Ceyhun Məmmədov - “Daha anlamır”
Ceyhun Məmmədov tərəfindən "Şeir" bolməsinə 12:29 31 may 2016 tarixində əlavə olunmuşdur

Həsrətlə təbəssümünə baxardım onun

Gözlərində isə xoşbəxtlik oxunu görərdim

Amma hər dəfə dəyişirdi üfüqünü.

Mənim yanımda olanda

Əlləri büzüşməmişdi, qırış olmamışdı

Tüstüyə də ki, alışmamışdı bədəni.

İndi ciyərlər büzüşüb

Otaq tüstüyə alışmır.

Oda mənim kimi gündüzü sevməzdi

Ancaq gecələr də oturmazdı yanımda

Çıxıb gedərdi yorulmadan.

Amma bacarmadı, qalmadı

Qoymadı şeirlərimə qonaq edim onu.

O, indi içir, çəkir və musiqiyə qulaq asır

O, bədbəxtdir artıq

Nə kədərin qədrini bilir, nə də sevincin.

Daha anlamır nəfəsinin müqəddəsliyini

Deyəsən o, daha anlamır özünü

Nə də həyatın üz qabığını.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+19=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.031 saniye