Ceyhun Məmmədov - “On dört saat” (hekayə)
Ceyhun Məmmədov tərəfindən "Hekayə" bolməsinə 19:02 30 may 2016 tarixində əlavə olunmuşdur

  Mən səni eyni dayanacaqlarda gözlədim. Yağışda, qarda eyni dəqiqələrdə səni gözləyirdim. Mən necə təsəvvürlər etdim, səni yenidən görmək ümüdü ilə alışıb yandım. Gözlərində o dəfə ki, kimi itmək istəyirəm, sənə qarışıb saçlarını qoxlamaq istəyirəm...

  Heç havanın vəziyyətinə fikir vermirdim. Çünki fərq etmirdi mənə, gecə və gündüz gözləyirdim səni. Arada acırdım, mağazaya girib bulka ilə qarnımı doydururdum. Bəzən düşünürdüm ki, zamanı geri qaytarmaq olsaydı yenidən səni bu dayanacaqda görərdim. Sevgi bilmədiyin anda gəlib səni tapır. Heç gözləmədiyin vaxtda, məkanada fikir vermədən sənin qarşında dayanır. Onsuzda mən axtarmırdım sevgini, özü məni tapacaq ümüdü ilə gəzirdim küçələri. Elə təsadüfən bir qış axşamı tapdı məni. Çox gözəl görsənirdi. Əynində qara kurtka, boynunda qırmızı şərf və əlləri qırmızı əlcək ilə örtülmüşdü. Saçları çox gözəl idi. Səliqəli şəkildə arxaya daranmışdı. Möhtəşəm bir gülüşü ilə ovsunladı məni. Kaş gec gələrdi avtobus. Lənət olsun, həmin an sözlərimi bir-bir geriyə udqunmağa məcbur oldum. Yarımçıq qaldım, yuxusuzluğuma səbəb oldun. Xəyallarım genişləndi, hər gecə səni bir film kimi izləyirəm beynimdə. Artıq uzun zamandır ki, həmin dayanacağa gedib gəlirəm. İyirmi dört saatın, on dört saatı səni gözləməyə həsr olunur. Ancaq yatmağa gedirəm evə, ya da ki, səni xəyallarımda izləməyə gedirəm. Səni dayanacaqda, qara kostyumum ilə hər dəfə gözləyirəm. Gəlişin üçün çox darıxıram, inan ki, gəldiyi an səni qollarım ilə sarımaq istəyirəm. Bilirəm, məni sadəcə beş dəqiqəlik izlədin, amma o baxışlar məni on dört saatlıq gözləməyə vadar etdilər. Hərdən düşünürəm ki, görəsən səsin necədir. Lap elə sənin səssizliyin üçün darıxmışam. Adıvı öyrənə bilmədim. Eybi yox gəldiyin gün səni sevgi deyə çağıracam...

  Yenə bu səhər çayımın içinə kədər qatırdım. Kədərli çayımı içdikdən sonra, dayanacağa yollanacaqdım. Səni səssiz gözləyirdim, ancaq gəlişivin səsli olmasını istəyirdim. Soyuq bir fəsil yaratdın mənim üçün, gecələr üşüyürəm. Beynimdə səninlə bağlı olan xəyallarım isidirdi məni. Bu gün günəş var, ağlayan buludlar yoxdur. Günəşdə qəribə görsənirdi mənə, amma sənin saçların külək ilə rəqs edəndə anladım ki, qəribə olan mənəm. Bu gün tez gəldin, çünki on dört saat hələ tamam olmamışdı. Sevgi deyə qışqırmaq istədim, ancaq öz səsimi eşitə bilmirdim. Əllərimi açıb, sənin yanıva qaçmaq istədim, amma ayaqlarım getmirdi. Qəribə bir səs eşitdim, burda yatmaq olmaz deyə polis oyandırdı məni. Gözlərim ilə səni axtardım, yuxu olmasın deyə öz-özümə pıçıldamağa başladım...

