Quşlar insanların əsrlərdir reallaşdırmaq istədikləri bir 
işi bacarırlar: Uçmaq...
İnsanlar uçmağın üsullarını tapmaq üçün çox çalışdılar. İlk təyyarənin hazırlanmasından bu günə qədər təxminən bir əsr keçdi. Minlərlə fərqli modeldə təyyarə hazırlandı. On minlərlə elm adamı daha yaxşı uçan maşınlar düzəldə bilmək üçün çalışdı.
 Nəticədə ortaya bu gün istifadə edilən mükəmməl uçuş maşınları çıxdı.
 Uçmaq böyük güc tələb edir. Ancaq bu güc nə qədər çox idarə edilə bilərsə, o 
qədər təsirli olur. Lazım olduğunda havada dayanmaq və ya istənilən yerə enə 
bilmək ən az uça bilmək qədər əhəmiyyətlidir. Məhz buna görə insanlar manevr 
edə bilən yüksək uçuş maşını hazırladılar; vertolyot...
 Vertolyot havada asılı dayana bilir. Dik enə və qalxa bilir.
 Xüsusilə də hərbi sahədəki üstünlüyünə görə vertolyot dizaynı üçün aparılan 
araşdırmalara xeyli vəsait ayrılır. Ancaq son araşdırmalar çox təəccüblü 
həqiqəti ortaya qoymuşdur. Müasir dövrdəki vertolyotların uçuş texnologiyası 
çox kiçik və canlı bir "maşının" uçuş texnologiyası ilə müqayisə 
edildikdə olduqca primitiv qalır. Bu canlı uçuş maşını; iynəcə adlı böcəkdir.
İYNƏCƏNİN MEXANİZMLƏRİ
İynəcələrin uçuş sistemi əsl 
dizayn möcüzəsidir. İnsanların hazırladıqları heç bir maşın iynəcə qədər yüksək 
uçuş texnologiyasına sahib deyil.
 Buna görə də dünyanın ən yaxşı vertolyotu Skorskinin son modelinin dizaynı 
iynəcədən nümunə götürülərək hazırlanmışdır. 
 Bu proyektdə Skorskinın dizaynına kömək edən IBM firması, iynəcənin şəklini bu 
iş üçün hazırlanan xüsusi kompüterə yükləmişdir. 
 Sonra iynəcənin havadakı manevrləri də nəzərə alınaraq kompüterdə minlərlə 
çertyoj hazırlanmışdır. Beləliklə iynəcənin uçuş texnikasından nümunə 
götürülərək Skorski modeli ortaya çıxarılmışdır.
 Kiçik böcəyin bədənində insanların planlaya biləcəyindən daha üstün bir dizayn 
var. Şübhəsiz ki, bu böcəkdə olan möcüzəvi texnologiya onun yaradılmış 
olduğunun dəlilidir. İynəcənin uçuş texnikaları və qanadlarındakı dizayn insana 
açıq-aşkar bir həqiqəti göstərir: Bu kiçik canlı bizə Allah’ın sənətini 
göstərən yaradılış möcüzəsidir.
 İynəcənin gövdəsinin üzərində çarpaz yerləşdirilmiş iki cüt qanad var. Bu 
quruluş ona çox sürətli manevr etmə qabiliyyəti verir. 
 İynəcənin sürəti saatda 50 km-ə çata bilir. Olimpiadalarda 100 m qaçan 
atletlərin sürətləri isə saatda 39 km-dir. 
 Yaxşı uçmağın başqa bir şərti də yaxşı görməyi bacarmaqdır. Uçma əməliyyatı 
mükəmməl görmə sistemi ilə dəstəklənməsə, çox təhlükəli olar. Buna görə müasir 
təyyarə və vertolyotlar uzağı görmə sistemlərinə sahibdirlər.
 İynəcə çox yaxşı görmə sistemi ilə təchiz edilmişdir. İynəcə böcəyinin 30.000 
dənə mikro gözü var. Hər göz ayrı-ayrı yerləri görür. Bu gözlərdən gələn 
məlumatlar iynəcənin kompüter kimi əməliyyatları yerinə yetirən beyninə 
çatdırılır. 
Bu sistem sayəsində iynəcə möcüzəvi görmə qabiliyyətinə malikdir.