Bumeranq
Muzafferus tərəfindən "Hekayə" bolməsinə 10:46 17 iyul 2017 tarixində əlavə olunmuşdur

Külək nifrətlə əsir; yarpaqlar cəsarətlə uçuşurdu. İnsanlar qaçışır və ya fikir burulğanında boğulurdu. Qığılcım ayrılırdı yeni yandırılmış közdən. Başqa bir yerdə mürəkkəb kağızın üzərində rəks edirdi. Həyat çox gözəl və bir o qədərdə bərbat.

Və birdən zaman durdu. Artıq küləyin səsi gəlmir, yarpaq havadan asılı qalıb. Zaman sadəcə bir andan ibarət. Bu an. Bu saniyə. Bir xət üzərindəki kiçik bir nöqtə.

Elə bu an Təbrizin sərin havasında gənc bir oğlan oturub. Şahgölünü izləyir. Sanki qarşısında su deyil kədər var. Boğulduğunu hiss edir. Əslində tikinti şirkətində işləyirdi. Aylar öncə yeni bir lahiə başlanılmış, binanın ilk təməlləri atılmışdı. İki ay idi maaşları verilmirdi. Və dünən lahiyə rəhbəri yığılan bütün pulları götürüb ölkədən qaçmışdı heç kimin xəbəri olmadan. Yüzlərlə insan oyuncaq kimi istifadə edilmiş, indi bir kənarda qalmışdı. Gölün sərin havasını ciyərlərinə çəkən bu gəncdə onlardan biridi… Bəlkədə lahiə rəhbəri deyildi günahkar. İllər əvvəl oğurladığı pulların əvəzi idi bunlar…

Bax bu an Tiflisin qaranlıq küçələrin birində bir taksi sürücüsü var. Hansı ki aylardı əzyətlə işləyib pul yığır. Ailəsini güclə dolandırır, hətta yeməyindən kəsib bir miqdar pul saxlayırdı ki oğlunu müalicə etdirsin. Yarpaqların göydə donub qaldığı an iki nəfər sürücünü taksidən düşürüb, zorla əlindən bütün pullarını alıb, tək gəlir mənbəyi olan taksisini oğurlayıb qaçırdılar. Bəlkədə günahkar elə o iki gənc deyildi, taksi sürücüsünün özü idi, illər əvvəl bu maşını oğurladığı üçün bu gün günahının cəzasını çəkirdi..

Zaman dediyimiz şeyin bu kiçik parçasında Tabrabzonda bir qocalar evincə yenicə buraya gətirilib tərk edilmiş bir ata var. Gözlərindəki kədər, üzündəki yaş, qırış əlləri… Bütün vadlığıyla anlayırdı illərdi əziyyət çəkib oğlu üçün işlədikdən sonra qocalan kimi buraya – qocalar evinə, özü kimi istifadə müddəti keşmişlərin yanına atılıb getməsinin əvəzi çıxılacaqdı səbəbkarından. Oğlu öz günahının cəzasını nə zamansa çəkəcəkdi. Bəlkə elə günahkar oğlu yox, elə özü idi. Öz günahının cəzasını çəkirdi. Axı oda ilər əvvəl öz atasını qocalar evinə yola salmışdı…

Və elə bu an bir nəfər belə bir yazı oxuyurdu: “insanlardan istifadə edib zibilliyə atmayın; gün gələr siz də istifadə edilib zibilliyə atılarsız”, “hər günah öz dərin izini buraxır, vaxtı gələndə yerindən qan çıxartmaq üçün”. “İnsanlar oyuncağa çevrilir. Amma xatırlamırlar ki onlarda nə zamansa başalarını oyuncağa çevirmişdilər”

Və günahlar bumeranq kimidi, əvbəl-axır geri qayıdır…


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
4+31=
Hesaba giriş
Müəllif

Muzafferus
Haqqında
"Şizofrenik Saturn" və "Nar dənələri" kitablarının müəllifi.
Əlaqə
E-mail:
muzefferpasazade@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0311 saniye