burda gecə qaranlıqdı...
Bəhram Həsənov tərəfindən "Digər yazılar" bolməsinə 16:46 10 may 2014 tarixində əlavə olunmuşdur

burda gecə qaranlıqdı... şəhərədə belə olmur. Yolların sonu yoxdur elə bil, qaranlığa qarışıb yox olur. Bəlkə o yollar sənə aparmadığındandır. sonunda səni görə biləcəyim ümidi ilə gəzdiyim şəhər küçələrinə bənzəmir onlar...

burda gecə qaranlıqdı... şəhərədə belə olmur. gündüz göz oxşayan yaşıllıqlar indi zülmət içində vahiməli bir görünüş alıb... burda sən yoxsan deyə sanki tebiət məni təkləyib... səbəbini bilmədiyim bir qisası var sanki...

burda gecə qaranlıqdı... şəhərədə belə olmur. ulduzlar var.hər biri bir arzuya vəsilədir. bu gecə bütün göy qübbesindəki ulduzlar axsın tökülsün və mən durmadan adını pıçıldayım... bir kainat ulduz...

burda gecəm qaranlıqdı... şəhərədə belə olmur. Ay necə olur olsun, Günəşdşn uzaqlaşanda parlaya bilmir...


... dəfə oxunub
Qiymət: 1/10(18 səs)
[qiymət ver ]
Şərh yaz
8+19=
Hesaba giriş
Müəllif

Bəhram Həsənov
Haqqında
Bakı Slavyan Universiteti
Jurnalistika ixtisası (Məzun)
Əlaqə
Tel.:
+994557555713
E-mail:
bahram.hasanov@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0294 saniye