Cavabsiz Suallar
Elnure Oruclu tərəfindən "Digər yazılar" bolməsinə 17:06 07 avqust 2014 tarixində əlavə olunmuşdur

Düşüncəli olduğumuz anda ağlımızda yaranan cavabsız suallar peyda olur. Və biz özümüzə sual verməyə başlayırıq. Və cavabsız suallarımıza cavab tapmağa çalışırıq. Tapdığımız sualların doğru olub olmamasını bu dəfə araşdırırıq. Çox güman ki, suallarımıza doğru və ya yalnış cavab tapırıq və biz gördüyümüzə deyil, eşitdiklərimizə inanırıq bu dəfə. İndi isə belə bir sual meydana çıxır: görəsən doğrudur mu? Mən az bilirəm, bəs onun bildikləri kifayət qədərdir mi? Yoxsa o da mənim qədər bilir və mənim axtardığım suallara o da başqasından eynilə mənim kimi cavab tapıb. Bəs onda görəsən doğrunu kimdə axtarmalıyıq? Suallar daha da artır və cavab tapa  bilməmək mənim səbrimi tükədir. Düşünməyi kənara qoyub artıq daha da dərindən araşdırmaq istəyi yaranır. Mən cavabsız suallarıma cavab axtararkən mənimlə eyni düşüncədə olan insanları da maraqla araşdırıram. Çünki tək başıma araşdırmaq səhvə yol vermək deməkdir. Bir neçə nəfərdən eyni sual haqda fərqli cavab almaq çox maraqlıdır və hansına inanacağım barəsində isə heç bir fikrim bele yoxdur. Mən cavabsız suallarıma çox yerdə cavab axtarmışam, insanlara sual verərək, fərqli kitablar oxuyaraq, elm adamlarıyla söhbət edərək, dini insanlarla danışaraq. Amma əslində bir yerə müraciət etməliydim. Hansı ki, həmin yer mənim ağlım idi. Tələsməmək və diqqətli iş görmək bütün suallarıma cavab idi əslində. Çünki biz insanların axtardığı sualların cavabı sadəcə və sadəcə Peyğəmbərimiz tərəfindən bizə bəxş olunan Qurani-Kərimdə yazılı idi. Və biz öz suallarımıza orda, Qurani-Kərimdə cavab tapa bilərdik. Burda belə sual yarana bilər ki, bəs onda elə problemlər var ki, orda onun cavabı olmasın, Məsələn tibblə bağlı, hər hansısa peşə ilə bağlı. Bu sualda belə insan cavabı tapa bilər, çünki yoxdan var edən Rəbbimiz bizə göndərdiyi kitabda bunun belə cavabı var. Amma insanlar inanmamağı üstün tutur. Dildən-dilə gəzən cavablarla yetinirik, məgər sən doğruyla səhvi ayırd edə bilməyəcək şüurdasan? İndi yazılan bütün cümlələr bir gün yeni nəsil tərəfindən oxunacaq belə yazılan hər bir söz dəyərli olacaq, onlar üçün. Necə ki, keçmiş bizim üçün dəyərlidir. Deyilən sözlərdə, atalar sözləri kimi, misallar kimi, nağıllar kimi, ibrətamiz sözlər, kəlamlar kimi və.s onların yaddaşına həkk olunacaq və onlar yazılanların həqiqətə yaxın olduğunu bilmədən həqiqət hesab edecəklər. Halbuki biz insanlarda hal-hazırda eşitdiklərimizə inanırıq. Cahillik, Şüursuzluq, Cəhaletsizlik, İnsanlıq, Vicdan, Ağıl yetməzliyi, Savadsızlıq, Əsirlik, Müharibələr və.s bu  hadisələrin olduğu bir dünya da yaşayırıq və bu sualların yaranması normaldır. Mən bir Müsəlman kimi Müsəlman olmayanlara Müsəlmanlıq arzu edirəm və Müsəlman ölkələrinə  sülh, vicdansızlara vicdan, düşmənlərə qarşı birlik, insanlara qarşı anlayış arzu edirəm. Allah hər bir insanın qəlbinə görə versin bu həyatda (bu ən gözəl yerində olan bir cümlədir).. Yaşamaq çətin deyil, yaşamağı çətinləşdirən insanlardır.  Nə sən tutacaqsan bu dünyanı, nə də səndən geriyə qalanlar..  İnsan ol, insan kimi yaşa. Hər bir kəs ölümü dadacaqdır. Çünki ölüm haqdır və heç bir kəs ölümdən xilas ola bilməz. Ölüm Axirət qapılarından bir qapıdır. Bu qapıdan keçməyən Allahu təaləyə qovuşa biməz. Allahu təalə Qurani Kərimdə buyurmuşdur:
-Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. (Dözüb-dözməyəcəyinizi, şükür edəcəyinizi, yaxud nankor olacağınızı) yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə (xəstəlik, yoxsulluq, ehtiyac və sağlamlıq, var-dövlət və cah-cəlalla) imtahana çəkərik. Və siz (qiyamət günü əməllərinizin əvəzini almaq üçün) ancaq Bizim hüzurumuza qaytarılacaqsınız! (Ənbiya surəsi/35)
-Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. Sonra da (qiyamət günü) hüzurumuza qaytarılacaqsınız! (Ənkəbut surəsi/57)
Ona görə Allah dostları, həqiqi möminlər həyatda çətinliklər ilə üzləşərkən ölümü düşünərək təsəlli tapırdılar. Allahu təalə eyni ilə Ənkəbut surəsi 5-ci ayədə buyurmuşdur:
-Hər kəs Allahla qarşılaşacağına (qiyamət günü dirilib Allahın hüzurunda duracağına) ümid edirsə, (ona hazırlaşsın və bilsin ki) Allahın (haqq-hesab üçün) müəyyən etdiyi vaxt mütləq gələcəkdir. Allah (hər şeyi) eşidəndir, biləndir!
Loğman öz oğluna xitab edərək buyurur:
-Ey oğul! Dünyadan ayrılacağını bilirsənsə ona necə meyl edə bilərsən? Ölümü necə unuda bilərsən? Onun gələcəyinə heç kim şübhə etməmişdir.Yatdığın kimi də öləcəksən.Ey oğlum!İnsanın üç şeyi vardır: Ruhu alınar.Bədənini də qurdlar yeyər və torpaq çürüdər.Yeganə özünə qalan əməlləri olacaqdır.
Ömər bin ƏbdülƏziz bir cümə xütbəsində buyurur:Ey insanlar!Qəlbinizi islah etsəniz, əzablarınız da islah olacaqdır. Gözünüz, qulağınız, əlləriniz, ayaqlarınız Allahu təalənin razı qaldığı xeyir işlər ilə məşğul olacaqdır. Axirətiniz üçün saleh əməllər etsəniz, dünyanızı da qorumuş olarsınız. Adəmdən (aleyhissəlam) bu yana heç bir babanız həyatda qalmamışdır, eləcə də siz bir gün öləcəksiniz.
Əbdül A`lə əl Qureyşi buyurmuşdur:Elə bir kəs yoxdur ki, ölüm mələyi gündə iki dəfə qapısını döyməsin!
Bir gün Allah Rəsulu (sallAllahu aleyhi və səlləm) ölüm ayağında olan bir kəsi ziyarət edir və soruşur:
-Özünü necə hiss edirsən?
-Həm qorxuram, həm də Allahın rəhmətinə ümid edirəm.
-Allahu təalə bir qəlbdə qorxu və ümidi bir yerdə saxlamaz.Əgər bir kəsin ürəyində qorxu və ümidi bir yerdə saxlayarsa,onu ümid etdiyinə qovuşdurar, qorxduqlarından da əmin edər.
Bəli.Ölüm bilinməyən bir şeydir. Gəlmədən görünməz, gələrkən isə aman verməz. Ölüm səfərinə çıxan bir daha geri dönməyəcəkdir. Bu yalan dünya çox dolub-boşalmışdır. Ölüm nə qədər ananı balasından ayırmış, atanın qəddini əymiş, nə qədər övladı isə anasız,atasız qoymuşdur.Hər kəs ölümün açıq şahididir.Həyatda ikən neçə kəsin öldüyünü gözləri ilə görür, amma yenə də ibrət almır. Dünyadan əl çəkmir. Amma sonda həmin insan da dünyadan əlini çəkib gedəcəkdir.

Sən istədiyin kimi yaşa. Lakin bu yaşamağın uzun sürməyəcəkdir.Onsuzda bir gün öləcəksən.Arzu etdiklərini yığ.Onsuzda onlar səndən bir gün ayrılacaqdır.Dünyada ikən kimi istəyirsən sev.Onsuzda onlarla bir gün vidalaşacaqsan.Nə istəyirsən et.Amma unutma ki, hər etdiyinin hesabını verəcəksən.


... dəfə oxunub
Qiymət: 9/10(136 səs)
[qiymət ver ]
Şərh yaz
4+14=
Hesaba giriş
Müəllif

Elnure Oruclu
Haqqında
Yazmağı çox xoşlayıram, danışmaqda çətinlik çəkirəm bəlkə ürəyimdən keçənləri deyə bilmirəm.. Ona görə yazı yazmağı çox xoşlayıram.. şeirlər, hekayələr, sevgi məqalələri və.s bunlar yaradıclıqdan irəli gəlmir, mənə görə bu qəlbimizin bizə hədiyyə etdiyi kiçicik paydır... 
Əlaqə
E-mail:
1320a@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0301 saniye