cerard
Xəyal Amanov tərəfindən "Hekayə" bolməsinə 18:35 18 oktyabr 2017 tarixində əlavə olunmuşdur

qapının önündə səslər duya bilirdim,qaranlıqdan heç bir zaman qorxum yoxdur demək olar ki iki ildir anamla birgə yatmıram.Ayrıca otaqda ,üzərində sevdiyim qəhrəmanın batmanın rəsmi olan,bir küncü azacıq qırılmış yataqda yuxulayıram.Demək olarkı iki ildi nağılsız,100 ə qədər sayaraq göz qapaqlarım yumulu şəkildə yuxuya gedirəm.Əzablıdır,sizə əzablı görünməyə bilər amma 100 ə qədər qoyun sayaraq,yuxulamaq nə qədər qəribə olsa da o qeder bezdiricidir.Həm siz ananızın hər gün döyüldüyü ,göz kənarlarının qara rəngə boyalanmasına da vərdiş etməmisiniz amma mən 13 yaşlı uşaq,qaranlıqlardan qorxusu olmayan,oyuncaqları olmayan,gününü evdən 100 metr kənarındakı meşədə keçirən uşaq kimi bütün bugünlərdən xirtdəyimə qədər bezikmişəm.10 il əvvəl təxminən 3 yaşım olarkən Santiyaqodan Dentires əyalətinə köçdük,sadə 4 otaqlı ,qarşısında kiçik çıxıntısı olan bu evdə yerləşdik.Bu evin böyük bir tarixçəsi var,ulu babamdan babama ondan da atama miras qalan bu ev yəqin ki mənə miras qalacaq,nə qədər möhtəşəm hədiyyə olsa da mütləq əmin edə bilərəm ki,bu darıxdırıcı evdə yaşamağa heç marağım yoxdur.Oğlumun 100 ə qədər qoyun sayaraq yuxulamağını heç isdəməzdim.

-bilirsən henza bizlər o insanlar kimi deyilik,fərqli filmlər izləmək,fərqli qadınları sevmək,fərqli zarafatlar etmək,fərqli küçələrin qaranlıq tinlərində gəzişmək nə qədər əzablıdırsa biz bu vərdişlərdən əl çəkib,normal olmağa çalışsaq da ,bütün bunlar yersizdir henza.Bizlər insanlar üçün doğru yolu istiqamətləndirməkdə bir mayak rolunu oynayırıq,onların qarşılarında təhlükə var deyə car çəkən çirkli bir plakatıq,henza biz onlar üçün bir tanrıyıq.Henza bunları anlamağın,qulaqlarına sırğa etməyini xaiş edirəm.- deyə səsləndi filmdəki obraz,Bu film çox darıxdırıcıdır,atamın hər gün izlədiyi bu filmdə nə maraq çəkdiyini anlaya bilmirəm,Film kimi sözləri də maraqlı deyil,qəribə poxdan bir filmdir.

-hara gedirsən Beth,saçları qulaqlarının arxasında yığan,həmişəki güllü parçadan tikilmiş bəzəkli donunda,gözlərinin ətrafı şişmiş şəkildə anam səsləndi.

