"Cəngəllikdə səyahət 2 ("Böyük Yova tacı")"
Vüsal Məmmədzadə tərəfindən "Hekayə" bolməsinə 05:17 28 aprel 2012 tarixində əlavə olunmuşdur

5 il bundan əvvəl cəngəllikdə idim.

Təsadüf nəticəsində düşdüyüm bu cəngillikdən ötrü darıxıram.

 

                                                           “Cəngəllikdə səyahət 2” (“Böyük Yova tacı”)

 

Və birdən telefon zəng çaldı. Saata baxdım. Gecə üçə on dəqiqə işləyirdi. Futbola baxdığım üçün hələ yatmamışdım. Oyun təzə qurtarmışdı və mən də yatmağa hazırlaşırdım. Ancaq telefon zəngi məni bir qədər yubatdı. “Görəsən, bu vaxt kimdir zəng edən?” – deyə, öz-özümə sual verdim. Dəstəyi götürdüm. Səs çox pis gəlirdi. İlk eşitdiyim sözlərdən zəng edənin kim olduğunu bilmədim. Amma “mənəm, Mekonq!” deyə səs eşidən kimi zəngin kim tərəfindən edildiyini anladım. Sevindim:

-          Ooo...Mekonq, nə yaxşı zəng elədin?!

-          Necəsən?

-          Yaxşıyam. Bəs sən necəsən?

-          Mən də yaxşıyam. Qulaq as, sənə vacib sözüm var.

-          Buyur, Mekonq.

-          Cəngəlliyə gələ bilərsən?

-          İndi?

-          Yox, bir-iki günə

-          Gələrəm. Amma işlərimi qaydasına salmalıyam. Özü də çox qala bilmərəm. Universitetdə dərslərin başlamağına az qalıb.

-          İki-üç günlük işimiz var sənlə. Özü də səndən ötrü yaman darıxmışam. Beş ildir görmürəm səni. Gəlsən, lap yaxşı olar.

-          Mən də çoxdandır gəlmək istəyirəm. Amma sən zəng eləmədiyin üçün gəlmirdim.

-          İndi ki elədim. Ailəni də gətir, imkan olsa.

-          Baxaram.

-          Sənə sabah yenə zəng edəcəm. Yəqin, Meksikaya gəlib, ordan gələcəksən, hə?

-          Yəqin ki... Meksikadan gəmi ilə gələ bilərəm.

-          Yaxşı, dostum, hələlik. Sabah sənə mütləq zəng edəcəm.

Qəribə bir təəssürat yaranmışdı məndə. Bir-iki dəqiqə bundan əvvəl evdə həmişəki kimi oturmuşdum, yatmağa hazırlaşırdım. Amma gələn zəng məni beş il əvvəlki cəngəlliyə çağırdı. Həyat, həqiqətən, çox maraqlıdır. İki dəqiqədən sonra nələrin olacağını bilmirsən. Əslində, sevindim. Çünki mən də həmin cəngəllikdən ötrü, Mekonqdan ötrü çox darıxmışdım.

Gecə yata bilmədim. Fikirləşdim:” Bu gün ayın neçəsidir? Beşi. Dərslər ayın 16`sı açılır. Ayın 7`si burdan çıxsam, uzağı ayın 8`i cəngəllikdə olaram. Ayın 13`ü-14`ü də ordan çıxıb, evə gələrəm. Sabah evdəkilərə deyim. İcazə ala bilsələr, onları da apararam.

            Səhər açıldı. Tezdən durub, gecəki zəng haqqında evdəkilərə danışdım. Bu gün gedib bilet alacağımı bildirdim. Həm də dedim ki,  işinizdən icazə ala bilərsinizsə, sizə də alım. Ancaq bunun çətin ki, baş tuta biləcəyini bildirdilər. Mən də belə fikirləşirdim. Nə yaxşı ki, universitetdə tətil idi.

