Can..
cəmilə tərəfindən "Hekayə" bolməsinə 18:09 17 aprel 2014 tarixində əlavə olunmuşdur

Səni elə ürəktən çağırıramki..Səssizliyin qulağını batırırcasına.Nəfəsimi izlə qarış bədənimə.Lazım gələrsə üstümə götürərəm bütün günahlarını.Hətta səni sevmək günahsa mən cəhənnəmin qapısına dayanaram can.Məsumiyyətini saxlaram ovuclarım arasında.Gözyaşımla yuyaram kirlənmiş yerlərini.Yeni doğulmuş körpə qədər təmiz olar.Canıma can oldun ya.Sən Tanrının surətisən sanki.Toxunmağa qıya bilməyəcəyim qədər əzizsən mənə.Kəlimələrin bütün yükünü aldım qəlbimə.Sənə bir özümü buraxdım.Sev deyə.Baxışlarında verdiyin sözlər,yaşanmaya dəyər xəyallar var.Onlar xəyal olmayacaq qədər gözəldir sevgilim.Xəyal nədir ki?!Yaşayacaqlarımızı düşün sən.Gözlərində tapdım surətimi.Aynaları qısqandırdın sən.Ruhuma yenidən həyat verdin də musiqiləri qısqandırdın.Misralarıma rəng qatdın da sözləri qısqandırdın..Adətim deyildir səni unutmaq.Bilirsən bacarmıram da.Mən nə anlaram yaşamaqdan?!Ona görə də gəl də sənlə açaq kiçik bir pəncərə xəyallara.Orda izləyək özümüzü.Ki yenidən,yenidən,yenidən sevim səni..


... dəfə oxunub
Qiymət: 6/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+30=
Hesaba giriş
Müəllif

cəmilə
Haqqında
birgün ölüb gedəcəm deyə.məndən geriyə birşeylər qalsın deyə.
Əlaqə
E-mail:
cemile9480@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0306 saniye