Dünyada mütləq haqq-ədalət aramaq, haqqı tapdanmış kasıbın öz-özünə verdiyi təsəllidən uzağa getmir. Bütün zamanların içərisində zamanından küsmüş zamansızlar var olmuşdür. Hər dönəmin özünə görə haqsızlıqları, hər dövrün özünə görə ədalətsizlikləri olub. Bəzi zamanlarda bir şərəflinin qismətinə beş, bəzi çağlarda isə on beş şərəfsizlə mücadilə etmək düşüb. Bəzən isə,vicdansız bolluğunun içərisində ləyaqətli zümrə dəli burulğanda sovrulub gedib. Dünyanı cənnət bilib,yaşamaq eşqi ilə çırpınan məzlumların,bəzən, sevgisi qəlbində,sevinci gözlərində donub qalıb. Onların bu,cənnətini cəhənnəmə çevirən imansızlar hər zaman vardır. Ruhu kin-küdurətlə dolu, gözləri irinli qanla örtülü imansızlara görə, məzlumların sevinmək haqqı olmamalıdır. Şərəfsizlər üçün bu, dünyada yalnız zorun hüququ hakim olmalıdır.Bir tərəfdə qul haqqı yeyib enə verənlər,digər yanda onlara qahmar çıxan "sandıq tulaları",ortada qalanlar isə, fağır və məzlum Adəm övladları...
Zəngin bir ölkə, bu ölkə içində tükənməz sərvət və bu sərvətə tamarzı qalan toplum... Ona aid olan öz cənnət diyarında cəhənnəm əzabı onun talehinəmi yazılıb? Bəlkə, bunları onun talehinə zorla yazan, boynuna zülüm, köksünə zillət yükləyən boynu yoğunu bir ana öz bətnində dünyaya gətirməyib? Bəli, onlara ana həyat versə də,əmdikləri donuz südü olub. Məhz bu, səbəbdəndir ki, donuzla oxşarlıqları çoxdur. Qışqırarsan - eşitməzlər, vurarsan - getməzlər, lənətlərsən- tük tərpətməz, qabağına təmiz-murdar nə atsan, fərqinə varmadan yeyər, eynən qardaşları donuzlar kimi...
Yalnız onlar yaşamalı, yalnız onlar əylənməli,yalnız onlar kef çəkib,dövran sürməlimi?...Onlara üç otaqlı ev bəs etməz,66 otaq gərək...Onlara bir maşın yetməz 6 maşın lazım...Onlara bir-iki libas az, 106 libas olmalı...Onlara üç çeşid yemək bəs etməz, 36 növ yemək lazım...Libasla cisminin abırını örtsə də, ruhunun tərbiyəsizliyi yenə də açıqdadır... Xana-xana evlər cismini qızdırsa da, ruhunu daraldar...dünən yedikləri bu gün onu tox tutmaz, yeyilənlər yaşamaq üçün deyil, enə vermk üçün...Gəzdiyi növbənöv maşınları bəzən yeriyən tabutları xatırladar... Doymaq və ya doydum demək,onların murdar xislətinə yaddır...Gözləri hər zaman yad əllərdə, əlləri isə,həmişə murdar qoxu verən ağızlarında olar...
Bu, hiddət dolu fikirlərin hədəfi kim? Ətrafınıza nəzər salın, dünyaya göz gəzdirin, bir az diqqətlə, bir az düşünərək baxın...Azdırmı bizlərin cənnətini cəhənnəmə çevirən belə,bu cür tiplər?..