Bilet almağa getdim. Meksikaya birbaşa təyyarə yox idi. Almaniyaya, oradan da Meksikaya uçmalı idim. Keçən dəfə olduğu kimi. Nə isə... Bileti aldım. Evə gəlib hazırlıqlar gördüm. Ancaq bir şey yadımdan çıxmışdı – hədiyyə. Mekonqa nə isə almalı idim. Çox fikirləşdim və belə qənaətə gəldim ki, Mekonqa xoruz alım. Axı hər səhər məni oyadan tutuquşusu mən ordan gələndə ölmüşdü. İndi də xoruz alaram, xoruz sabahlar banlayıb məni oyadar, deyə düşündüm. Getdim Yasamaldakı yarmarkaya. Qəşəng, çilli bir xoruz aldım. Mekonq, yəqin ki, həyatında ilk dəfə xoruz görəcək. Çünki, mən bilən, cəngəllikdə xoruz yoxdur. Ömrü boyu cəngəllik və onun ətrafından kənara çıxmayan Mekonqun bu canlını görə bilməsi də qeyri-mümkündür.

Evə gəldim. Sabahkı səfərim üçün hər şey hazır idi. Bircə qalırdı Mekonqun zəngini gözləmək. Onu da etdim. Bu gün axşam İtaliya A seriyasının oyunu olmalı idi. Yəni, Mekonqun zənginə qədər futbola baxacaqdım. Bu dəfə mekonq tez zəng elədi. Futbol hələ qurtarmamışdı. Dəstəyi götürdüm:

-          Mekonq, sabah yola düşürəm.

-          Lap yaxşı. Mən bura necə gələ biləcəyini dəqiqləşdirdim –deyə Mekonq qeyd etdi və sonra bildirdi- Meksikadan gələrsən Dominikan Respublikasına. Santa Domingo`da düşəndən sonra, gəmi ilə gəl Sent Visent`ə. Yadındadır, səni dostumla evinizə göndərmişdim, bax həmin gəmi Sent Visent limanında səni gözləyəcək. Minib gələrsən. Bilirəm, uzun və yorucu yol olacaq sənin üçün, amma mütləq gəl.

-          Narahat olma, Mekonq. Allah qoysa, gələcəm. Elə mən də gəlmək istəyirəm. Burda bekarçılıqdır.

-          Gözləyəcəm, dostum!

-          Hələlik, Mekonq.

                                                                                                 ***

Tezdən durdum. Axşamdan hazırladığım çantanı qapının ağzına qoydum. Tez bir-iki tikə çörək yeyib əynimi geydim. Evdəkilərlə sağollaşıb, çağırdığım taksiyə mindim. Yarım saatdan sonra “Heydər Əliyev adına Beynəlxalq hava limanı”nda idim. Lazımi yoxlanışlardan keçdim və təyyarəyə mindim. Bir azdan təyyarə yola düşdü. Bir neçə saatdan sonra Almaniyada Frankfurt hava limanına endik. Sonra Meksikaya getmək üçün təyyarə səyahətimi davam etdirdim. Nəhayət, Mexiko City`ə gəlib çatdım. Ancaq mən cəngəlliyə getməli idim. Ona görə hava limanına düşəndə Mekonqun dediyi kimi Dominikan Respublikasına getmək üçün təyyarə bileti aldım. Təyyarənin yola düşməsini də bir neçə saat gözləməli oldum. 3-4 saatdan sonra Santa Domingo`da idim. Çox yorulmuşdum. Amma cəngəlliyə çatmağıma cəmi iki mərhələ qalmışdı. Burda gəmiyə minib Sent Visent`ə gəldim. Elə gəmidən düşmüdüm ki, Mekonqun gəmiçi dostunu gördüm. Məni qarşıladı və gəmisinə dəvət etdi. İki saatdan sonra səfərimi başa vurdum – cəngəlliyə çatdım. Limanda Mekonq və Tikanqa məni qarşıladı. Mekonqa çox yorğun olduğumu bildirdim və xahiş etdim ki, məni tez bir zamanda evə çatdırsın, yatım. Mekonq bunu etdi. Mekonqun ailəsi ilə ayaqüstü görüşüb keçdim mənim üçün hazırlanmış otağa. Yatağa uzanan kimi yatdım. O qədər yorulmuşdum ki, 13 saat oyanmadan yatdığımı durandan sonra bildim. Hətta Mekonqa aldığım xoruzu da durandan sonra Mekonqa təqdim etdim:

-          Mekonq, sənin tutuquşunun yerini verməz, amma bu da pis heyvan deyil ha.

