Cənnətə Aparan Ümid
Efsane R. Sagi tərəfindən "Digər yazılar" bolməsinə 19:41 20 iyun 2015 tarixində əlavə olunmuşdur

"Həyatımız boyu bizi müşayiət edən ümid hətta ölüm ayağında da bizi tərk etmir."  (Aleksandr Pop) 

Bəzən bir ümid bəsləyərsən içində olmayacağını bilə-bilə olacaq sanaraqdan sadəcə iki ayağa sahib olduğunu unudaraq həm ruhun həm cisminlə bərabər qoşarsan onu gerçəyə çevirəcək olan yollarda. Qəlbinin ən gizli məcrasında yer ayırdığın qurumuş o ümid fidanı bəlkə yenidən tumurcuqlayacaq, böyüyəcək, böyüyəcək və ovcunun içində olacaq bir gün meyvəsi deyə düşünərsən. O zamanda artıq hər kəsdən yuxarıda, hər şeyin ən yaxşısına sahib olduğunu sanacaqsan əslində heç bir şeyə sahib olmadığını anlayacaqsan. Ağlayacaqsan hönkürtü ilə iç vuraraqdan üzüləcəksən, pessimistləşəcəksən bir az daha. Sonra xoşbəxtliyin kuliminasiyasında, zirvəsində olduğunu görürmüşcəsinə yenidən güləcəksən. Az sonra  üzündəki ifadənin  başqa dodaqlarındakı gülüşün  hətta aynadakı əksinin nə qədər səmimiyyətdən uzaq, yalançı olduğunu anlayacaqsan. Ölmək istəyəcəksən amma bacarmadığın, yarım buraxdığın hər iş kimi  bunu da bacarmayacaqsan. " Onsuz da ölümə hər gün bir addım daha da yaxınlaşıram" deyəcəksən. Hər gün bir az daha arıqladığını, vücudunun  zəiflədiyini, buruş-buruş olduğunu, əzalarına artıq söz keçirə bilməyəcəyini,  səni dinləmədiklərini görəcəksən. Sonra solunda bir ağrı mədəndə bir sancı hiss edəcəksən və birdən bir "çıqqıltı" eşidəcəksən... Son olaraq O da sözünü dinləmədi.

 Zaman durdu. Gözlər saatın 04:04-ü göstərən əqrəblərində donub qaldı. Ağır-ağır alınan fısıltılı nəfəsini otağında sükunət əvəzlədi. "Nə baş verir?, Mən haradayam? , Az öncə otağımda olmalıydım. Axı məni kim bura gətirdi, özüm mü gəldim? , Axı mən yeriyə bilmirdim.İndi ayaq üstəyəm gəzirəm" kimi neçə-neçə cavabsız suallarla qarşı-qarşıya qalacaqsan. "Ətrafımda tanış üzlər də yoxdur. Həmişə mənə qəribə, təəccüblü, sual dolu nəzərlərlə, alayedici baxışlarla baxan  simalar deyil buradakılar" deyəcəksən. Hər kəsin gözlərində xoşbəxtlik, sevinc, huzur, dodaqlarında bu xoşbəxtlikdən doğan təbəssümün var olduğunu və səni öz aralarına dəvət etdiklərini görəcəksən. Öncə, bir az düşünəcəksən "Onların arasında olmağa layiqəm mi?" deyə, " Orada o ümidə çatmaq üçün hər vəchlə çalışdığımı, ona doğru gedən yollarda var gücümlə qoşduğum, bəzən ayaqlarımın yetersiz qaldığını anlayıb quş olub uçmaq istədiyimi və bir çox  iş kimi orada bacarmadığımı nə ara burada bacardım yoxsa orada bacarmadığımı sanıb da bura üçün onu çoxdan mı əldə  etmişəm?"  düşünəcəksən və artıq onlardan biri olacaqsan sən də...

 Hər şeyin çirkinliyindən də, küflənmiş, paslanmış, daşlaşmış, mərhəmətin zərrəsinə yer olmayan qəlblərin sahiblərindən, onların pisliklərindən də qurtulmuş olacaqsan. "Rəhm edin!, Kömək edin! , İmdad! Mərhəmət edin!" deyərək yeri gəldi mi hayqıran, yeri gəldimi sakit-sakit inləyən sən indi ruhun və cisminlə azadsan. Artıq ehtiyac duymasan da qanadların da var odur ki, qanad çal varsa içində bəslədiyin arzuların, ümidlərin, yardımına qoşmaq istədiklərin onlara doğru. Bu dəfə sənə kimsə mane ola bilməyəcək. Dövrə vur ruhlar səmasında  vura bildiyin qədər, hayqır  bu dəfə "Rahatlıq! Azadlıq! Özgürlük!" deyərəkdən qoy cahan inləsin səsindən., Yer utansın üzərində ayaq basıb yeriyən pis sakinlərindən. 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+19=
Hesaba giriş
Müəllif

Efsane R. Sagi
Haqqında
Sadəcə yazmağa cəhd göstərmək...
Əlaqə
E-mail:
efsaneozenn@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0259 saniye