Buruqsaç
Alçin Doqquz tərəfindən "Hekayə" bolməsinə 18:35 09 aprel 2014 tarixində əlavə olunmuşdur

 Hər gün xəstəxanadan həyətə açılan pənəcərədən çölə baxmaq , insanların necə qaçışdığını , necə mənasız həyat sürdüyünü görmək artıq onun peşəsinə çevrilmişdi. Xəstəxanın verdiyi iyrənc yeməkləri , pəncərədən aşağı , pişiklərin başına tökərək əylənirdi. Bu yeməkləri yeyəcəyinə ölməyi seçərdi yəqin. Tibb bacılarının vurduğu iynələr günlərlə yatırdı yəqin onu. Amma o elə bilirdi bu 2-3 saatdı. Qolları deşik-deşik olmuşdu. Otağında sevgilisinin hər gün gətirdiyi bənövşələrdən yer qalmamışdı. Həftədə 1 dəfə yanına gəlib ağlayan qohumlarına gülür , onlar gedəndən sonra onların eybəcər şəkillərin bir vərəqə çəkib yandırardı. Rəfiqəsinin gizlin-gizlin gətirdiyi marixuananı yastığının altında gizlədirdi. Rəfiqəsini qorxutmuşduki gətirməsən özümü öldürəcəm. Hər keflənəndə çəkir , birdə qolunda şunurlarla oyanırdı. Hər keçən saniyə isə DNS-ındakı hüceyrələr qəribə şəkildə böyüyür və çoxalırdı. Xərçəng xəstəsi olan buruqsaçın artıq saçı yox idi. 2 ay əvvəl kəsmişdilər. Buna görə 3 həftə dayanmadan ağlamışdı. Bir vaxtlar hər səhər o buruq saçlar duşa girər , su dəydikcə yumşalıb ətirlənərdi. Duşdan sonra daranar , fenlənər , gurlaşıb cazibədar hala salınardı. Yeriyəndə buruqlardan saçılan ətir hər kəsi heyran edər , ən azı dönüb bir dəfə arxaya baxmağa vadar edərdi. O buruq saçların qoxusu hələ də sevgilisinin burnunda idi. Hər nəfəs alışında ağciyərlər bu qoxu ilə dolar , gözlər yaşarardı. Qoxunun içdən verdiyi təskinliklə hönkürərdi. Anasının axşamlar dizi üstünə yatırıb daradığı , oxşadığı saçları kəsmişdilər , verdiyi nəfəsi kəsmişdilər. Otağındakı güzgüyə buruqlar çəkmişdi markerlə. Hər güzgü qarşısına keçəndə buruqsaçlı olduğun sanması üçün. Sevinirdi ki , artıq anası "Hər yer sənin saçındı " deməyəcək. Ölüm buruq saçları öldürmüş , növbəti hədəfi isə qızın özünü seçmişdi. Bugünsə önəmli bir günüydü. Şişi əməliyyatla alacaqdılar bəlkə də. Sevgilsinin əməliyyat otaginin qapıları önündə gözləməsi qədər gec keçirdi vaxt. Hər ötən saniyə uzaqlaşdırırdı onu öz buruqsaçlısından. Bu çarəsizliyə dözmək mi daha asan idi yoxsa onun ölüm xəbərinin tez gəlməsi mi ? Biz bunu bilə bilmərik yəqin. O bilirdi. Öz buruqsaçlısına görə öz saçında keçəl eləmişdi oglan. Küçədə gəzən 2 şirin keçəl. İnsanların gülüş mənbəyi. İndi onları sadəcə 1 qapı mı ayırır ? bir şiş mi ? Buruqsaçlının ömrü kəpənəy ömrü ilə qiyaslanırdı yəqin. Tısbağa sürəti ilə gedirdi sanki əməliyyat. Qapı önündə gözləyən insanın ümidi idi həkimin əlindəki bıçaq. O bıçaq ki şişlə döyüşəcəkdi. Həkimin yodlu əlləri arasında döyünən ürəy bıçaqla şişin amansız mübarizəsinə şahid idi. Amma o ürək dayandı. O bıçaq qanlı şəkildə su dolu qaba tulladıldı. Əməliyyat masasında qalan isə sadəcə 1 buruqsaç idi..


... dəfə oxunub
Qiymət: 9/10(12 səs)
[qiymət ver ]
Şərh yaz
6+21=
Hesaba giriş
Müəllif

Alçin Doqquz
Haqqında
ADU tələbəsi. Graffiti , Rap , Hip-Hop.
Əlaqə
E-mail:
somalicek@box.az
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0243 saniye