Mekonq hədiyyəmi görəndə əvvəlcə təəccübləndi, sonra sevindi.

-          Mekonq, sənin tutuquşun kimi bu da tezdən hamını oyada biləcək bir səsə sahibdir. Amma yazığı yol yorub. Çörəkdən filandan ver yesin.

 Karanqanın hazırladığı gözəl yeməklərlə qarnımı doyurdum. Sonra Mekonqla cəngəlliyi gəzməyə çıxdım. Mekonq məni çağırma səbəbini bildirdi. Reklam çəkilişlərində iştirak etmək təklifini qəbul elədim. Ancaq xahiş etdim ki, çəkilişlərə tez bir zamanda başlayaq. Axı fevralın 16`sı dərslər açılacaq. İndi də ayın 9`udur.

Mekonqla cəngəllik kafesində oturub söhbət edirdik ki, birdən 12-13 yaşlarında bir uşaq hinduca qışqıra-qışqıra kafenin yanından keçib getdi. Uşağın dediklərini eşidənlər, o cümlədən, Mekonq təşfişə düşdü. Mən Mekonqdan nələrin baş verdiyini soruşdum. Mekonq cavab verdi:

-          Dostum, fəlakət üz verib. Karib quldurları adaya hücum edib. Oğurçudurlar. Görəsən bu dəfə, cəngəllik camaatından nə istəyəcəklər.

-          Niyə mübarizə aparmırsınız onlarla?

-          Bilirsən, onların silahları var. Gəmilərində topları da var. Amma bizim əlimizdə heç nə yoxdur.

-          İndi nə edəcəksiniz?

-          Heç nə. Gözləyəcəyik. Nə istəsələr, çalışıb verməliyik.

Belə bir xəbər eşitməyim mənə pis təsir etdi. Günahsız əhalini bu cür çapıb-talamaq ədalətsizlikdir. Amma heç kim bununla mübarizə aparmır. Hər halda, ətrafda güclü dövlətlər var və onlar bu quldrlarla mübarizə aparmağa qadirdirlər.

Axşam “CTV”də bu haqda ətraflı məlumat verdilər.

Mekonq mənə dedi ki, həmişə gəlib bizdən nə isə istəyirlər. Amma qəribə idi ki, bu dəfə heç nə istəməmişdilər.

***

 

            Səhərisi gün güman edirdim ki, xoruzun səsinə oyanacam. Amma belə olmadı. Qəribə bir şəkildə qəflətən başlayan tufanın səsi hamını oyatdı. Cəngəllik əhalisi təlaşlı idi. Çoxdandır bu cür tufan görməmişdilər. İldırım çaxır, qasırğa az qala ağacları yerindən qoparırdı. Karib quldurları isə hələ də getməmişdilər, limanda idilər.

            Mən Mekonqla cəngəllikdə gəzirdim, camaatın vəziyyəti ilə maraqlanırdıq. Elə bu vaxt bəzi adamlardan bu cümləni eşitdik: “Böyük Yova tacın oğurlayıblar!”. Hindu dilində eşitdiyim bu cümləni Mekonq mənə tərcümə etdi. Sonra Mekonq qeyd etdi:

-          Hhəqiqətən də, tacı oğurlayıblarsa, onda bizi fəlakət gözləyir.

Mən Mekonqdan soruşdum:

-          Yova tacı nə olan şeydir ki, onun oğurlanması fəlakətə səbəb olur?

-          Yova bizim adanın, cəngəlliyin qoruyucusudur. Biz də onu qorumalıyıq. Amma gördüyün kimi, qoruya bilmədik. Tacı oğurlandığı üçün qəzəblənib. Buna görə də bizə fəlakətlər göndərir.

