Cavabsız suallar. (əsərimdən parça)
Susqun tərəfindən "Hekayə" bolməsinə 22:34 18 aprel 2014 tarixində əlavə olunmuşdur

Biz kimik? Nə üçün gəlmişik axı bu həyata? Orta hesabla 70-80 il yaşıyırıq. Az müddət deyil. Axı bu müddət ərzində nəysə etməliyik. Heç kəsin yadında deyil gələrkən kimləsə danışmağı. Kimin və ya kimlərinsə nə etməli olduğunu heç məndə bilmirəm. Bəs Allah? Varmı görəsən bu fövqəl varlıq? Varsa hardasa olmalıdı. Amma müqəddəs kitablar Allahın laməkan olduğunu deyir. Olmayan bir şeyə necə inanaq? Bəlkə də heç Allah yoxdur? Bəs bu kainat, insanlar, canlılar necə yaranıb? Əgər zaman maşını icad olunsaydı bunların cavabını asan tapmaq olardı. Amma cəmiyyətin necə yarandığını bilmək üçünsə səndə dedektiv hisslər və qeyri-adi düşüncələr olmalıdı. Qeyri-adi, çünki adi insanların vecinədə deyil bəşər-cəmiyyətinin necə yarandığı. Tutaq ki biz Adəm və Həvvadan törəmişik, mən buna etiraz etmirəm. Bu İslamda yazılan bir şeydir və İslamda öz ailəndən biriylə cütləşmək haramdır. Bu iki insan tutaqki 4 nəfər dünyaya gətirir onda sonra necə olur? Bu 4 bacı-qardaş axı bir birləri vasitəsilə çoxalmalıdır. Düzdü ilk insanların dövründə heç bir din olmuyub. Amma genetik kodumuzun başlanğıcında belə bir şey varsa onda biz günahla başlayırıq? Elmdə isə yaxınlardan biriylə cütləşməyin doğulacaq övladın sağlamlığında problemlərə gətirəcəyinə deyilir. Deməli elə biz ikinci nəsildən çirkin olmuşuq? Bəlkə də elə ilk günaha görə bizi Cənnətdən qovublar? Yox, fərqli cavablar olmalıdır.
Mənim 25 illik həyatımın böyük bir hissəsi bu  cür ağılagəlməz suallara cavab düşünməklə keçib. İnanın ki bu cür sualları kimdən soruşsaz ya mübahisə obyektinə çevrilərsiniz, ya da sizi dəlixanadan qaçmış dəli hesab edərlər. Yəqin düşünmədən yaşamaq ən yaxşısıdır. Amma mən bunu edə bilmirəm, daima nəyinsə cavabını tapmaq istəyirəm, daima yeni bir şeylər öyrənmək istəyirəm. Zaman-zaman bu hiss mənim başıma çox oyunlar açıb. Amma yox, mən təslim olmadım və niyə bu sualların başıma oyunlar gətirdiyinin cavabını axtarmağa başladım. Bax belə bir az dəlisov, bir az gülünc.


... dəfə oxunub
Qiymət: 8/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
4+34=
Hesaba giriş
Müəllif

Susqun
Əlaqə
Tel.:
+994515138413
E-mail:
ehmedlikenan@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0326 saniye