Cəmişə.
cəmilə tərəfindən "Esse" bolməsinə 18:58 09 iyun 2014 tarixində əlavə olunmuşdur

Çox yorulmuşdum.İnsanlardan yorulmuşdum.Onları anlamağa çalışmaqdan.Hah hərşey yoluna girdi deyəndə özümü kiminsə mesajını gözlərkən tapmaqdan.Sosial şəbəkələylə assosiallaşan özümdən.İnsanların mənə atdıqları kələklərdən.Onlara qoyduğum dəyər qədər arxamca vurulan təpiklərdən.Qısacası elə həryerimdən zərbə almışammış da onu başa düşdüm.Nə qədər yorulmuşam ala mən?! dedim öz özümə.Hətta bu yazını belə yazmağa gücüm yoxdur.Sanki biri arxamca itələyərmiş kimi yeriyirdim həyatda.Ediləsi işlərim kənarda qalırdı.Və oturdum düşündüm ki, bu qədər mallıq bəsdi artıq.Kənddəki mallar kimi oturub kimisə izləməkdənsə öz işimi görüb rahat olaram da aga.Nəysə indi bu yazacağımı özüm üçün yazıram.Bura da qoyum ki bəlkə kimsə faydalandı məndən.Belə pis çıxmasın.Hərnəysə bax Cəmiş,həyatına yeni-yeni yön verirsən.Boşver gic gicə insanları.Özünə bu qədər əzab vermə.Onsuzda bugünə qədər yarıdığın adam olmayıb.Yıxılanda da balta çalanın çox olub.Fikir verirsənsə səndən gedənlər əvvəl axır sənə qayıdıb.Hətta az qala ağızlarını yerə sürtürlər ki sən onlarla ünsiyyət qurasan.Bundan sonra vecsiz ol.Bax kimə ürəyn nə istədi de.Heçkəsə vec vermə.Ürəyin istəyəndə yaz.İstəməyəndə qırıl da ala deyə bil.Qohum əqrəbaya da fikir vermə ümumiyyətlə.Həyatını yaşa qısacası.Amma çıxma prinsiplərindən də.Özünü evdə qalmış xalalar kimi aparma.Gicbəsər kimi abar özünü.Qoy hamıya maraqlı qalasan.Açılıb tökülmə insanlara.Sən nə qədər dartsan özünü hamı qaçacaq ardınca.Lap bir yaraya işəmə amma yenə də gələcəklər.Qısacası biraz dincəlt beynini sonra da sev özünü aga.Dünyaya gəlmisən ki yaşayasan.

 

 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+22=
Hesaba giriş
Müəllif

cəmilə
Haqqında
birgün ölüb gedəcəm deyə.məndən geriyə birşeylər qalsın deyə.
Əlaqə
E-mail:
cemile9480@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0436 saniye