Bunların əzabın indi çəkirəm
Tural Rəhmanlı tərəfindən "Şeir" bolməsinə 01:00 23 iyul 2017 tarixində əlavə olunmuşdur

Gör neçə yaşım var, qocalmışam mən
Kimlərin gözündə ucalmışam mən?
Bilirəm, dərsimi gec almışam mən
Bunların əzabın indi çəkirəm

Atama, anama əziyyət vermişəm,
Mənə etmə deyiblər, mənsə etmişəm
Qapıni hirs ilə çırpıb getmişəm
Bunların əzabın indi çəkirəm

Gec olsa da günahımı anlamışam mən
Özümü çox didib, danlamışam mən
Bir vaxt ucadan banlamışam mən
Bunların əzabın indi çəkirəm

Kiməsə söz verib dönmüşəm o an
Həmişə sabaha etmişəm güman,
Demişəm eybi yox, keçəcək zaman
Bunların əzabın indi çəkirəm

Arxadan danışıb, güldüm mən üzə
Yalanı bayraq edib, tüpürdüm düzə
Niyə qulaq asmadım mənalı sözə?
Bunların əzabın indi çəkirəm

Özümə tay etdim hər avaranı
Dar gündə itdilər, bəs onlar hanı?
Aldatdım özünü dostum sananı
Bunların əzabın indi çəkirəm

Dostumu aldatmağa, hər an çalışdım
Bu yolda tər tökdüm, yandım alışdım
Deməmiş özümə yalan danışdım
Bunların əzabın indi çəkirəm

2011

Müəllif: Tural Rəhmanlı


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+7=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0384 saniye