-          Tacı kim oğurlaya bilər?

-          Yəqin ki, Karib quldurları oğurlayıb. Onların heç nə tələb etməməsindən şübhələnmişdim. Deməli, adada nə isə axtarırmışlar.

-          İndi biz nə etməliyik?

-          Bilmirəm. Bunu baş kahin yaxşı bilər.

-          Baş kahin?

-          Hə, baş kahin. Gedək onun yanına.

Mekonqun dediyi kimi də etdik. Onun dediyinə görə, bu kahin adanın ən yaşlı sakinidir. Heç kəs onun yaşını dəqiq bilmir.

Kahinin iqamətgahına çatdıq. Xüsusi keçidlə daxil olduq. Kahinin köməkçiləri bizi qarşıladı. İcazə aldıqdan sonra içəri keçdik. Kahinin qarşısında dayanıb baş əydik. Mekonq hindu dilində danışmağa başladı. Sonra mənə tərcümə etdiklərindən bilirəm ki, söhbət bu cür oldu. Mekonq:

-          Ulu Kahin, bizə fəlakətin səbəbini söylə.

-          “Böyük Yova tacı”.

-          Yəni, onu oğurlayıblar?

-          Onu oğrlayıblar.

-          Bəs kim edib bunu? Karib quldurlarımı?

-          Karib quldurları “Böyük Yova”nı narahat etdi. Onun tacını oğurladı. Siz onu qoruya bilmədiniz.

-          İndi biz nə edək?

-          Tacı quldurlardan alın. Yovanın sərdabəsinə aparın.

Bu söhbətdən sonra Mekonq Kahinə təşəkkürünü bildirdi və biz çıxıb gəldik. Cəngəllik əhalisi artıq işin nə yerdə olduğunu bilirdi. İndi qalırdı plan qurmaq. Cəngəllik kafesində cəngəlliyin irəlidə gedən adamları, ağsaqqalları var idi. Onlar nə edəcəklərini fikirləşirdilər. “Necə etmək olardı ki, Karib quldurları ilə əlaqə yaradaq. Başqa bir şey verək. Əvəzində tacı qaytarsınlar” – deyə düşünən insanlardan birinin ağlına bir fikir gəldi:

-          Bu quldurlardan qorxmaq lazım deyil. Gedək tacı istəyək. Əvəzində onlara  istədikləri hər şeyi verəcəyimizi söyləyək.

Digər adamlardan biri dedi:

-          Bəlkə, onlar elə bir şey istədi ki, onu verə bilmədik. Onda necə olacaq?

-          Lazım olsa, onlara müqavimət də göstərərik.

-          Deyəsən, ağlını itirmisən. Onlar silahlıdır. Bütün cəngəlliyi məhv edə bilərlər.

-          Onda nümayəndə göndərək. Onlarla sülh bağlayacağımızı söyləyək.

-          Onlar bizim heç birimizi qəbul etməzlər. Gəmilərinə addım atsaq, elə oradaca güllələyərlər.

-          Onda elə bir adam göndərək ki, bizdən olmasın. Məsələn, azərbaycanlı olsun – deyən Mekonq ilk dəfə söhbətə qoşuldu. Onlar bizi çox istəmir. Amma azətbaycanlıya heç nə eləməzlər.

-          Hardan bilirsən?

-          Onlar da ağdərilidir.

-          Amma yenə də dostumuzun təhlükəsizliyini təmin etməliyik.

-          Həmin vaxt gizlincə gəmini mühasirəyə alarıq. Yaxınlıqdakı gəmilərdə və meşədə pusqu qurarıq. İşlərin yolunda getmədiyini görsək, hücum edib quldurlarla vuruşarıq.

-          İtiriləsi heç nəyimiz yoxdur. Tacı qaytara bilməsək, ada məhv olacaq. Daha güclü tufanlar qopacaq və bizlər öləcəyik. Ona görə sənin dediyini edərik.

