Cənnətə doğru irəliləyən çay
Nigar Şahsuvarova tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 20:04 21 noyabr 2015 tarixində əlavə olunmuşdur

Kolumbiyanın Sierra de la Macarena bölgəsində yerləşən, xalq tərəfindən "5 Rəngin Çayı" olaraq adlandırılan Cano Cristales çayı "cənnətə doğru irəliləyən çay" və "dünyanın ən gözəl çayı" olaraq da bilinir.

İlin əksər vaxtı başqa çaylardan fərqi yoxdur, yaşıl yosunlarla örtülü daşları və masmavi suları vardır. Ancaq çay hər il qısa bir müddət üçün sanki çiçək açır və göyqurşağının bütün rənglərini özündə birləşdirir.

Kolombiyanın yağışlı mövsümü boyunca çayın su kütləsi daha sürətli və dərindən axır, çayın dibini qaraldaraq görünməz edir. Belə olduqda çaydakı yosunlar ehtiyac duyduqları günəş şüalarını ala bilmirlər.

Quraq mövsüm boyunca isə çaydakı həyatı bəsləyəcək qədər su tapılmaz. Ancaq yağışlı və quraq mövsüm arasında elə bir dövr də vardır ki, su səviyyəsi olması lazım olduğu kimi olur, onlarla növ yosun və alg mükəmməl bir rəng müxtəlifliyi nümayiş etdirir. Mavi, yaşıl, qara, qırmızı və çəhrayı rəngin minlərlə tonu çayın üzərini örtür.


Cano Cristales çayının genişliyi 20 metr, uzunluğu isə 100 kilometrdir. Canon Cristales çayı yaxınlarında yol yoxdur, bu səbəblə çayı görmək arzusunda olan turistlə atlarla təmin edilir.

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+22=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.036 saniye