Bükülmüş kağız kimi
Şəfiqə Şəfa tərəfindən "Şeir" bolməsinə 14:41 27 fevral 2017 tarixində əlavə olunmuşdur

Bükülüb atılmış kağız kimiyəm,

Sözlərim tökülür qıraq-bucaqdan.

Əzilmiş ciyərim boğulur, umur

Bir udum nəfəsi titrək dodaqdan.

 

Bürüşmüş ürəyim sığışa bilmir

Dikəlib qatını açmaq istəyir,

O ki təkbaşına yaşadan idi...

Daha təkbaşına çalışa bilmir.

 

Çəkir kələf kimi dolaşıb qalmış

Nökər tək əyilmiş şah damarımı

Bəlkə kəmənd edib boynuna ata

Qəddini düzəldə şax damarımın?..

 

Gözlərim yumulur büküşlərimdə

Kirpiyim ox kimi sancılıb qalıb,

Sıxılmış ovcumun naçar ünvanı

Yenə onu bükən Allaha qalıb.  


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
3+22=
Hesaba giriş
Müəllif

Şəfiqə Şəfa
Haqqında
Şairə, yazar, publisist, tərcüməçi.
Əlaqə
E-mail:
kshafiga@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0354 saniye