktəbliyə görə stansiyanın fəaliyyətini dayandırmayıb.

Yaponiya mətbuatının yazdığına görə, Dəmir Yolları Şirkəti nəinki stansiyanı bağlamır, hətta məktəbliyə görə ən ucqar stansiyaya gedən qatarı gimnaziya tələbəsinin dərsə getməsinə və geri qayıtmasına uyğunlaşdırıb. Qatarın hərəkət sxemi məktəblinin vaxtına uyğunlaşdırılıb. Şagird məktəbə gedəndə qatar stansiyaya yaxınlaşır. O, günorta dərsdən qayıdanda isə məktəblini stansiyaya gətirir.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+34=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0354 saniye