-azca meşədə gəzişəcəm,deyib qapını möhkəmcə itələyərək ,fikirləşmədən evdən uzaqlaşdım.Qarşıdakı gölməçənin üzərində köhnəlmiş,dərisi soyulmuş çürük taxda var,onun vasitəsiylə meşəyə keçə bilirəm,təhlükəli olsa da hər zaman cəhd edirəm. Taxdanın üzərindən keçərkən.özümü sirklərdə nazik iplər üzərində addımlayan akrobat kimi hiss edirəm.həm əyləncəli həm də qorxuludur.Səssizlikdə irəliləyərək,kiçik kollardan meyvələrr yığıram,çox dadlıdırlar,eyniylə anamın mənim üçün özəl hazırladığı moruqlu tort kimi ləzzətlidir.Kollara yaxınlaşaraq,qırmızımtıl meyvələrdən,ətəyimə tikilmiş ciblərimə tələsik yığmağa başladım,kollar tikanlıdır ,onları toplayanda demək olar barmaqlarımın hər tərəfinə tikanlar batır,bu isə çox əzablıdır,xəsdəliyə yoluxanda dalıma batırdıqları iynə kimi incidir. Səmada kiçik,bəzəkli quşlar süzməyə başladı,tikanları barmaqlarımdan qopararaq,növbəti kola yaxınlaşdım, Toplamağa başladığımda iki üç metrlik məsafədə şıqqıltı səsini eşidərək,qorxudan geriyə çəkildim.Səslər hündür polad ağacının arxasından yayılırdı,sürətli şəkildə bir qaraltı qarşımdan keçdi,dizlərim titrəməyə başladı,deyəsən şalvarıma batırdım deyə pıçıldayaraq,kolların arxasında gizlicə əyildim.iki üç dəqiqə,keçəndən sonra ağacın arxasından bozumtul şəkildə,uzun qulaqları olan,qara rəngində quyruqlu ,bəzəkli kiçik bir heyvan qorxaq addımlarla kolların qarşısında peyda oldu.Deyəsən nəyinsə əlində qurtulmuşdu,kiçik genişlənmiş gözləri insanı heyrətə gətirirdi.Yavaşca kollardan kənarlaşaraq heyvana yaxınlaşmağa başladım,bilmirəm nəyə görəsə o da yerindən bir addım belə hərəkət etmədi,eləcə donuq şəkildə gözlərimə zillənərək,iki ayaqların üzərində mənə tamaşa edirdi Ətəyimə tikilmiş ciblərdən bir parça moruqlu tortdan qopararaq,heyvana uzatdım,hətta barmaqlarım kiçik ağzına belə toxundu.Amma yenə də heç bir reaksiya vermədən,kiçicik dişləri ilə uzatdığım parçaları yalamağa başladı.Yanında əyilərək qulaqlarını sığallamağa ,barmaqlarımı sıx tükləri arasında gəzişdirdim.Necə də gözəl yaratıqdır deyə,moruqlu tortu tamam bitirənədək onu izlədim.Deyəsən dovşandır,atam hər dəfə ova çıxanda bu cür heyvanlar ovlayıb,onlardan kabab bişirərək gecəmizi keçirdirdik.Buna görə özümü təhqir etdim belə.BU cür heyvanları yeməklə böyük günah işləmişəm.Heç bir reaksiya vermədiyindən ürəklənərək ,qollarımın arasına salaraq ,kənarda səssiz bir yerdə,onun titrəyişini his etməyə başladım.

-sənin adını cerard qoyuram balaca,bugündən mənim dosdum ,sirdaşımsan,sənə 100 qoyun sayaraq yuxulamağı öyrədəcəm,yəqin ki sənin sirlərin var ,bəlkə birlikdə söhbətləşərik.Atan,anan varmı,cerard?gününü necə keçirdirsən,sonuncu izlədiyin cizgi filmi hansıdır. necə də axmağam heyvanlar bəyəm cizgi filmləri izləyir ki,əsəbimdən yerə tüpürərək yenidən qorxaq heyvanı sığallamağa başladım.Ürkərək əllərimdə titrəməyə başladı.Yəqin ki valideynləri Cerardı təkbaşına meşəyə buraxıb,necə də laqeyd valideynlərdir.Cerard gözlərini yenə də mənə zilləyirdi.Yenidən cibimdən tortun geriyə qalan parçasını uzatdım,onu da bir gözqırpımında həzm etdi.