  Bəzən düşünürəm ki, bəlkə də səssiz sevmək gözəldir. Amma sonra düşünürəm ki, axı mən ona toxunmaq istəyirəm. Hətta o ağlayanda yanında olub ovuclarım ilə göz yaşlarını toplamaq istəyi keçir içimdən. Saçlarını əllərim ilə daramaq, dizlərinin üzərində yataraq günəşi qarşılamaq istəyirəm. Yox ee yox mən ona toxunmalıyam, qollarım ilə onu sarıyıb, gözlərim ilə sevdiyimi ona deməliyəm. Kaş indi yanımda olardın, çünki bu gün mənim ad günümdür. Kasıb olsamda, dükandan balaca bir tort almağa pulum çatdı. Bax aşkım, bu şamı sənin üçün üfürürəm. Daynacaqda məndən başqa heç kim yoxdur. Nə olar qaçaraq gəl gözlərimi bağla. Bilirəm qəribədir xəyallarım, tanımayan bir insanın gözlərini necə bağlayacaqsan. Amma mən beş dəqiqəlik sənə baxmaqla, o gündən sonra, on dört saatımı səni gözləməyə ayırdım...

  Bəlkə də təsadüf deyilən bir şey yoxdur, bəlkə də var nə bilim. Sevgi bəzən insanı yora bilər, hətta bəzən ağladıb, güldürə bilər. Mən hər şeyə hazır idim bu səhərdə. Bu gün sənə bir gül almaq içimdən keçdi. Bəlkə gələrsən dayanacağa, məni görərsən deyə bu dəfə gül dəstələri ilə səni dayanacaqda gözləməyə başladım. Zaman hər zaman axır, onu saxlamaq mümkün deyil. Qolumdaki saatın əqrəbləri sənin üçün işləyir. İlk gördüyüm andan bəri səni gözləyirəm gülüm. Niyə o gündən sonra gəlmirsən deyə öz-özüm ilə yenə də danışmağa başladım. Nənəm demişdi ki, sevirsənsə və o sevgini gözləməyə bacarırsansa o mütləq sənin yanıva gələcək. Nənəm haqqlı idi. Başımı aşağı əyərək oturaqlı vəziyyətdə şalvarımı təmizləyirdim. Niyə sən belə tərssən, mən yola baxdığım zaman görsənmirsən. Yaxşı ki, başımı tez qaldırdım və səni avtobusa minərkən görə bildim. Bu dəfə səni itirə bilməzdim. Güllərivi əlimdə bərk-bərk saxlayaraq sənin dalınca qaçdım. Yetişəcəm sənə sevgi deyə qışqırmağa başladım. Yəqin ki, sürücü anladı məni və insafa gəlib avtobusu saxladı. İçəri daxil olan kimi, gözlərim səni axtardı. Təngə nəfəs olmuşdum, ancaq bu gülləri sənə vermək üçün nəfəsimi tükətməyə belə hazır idim. Necə də gözəl gülürsən, bilmirəm gülləri bəyəndin yoxsa məni. İnan ki, ilk dəfədir tanımadığım bir qadına gül verirəm. Gülümsə hər zaman, məndə çox xoşbəxtəm, aylarımı on dört saatlıq sənə həsr etdim. Bilirsən heç çəkinmədim sənə yaxınlaşdığım zaman. Utanmadan adımı özüm dedim sənə, sənin adıvı soruşa bilmədim. Çünki sən gülürdün, məndə sənin gülüşüvə həvəslə baxaraq suallarımı unutdum. Eybi yoxdur, adıvı zamanla bilərəm. İndi mən yalnız sənin gülüşüvü izləmək istəyirəm...

  Sevgi qayğıdır, saatıvı onun üçün ayırmaqdır. İndi əmin oldum ki, saatlarım boş-boşuna keçmədi. Çünki sən mənə qayğı göstərərək, saatlarımı qaytardın...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+6=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0261 saniye