Bilirdim ki, məni çox təhlükəli və məsuliyyətli iş gözləyir. Hər halda, bu qədər cəngəllik sakini gözlərini mənə dikəcək, mənim o tacı alıb gətirməyimə dua edəcəkdilər.

                                                                                              ***

Səhər tezdən xoruzun banlamağın eşitdim. Fırtına bir qədər sakitləşdiyindən, ətrafda o qədər də səs-küy yox idi.

Mekonqla hazırlaşdıq. Dünənki söhbətdə iştirak edən ağsaqqallar və bəzi cavanlar “Cəngəllik kafesi”nin qarşısında idilər. Hamı silahlanmışdı – kimisi əlinə bıçaq, kimisi balta, kimisi də odun parçaları almışdı. Bu silahlarla böyük uğura ümid etmək olmazdı. Amma xalqın bu birliyi hər şeyə qadirdir.

Sahilə gəlməmişdən əvvəl, plan qurduğumuz kimi, hinduların bəziləri limanın qarşısındakı meşədə, bəziləri də limanda lövbər salmış gəmilərdə gizləndilər. Binokllarla Karib quldurlarının gəmisini müşahidə etməyə başladılar. Mən Karib quldurlarının gəmisinə yaxınlaşdım. Həyəcanlı idim və bir az da qorxurdum. Amma bu qorxum tez bir zamanda itdi. Məni qarşılayan quldurun üzündə yaranmış təəccüblü ifadə məni bir qədər rahatlatdı. Hətta bu quldur mənə yaxınlaşıb ispanca mənlə danışmağa başladı. Ancaq mən heç nə başa düşmürdüm. Ondan azərbaycanca bilib-bilmədiyini soruşdum. Mənə elə azərbaycanca “bilirəm” – dedi. Sonra mənlə tanış oldu və özünü mənə təqdim etdi:

-          Adım Jack Sparrow`dur. Bu gəminin sahibinin oğluyam.

Mən də özümü ona təqdim etdim. Sonra mənə suallar verməyə başladı:

-          Sən ağdərilisən. Bu cəngəllikdə nə işin var?

-          Jack, uzun hekayədir.

-          Yəqin, hindulardan yaxa qurtarmaq üçün bizdən kömək istəyəcəksən, hə?

Quldur mənim niyyətimi başa düşməmişdi. Elə bilirmiş ki, məni hindular əsir alıb. Mən də kömək üçün bu quldurlara yaxınlaşmışam.

Mən çəkinərək öz gəliş səbəbimi bildirdim:

-          Jack, mənim sizin gəminizə gəliş səbəbim başqadır.

Quldur bu sözləri eşidəndən sonra mənə diqqətlə qulaq asmağa başladı.

-          Siz, deyəsən, bu adanın qoruyucusu hesab olunan “Böyük Yova”nın tacını oğurlamısınız.

-          Bəli, bu düzdür. Bizim işimiz budur. Oğurlamaq... Həqiqətən, çox gözəl sənətdir.

-          Oğurçuluğun necə sənət olduğunu deyə bilmərəm. Məni bura cəngəllik əhalisi göndərib xahiş etdilər ki, sizinlə razılaşaq.

-          Necə yəni razılaşaq?

-          Siz tacı qaytarın, biz də əvəzində sizə nə istəsəniz verək.

-          Əslində, mən buna razı olardım. Yəni, sizdən çoxlu qızıl alıb, tacı qaytarardım. O tac mənim üçün elə bir əhəmiyyətə malik deyil. Ancaq atam buna qətiyyən razı olmaz.

-          Atanızla da danışmaq istərdim. Bəlkə, razı sala bildim.

-          Yaxşı, özün bil. Ağdərili olduğun üçün sənə bir şans verəcəm.

-          Çox sağ ol.

