Burdan baxanda "DUNYA"
Səyyad Fərəcov tərəfindən "Digər yazılar" bolməsinə 05:42 07 iyun 2014 tarixində əlavə olunmuşdur

Ailəmə deyəmmədiyim sözlərim:

Əzizim canım atam, anam. Billirəm mən öləndə çox pis oldunuz. Çox kədərləndiniz, ağladınız. Sizə çox çətindi bilirəm. Amma mən sizə burdan baxanda həyatın necə göründüyünü demək istəmişəm həmişə. İndi ki imkanım var artıq, əlimdən gələn qədər hər şeyi deyəcəm sizə:

Düzdü mən elə də uzun həyat görmədim. 16 yaşıma 12 gün qalmış dünyamı dəyişdim amma, canım ailəm mənlə 80 yaşında ölən insan arasında çox da fərqimiz olmadığını anladım burda. Çünki insan yalnız uşaqkən yaşarmış və insan içindəki usağı artıq 16 yaşına gələndə öldürərmiş. Düzdü sizin həmişə “həyat qısadır, 3 günlük dünyadır, yaşayaq getsin” kimi sözlər ağzınızdan düşməz. Amma siz heç özünüz də bilmirsiz ki, necə yaşamaq lazımdı. Burdan baxanda həqiqətən sizə yazığım gəlir. O qısa həyatınızı necə mənasız şeylərə - kiçik dərdlərə, qayğıya, əsəbə xərcləyirsiz. Baxmayaraq həyatın qısa olduğunu və nə zaman öləcəyinizi bilməsəz də, o qədər vaxtınızı boş və mənasız keçirirsiz ki, sizin ağzınızda da artıq “vaxt öldürmək” sözü hətta “həyat qısadır” sözündən də çox işlənir.

Atam-anam, canlarım! Mən anlamadığım şeylərdən biri də sizin mən öləndə niyə belə çox kədərləndiyiniz olmuşdu. Mən həmişə sizin məni sevdiyinizi bilirdim, amma bu qədər yox. Sonra artıq başladım başqa insanların həyatlarını və ölümlərini izləməyə. Həqiqətən onlarda da belə imiş. Və bunu anladım gözəl ailəm; Insanlar öz yaxınlarına, sevdiklərinə həyatda olanda sevgisini göstərməyi həmişə təxirə salır və onların həmişə yanında olacağını fikirləşirlərmiş. Elə ona görə də həmişə ayrılanda və ya kimsə öləndə elə bil nəsə yarımçıq qalır. Nəysə elənməmiş qalır və artıq onda da gec olur. Hətta artıq siz sevgi göstərməkdən o qədər qorxar olubsuz ki, əşyalarınıza, paltarlarınıza filan bir-birinizdən daha çox dəyər veririsiniz. Mənim uşaq vaxtı hər dəfə nəyisə qırdığımda və ya toxunduğumda üstümə qışqırdığınız kimi. Yox, yox mən sizdən buna görə inciməmişəm. Çünki artıq bilirəm ki, bütün insanlar belədi nədənsə. Axı niyə siz insanlar sevdiklərinizin dəyərini onlar yanındaykən bilmirsiz ki? Burda utanmalı nə var ki?

Əzizlərim! Əslində mənim sizə deyiləsi çox sözüm var, amma çox yazıb başınızı aparmaq istəmirəm. Bilirəm ki, mən nə deyirəmsə deyim yenə də siz bildiyinizi edəcəksiniz. Hərdən deyirəm ki, kaş həyata bir də gələrdim də sizin etdiyiniz səhvləri etməzdim. Amma görürəm ki, aranızda mənim yazdıqlarımın hamısını hətta məndən də artığını bilənləriniz olsa da, hamısı axınla getməyi seçir nədənsə. Ona görə sonra fikrimi dəyişirəm, çünki sonda bildiklərimi etmədiyimə görə peşman olmaqdansa, burda qalsam daha yaxşıdı. Əgər xeyri olduğunu görsəm arada yenə yazacam əziz ailəm.

Sizi dünyadan çox sevən qızınız Solmaz…

(Bu qızı yaxından-uzaqdan heç tanımıram, sadəcə qəbrini gördüm və yaşı da diqqətimi çəkdi və dedim ki, bunun haqqında nəsə yazmalıyam və yazdım)


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
8+5=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0309 saniye