***
sənə buludlardan ev tikmişəm,
divarları yağışdandır.
yoxdur orada quruluq,soyuqluq,
sevgilər isti göz yaşındandır.
otağını ulduzlarla bəzəmişəm,
hər gecə sayrışır gözlərin üstə,
ay da sənə laylay çalır dizləri üstə.
o qədər gözəlsən ki,
günəş üzünə baxmaqdan utanır,
gizlənir Tanrının qucağında.
bir az yagış,bir az payız
çaxır ildırımlar dodağında.
sənə buludlardan ev tikmişəm,
hər yer ağappaq,tər-təmizdir.