Gəminin kabinlərindən birinə girdik. İçəridə 3-4 quldur var idi. Bunlardan biri də sonra tanış olacağım Kapitan Teague idi. O, Jack Sparrow`un atası idi. Elə Jack özü atasını mənə təqdim etdi və atasına bildirdi ki, mənim ona deyəcəyim sözlər var. Mən bu zəhmli kişidən çəkinirdim. Amma cəsarətimi taplayıb bayaq Jack`a dediyim sözləri ona da dedim. O, mənim dediklərimi eşidəndə gülməyə başaldı:

-          Ooo...Ağdərili qonaq, sən nə danışırsan?! Mən o tacı bilirsən neçə il axtarmışam?

Mən susurdum. Kapitansa sözlərinə davam etdi:

-          Ölməyin üçün hələ tezdir. Get, bu cəngəllik əhalisinin də sözlərinə uyma. Onsuz da sizə tac-filan verən deyiləm.

Mən Kapitanı razı sala biləcəyimə inanmırdım. Ona görə də sakitcə sağollaşıb, çıxıb gəldim. Gizlənmiş hindular da mənim ardımca gəlirdilər. Mekonq məndən gəmidə nələrin baş verdiyini soruşdu. Mən də hamısını bircə-bircə danışdım.

Cəngəllik əhalisi quldurlarla döyüşə hazırlaşırdılar. Mən isə onları fikirlərindən döndərmək istəyirdim. Əslində, mən bu tacın əhəmiyyətsiz bir şey olduğunu bilirdim. Ancaq bunu hindulara deməyə cəsarət etmirdim.

                                                                                          ***

            Amma dedim.

            Səhərisi gün hamı yenə “Cəngəllik kafesi”nin qarşısında idi. Quldurlarla döyüşə hazırlaşırdılar. Plan qururdular. Bu zaman mən dözə bilməyib, həmin tac üçün bu qədər təhlükəli bir işə girişməmələrini tövsiyyə etdim (bu zaman mənim dediklərimi Azərbaycan dili bilənlər bilməyənlərə tərcümə edirdilər). Əlbəttə, hinduların reaksiyası mən gözlədiyim kimi oldu. Hamısı mənə qəribə tərzdə baxırdılar. Ancaq mən sözümə davam etdim: “Bilirsiniz, dostlar, bu quldurların bu adanı məhv edəcək qədər silahı var. Siz onlara qarşı çıxıb özlərinizi yalan yerə tələf etməyin” – demişdim ki, birdən hər yerdən qəzəbli səslər mənim sözümü kəsdi: “Necə yəni yalan yerə?! Yovanın tacı uğrundadır bu döyüş. O da bizi qoruyacaq”. Çox əsəbiləşmişdim: “Yova kimdi? Siz onu niyə qorumalısınız? Bəs siz nə bilirsiniz ki, o sizi qoruyur?”. Mekonq mənim fikirlərimə sakitca qulaq asırdı və mənim suallarıma cavab vermək fikrində deyildi. Ancaq digər hindular mənim suallarıma cavab verdilər: “Görmədinmi, tac oğurlanan kimi fırtına başladı. Az qala cəngəlliyi yerlə yeksan edəcəkdi”. Artıq camaatla dialoq halına çevrilən söhbətimdə dedim:

-          Əvvəllər, belə fırtına, tufan görməmisinizmi? Mən bilən, burda fırtına tez-tez olmalıdır. Nə də olsa, hər tərəf okeandır.

-          Olub. Amma tez-tez yox, hərdənbir.

-          Onda, “Yova” harda idi? Sizin niyə fırtınaya boğulmağınıza imkan verdi? Yoxsa, onda da Yova`nın tacını oğurlamışdılar? Həm də bu fırtına heç bir gün çəkməmiş qurtardı. Elə böyük fəlakət-filan da olmadı.

 

Mənim bu sullarıma hindular cavab verməkdə çətinlik çəkdilər. Mənsə sözlərimə davam edirdim:

-          Əziz dostlar, mən sizin fikirlərinizə hörmətlə yanaşıram, elə ibadətlərinizə də. Ancaq bildirmək istəyirəm ki, səhv yoldasınız. Siz heykələ, onun tacına yox, Allaha inanmalı, ona sitayiş etməlisiniz. Sizi Yova yox, Allah bəlalardan qoruya bilər.

