Cəhalət adlanan bəla…
Günel Ağayeva tərəfindən "Esse" bolməsinə 19:10 12 sentyabr 2017 tarixində əlavə olunmuşdur

 

 

 

  Həyata tutunmaq, onun bir zərrəsi olmaq, yaşamaq və yaşatmaq o qədər də asan deyil. Çirkab dünyanın kiçik tər-təmiz hissəsi olmaq üçün əlimizdən gələni əsirgəmirik.      Çalışarıq ki, hər zaman ətrafdakı insanlar bizim ünvanımıza xoş sözlər, təriflərsöyləsinlər. Və həyatımız boyu bu amalla yaşayarıq. Ailədə yaşanan çətinlikləri, övladın sayından tutmuş, (insanların canına iliyinə işləmiş “cinsiyyət” ayrı seçkiliyi) ,onların gələcəkdə hansı statusa yiyələnməsi, ilk övladın oğlan olub-olmaması deməkolarkı, ailənin qürur və şərəf məsələsinə çevrilər. Bəzən yaşamağı belə unudub “el nə deyər” kəlməsi ilə ömrü başa vurarlar. Beləcə cəhalətin bəlasına düçar olmuş şəkildəkənar müdaxilələrin təsiri nəticəsində ailələr məhvə sürüklənər, saysız hesabsız qızuşaqları dünya işığını görmədən, ana bətnində yüz hissəyə bölünüb  məhv olar.Dünyaya gələn dilsiz, ağızsız bir körpənin tək günahı çirkab xislətə malik insanlarınsözdə baş bilənlik edib başqalarının yanında başı dik gəzməsi üçün qız uşaqlarınınhəyatlarına son qoyulmasıdır. Bir misal çəkim “filankəsin gəlini gələn kimi bu qədər oğlan doğdu. Sən onun qədər də olmadın. Elə doğduqların qızdı”-kəlməsini hər ailə quran üç qadından ikisi bu cür sözləri eşidir və təzyiqlərlə üzləşir.   Təəssüflər olsun ki, bu cür zorakılıq göstərən elə özü dünyaya qız usağı olaraq gəliblər. Anlamaq, dərk etmək çətindir. Axı necə olar ki, övladının qız və ya oğlan olmasında tək günahkar qadındır.

   

“Allah istəyəndə qız, istəyəndə oğlan uşağı bəxş edər.Kiməsə həm oğlan, həm qız uşağı verər,istəyəndə qısır edər. Hər şeyi haqqı ilə bilən və hər şeyə gücü çatan, ancaq Allahdır”. Bu kəlam bir daha sübut edirki, övlad Allah tərəfindən valideyninə bəxş edilən hədiyyədir. Burada qadının heç bir günahı yoxdur.

Elmə gəldik də isə, elm bunu dəfələrlə izah edib ki, bu sadəcə erkək deyilən fərddən asılıdır. Qadın sadəcə vasitəçidir. Qız övladı dünyaya gətirən qadınların aqibəti heç də yaxşı sonluqla bitmir. Dünyanın istənilən yerində qadınlar ya övladlarından zor gücüylə ayrılır, fiziki zorakılığa (döyülür,evdən kənarlaşdırılır, cəmiyyət ona günahkar bəndə kimi baxır), məsum körpələr taleyin ümidini tərk edilir, quyuya atılır, yaxınları tərəfindən işgəncələrə məruz qalır, ataları onları diri-diri ya basdırır, ya da ki meşənin səssiz qorxulu bir küncünə tərk edilir. Qız uşağı oxumaz söylərək, zorla təhsillərinə əngəl yaradılır, hələ oyuncaqlarıyla oynamaq əvəzinə bir körpəsi kürəyində digər körpəsi bətnində, bu azmış kimi ailənin bütün yükünü  çiyinlərinə alaraq, həyat adlanan məhfumun ətəklərindən bərk-bərk tutaraq yaşamağa çalışar. Bir qadına ömrünün  sonuna kimi övlad dağı vurular. Qadın yaşadığı zamanı ağrılarıyla ölçər. Cəhalət adlanan bu bəladan yeganə çıxış yolu günahsız öldürülən  körpələrin xilasıdır.

“Cəhalət anadan qorxar”- söyləmişlər. Gələcəyimiz olan mələklərimizin dünyaya gəlməsi, təhsilə yiyələnməsi, cəmiyyətdə öz sözünü  deməsini, azad şəkildə heç kəsin basqısı olmadan öz fikirlərini söyləməsinə imkan yaradaq. Qadına ana, bacı, həyat yoldaşı kimi qayğı, sevgi göstərilməsi onların hər zaman hər bir çətinlikdə  yanında olmaq, bunların hamısı onların xoşbəxt və firavan yaşamaqlarının sadəcə mində biridir. Onların bu dünyada nə qədər əhəmiyyətli yer tutmasına şərait yaradacaq. Dünyaya gələn qız övladı valideynlərinin cənnətə girməsi üçün bir vasitə, ata-ananın cəhalətdən xilası, evin ruzi bərəkəti, ən əsası bətnində bir dünya gəzdirən, gələcəyə parlaq işıq, cənnəti ayaqları altına sərilmiş bir anadır.

“Qız övladı dünyaya gəldikdə əsəbləşərək qaş-qabaq sallamaq Allaha, onun iradəsinə,elminə, seçiminə qarşı çıxmaqdır. Bu olduqca böyük və axmaqcasına atılan bir addımdır”.

 

Günel Ağayeva


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+11=
Hesaba giriş
Müəllif

Günel Ağayeva
Haqqında
Yazar...Mercekhabergazetesinde köşe yazarı...Blogger
Əlaqə
E-mail:
agayevag979@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.038 saniye