Bir qadın ola, sənsizliyi danışsın sənə
Gündüzlər gülməyi, gecələr isə kədəri,
Bulaşdırsın ağ köynəyə.
Bir-iki qədəh şərabdan sonra
Rəqsiz çıxıb getməsin.
Elə bir qadın ola ki,
Günəşi yox, ağlayan buludları sevsin.
Bir uçurumun yanında əyləşib, ayaqlarını yellətsin
Başını çiynimə qoysun və səssizliyimizi dinləsin.
Ancaq bir tək getməsin
Kölgəsini, kölgəmdən uzağa aparmasın.
İntiharlıq üçün mənim qollarım, onun saçları
Bəs edər, ölərkən birgə addımlamağa.