Canım Sənsən...
Ağaəhməd Göyüşov tərəfindən "Şeir" bolməsinə 20:57 23 dekabr 2015 tarixində əlavə olunmuşdur

Canım Sənsən...

Sənə ged deyəndə anladım bunu
Canım sən imişsən hara gedirsən?
Anladım nə üçün sızlayır könlüm, 
Qara gözlərini yaş edən də sən.

Hər çağırışımda, can deyərdin sən,
Deyişin qəlbimi xoşnud edərdi
Haycan deyişimi bayraq edərdin,
Sanki söz özü də bizi sevərdi...

Elə olmasaydı yaraşardı söz?
Dürr kimi süzülən can deyişinə
Parıltı saçılır ətrafdan birdən,
Parlayan gözlərin al gülüşünə...

Yatdım mən, gecəni xeyrə tapşırdım
Sənə belə dedim sağollaşdım mən
Necə deyim ki mən, əlimdə qələm
Canımı misrada canlandırdım mən...

Saatın əqrəbi sübhü göstərir,
Əqrəb sənsizliyi başıma vurur...
Sənsiz günlərimi sənə dəyişən,
Sanki təqvimim də qəsdimə durur...

Kiçik bir nəzmimin son bəndi olsun
Canımsan deyişim heç nəzmə sığmaz
Sənsiz gecələrdə sənli sözlərim
Nəinki bəndlərə heç əzmə sığmaz...


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
10+22=
Hesaba giriş
Müəllif

Ağaəhməd Göyüşov
Haqqında
Araşdırmaçı yazar, təlimçi
Əlaqə
E-mail:
agaahmedgoyusov.93@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0263 saniye