-bilirsən ,doğulduğumdan bəri dosdum olmayıb cerard,eləcə tənhalığımı kollardan meyvə toplamaq,təpənin üzərinə yüksələrək uzun uzadı yollara tamaşa edirəm,sonra da günəşin batışını izləyərək geri dönürəm bəs sən nə edirsən cerard.Cerard donuq şəkildə cavab vermədən mənə tamaşa edirdi,bağrıma sıxaraq, titrək tüklərini sığallamağa başladım. ayağa qalxaraq ətrafa göz gəzdirdim,kiçik ağac budaqlarını toplayaraq,kiçik bir evcik quraraq ,içərisinə otdan döşək edib Cerardı oraya yerləşdirdim.Azca yana əyilərək büzüşmüş şəkildə gözqapaqlarını yumdu.

Bir də ayılanda qaranlıq çökmüşdü,ağacların arxasından qulaqbatırıcı qurbaağaların quruldaması,ətrafı əhatəyə salan duman,göy üzündəki ulduzlardan başqa ətrafımda bir şey görə bilmədim.Cerard qaçmışdı.ciblərimdəki meyvələr torpağa səpələnmiş,barmaqlarıma batan tikanların ağrısını duyurdum.Qalxaraq.üzərimi təmizləyib evə tərəf qaçmağa başladım.

-Ana bir dəqiqə,mənlə ola bilərsən deyərək anamı səslədim.Əlini qapının cəftəsindən ayıraraq mənə tərəf yaxınlaşmağa başladı.Kiçicik gözlərini mənə zilləyib,nazik barmaqlarıyla üzümü sığalladı,özümü lap cerard kimi hiss etdim.indi o yalqızdır.Meşədə tək tənha ,kimsəsiz şəkildə yəqinki o kolların arxasında məni gözləyir.Doluxsunaraq,başımı yan terefe əydim.Gözlərimdə yaş damlaları axmağa başladı.Tez barmaqlarımla göz yaşlarımı silərək anama tərəf əyildim.Sinəmdən gərgin bir hıcqırtı yayıldı.

-nə oldu beth,niyə ağlayırsan,kim səni incitdi deyə ağlıamağa başlayan anamı sakitləşdirərək. -yox ana qorxma sadəcə səndən bir şeylər soruşacam.Dosd olmaq necə bir hisdir.,?

-buna görə gözyaşları tökərlərmi beth,deyərək əyilərək üzümdən öpüb,-dosdluq eşq kimidir,necə ki atanı sevdiyim kimi,sirrini bölüşə bilirsən,yaralandığında ağrıların sən də hiss edə bilirsən ,niyə soruşursan ki beth ?

-heç sadəcə içimdən gəldi deyib anamın simasına gülümsədim.O da gülümsəyərək,gözyaşları içində işıqları söndürərək,otaqdan ayrıldı. bu sefer 100 ə qədər qoyun saymadım,eləcə bütün gecəni cerardı düşünərək yuxuladım..

-Beth,Beth.atanın sənə hədiyyəsi var, yorğun şəkildə gözqapaqlarımı açaraq,qarşımda ağac kimi bitən anamı gördüm,heyrət içində yataqdan qalxaraq,qapıya yaxınlaşdım.Dəhlizdə damcıları vardı,onları izləyərək,mətbəxə daxil oldum.Atam stolun küncündə barmaqları arasında qanlı,yaralanmış heyvanı tutaraq,üzümə gülümsəyirdi.

-bugün bu dovşandan sənə kabab bişirəcəm,dosdum konyak da almışam dadına baxmağını isdəyirəm,artıq kişiləşmisən bir yerdə içkiylə kababa nə deyirsən balaca?......

gözlərim bir anlıq doluxsundu,sinəmdən onurğa sümüyümə qədər,ağrı içində can çəkdim,bu erard idi,onun sıx tükləri necə də qan damcılarından bir birinə yapışıq idi...qapıya qaçaraq,gözlərim yaşlı şəklidə meşəyə tərəf üz tutdum.

beth,beth nə oldu bu uşağa ?

-dedim axı balacadır o,hələ qanlı heyvanı əlində tiutaraq ona gülümsəyirsən........     


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+18=
Hesaba giriş
Müəllif

Xəyal Amanov
Əlaqə
E-mail:
korzeniovski@bk.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0329 saniye