BÜLBÜL
Şəfiqə Şəfa tərəfindən "Şeir" bolməsinə 15:25 16 iyul 2014 tarixində əlavə olunmuşdur

Bülbül

(“Xarı bülbül”ə ithaf)

 

Hanı sənin gül-çiçəyin,

Əlvan bağın hanı, bülbül?

İgidlərin bu torpağa

Çilənibdir qanı, bülbül.

 

Sən susmusan, solub xarın,

Ölmüsənmi, qalıb yarın

Din-imansız yağıların

Əllərində canı, bülbül.

 

Nə xoş günün dadı qalıb,

Özü gedib, yadı qalıb,

Dilimizdə yadırğayıb

Sorağının şanı, bülbül.

 

El-obandan dərbədərsən,

Taleyindən bixəbərsən,

Düşünürdük əbədisən

Lap bu dünya sanı, bülbül!


... dəfə oxunub
Qiymət: 8/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
6+7=
Hesaba giriş
Müəllif

Şəfiqə Şəfa
Haqqında
Şairə, yazar, publisist, tərcüməçi.
Əlaqə
E-mail:
kshafiga@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0346 saniye