“Allah” sözünü ilk dəfə eşidən hinduların təəccübü get-gedə artırdı.

-          Mekonq, mən özümlə bir kitab gətirmişəm. Bunun adı “Qur`an”dır. Allahın müqədəs kitabında Allah dünyanın necə yaranmasından, insanlardan, onun edə biləcəkləri və edə bilməyəcəkləri davranışlardan və bir çox şeylərdən bəhs edir. Mən sizə həmin kitabı hədiyyə edəcəm. Azərbaycancadır. Yəqin, çoxunuz başa düşərsiniz. Oxuyun, anlayacaqsınız ki, indiyə qədər səhv etmisiniz. Ancaq narahat olmayın. Tövbə edin. Allah sizin günahlarınızı bağışlayar.

Deyəsən, hindulara təsir edə bilmişdi mənim danışıqlarım. İslam haqqında bildiklərimdən bir az da danışdım. Artıq, cəngəllik əhalisində Allah və İslam dini haqqında müəyyən təsəvvür formalaşmışdı.

Söhbətmin sonunda yaddan çıxmış bir məqama toxundum:

-          Mekonq, məni cəngəlliyə nə üçün çağırmışdın?

-          Ooo...Qardaşım, yaddan çıxıb e... Eybi yox. Bu gün hələ ayın 10`udur. Sabah holdinqə gedərik. Reklam çəkilişlərinə başlayarıq.

Söhbətimizin bu məqamında hindulardan biri soruşdu:

-          Bəs tacı nə edək? Quldurlara hədiyyəmi edək?

-          Quldurlar o tacı heç vaxt geri qaytarmayacaqlar. Siz onların gələn dəfəki basqınlarından necə qorunacağınızı düşünməlisiniz. Yaxşı olar ki, qonşuluqda yerləşən dövlətlərdən kömək istəyəsiniz.

-          Çalışarıq.

-          Yova`nın heykəlini də maraqlı bir gəzinti məkanına çevirə bilərsiniz. Hər halda, qədim bir abidədir. Yəqin,  bir neçə yüz illik tarixi var.

                                                                                               ***

            Ayın 12`si.

            Reklam çəkilişləri qurtardı. Reklam tez-tez “CTV”də yayımlanırdı.

Mən söz verdiyim kimi cəngəllik əhalisinə “Qur`an” hədiyyə etdim. Onlara bildirdim ki, karqo ilə onlara çoxlu kitab göndərəcəm. “Namaz qılmağı da həmin kitablardan öyrənərsiniz” – dedim. “Namaz” deyəndə, Mekonq mənə sual verdi:

-          Namaz nədir?

Mən dedim:

-          Mekonq, hər gün beş dəfə sizdə əlimi, üzümü, qolumu, ayaqlarımı yuyub mənə hazırladığınız otaqda bəzi hərəkətlər edirdim, dualar oxuyurdum e, bax Namaz odur. Sizə kitab göndərəcəm, siz də öyrənərsiniz və çalışın mütləq qılın.

-          Yaxşı. Amma səndən ötrü yaman darıxacam.

-          Elə mən də, Mekonq. Heyf  ki, burda internet şəbəkəsi yoxdur. Yoxa facebook`da söhbət edərdik hər gün.

-          O nə olan şeydir?

-          İnşallah, burda  internet şəbəkəsi olar, sən də internetə girib bilərsən.

-          Sənin dediklərindən heç nə başa düşmədim, amma eybi yoxdur. Yəqin, mənə söymədin.

-          Yox, o nə sözdür. Hərd


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
8+32=
Hesaba giriş
Müəllif

Vüsal Məmmədzadə
Haqqında
Bakalavr: Bakı Slavyan Universiteti - jurnalistika // Magistr: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Doktorantura: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Vaxtınız olsa, YouTube kanalıma da baş çəkin. Arabir maraqlı hesab etdiyim mövzulardan danışıram :)
Əlaqə
E-mail:
rossovusal@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0401 saniye