Cənubi Koreyada bir qrup dizayner dayanmadan yağışlı günlərdə əhval-ruhiyyəni necə qaldırmağın yolunu fikirləşərək yağış yağan və hər tərəf boz və cansıxıcı olan payız havasıyla mübarizə yolunu tapıblar. Onlar Seulun küçələrində yalnız üzərinə su düşdükdən sonra görünən xüsusi rənglərlə nəhəng şəkillər çəkiblər. Öz layihələrini onlar "Musson Layihəsi" adlandırıblar. Belə ki, məhz musson mövsümündə Cənubi Koreyada 3 həftə fasiləsiz olaraq dayanmadan yağışlar yağır. İndi şəhərin sakinləri rəssamların nə çəkdiyini görə bilmək üçün səbirsizliklə yağışın yağmasını gözləyirlər.