Gözlərivi bağla, qayıt beşiyə qədər.
Əgər bacarırsansa, xatırla birinci yaşıvı.
Addımla keçmişin nöqtəsinə doğru
Bəlkə gələcək üçün,
Xoşbəxtlik qırıntıları taparsan orda.
Yaxşı və pis xatirələr içində
Tap çıxart o içindəki müqəddəsliyi.
Bircə dəfə yalnız bax geriyə
Keçmiçdən apar, üzüvü güldürən dəyərləri.
Birdə heç vaxt qayıtma, dost
Elə qal ancaq indi ki, nöqtə də.
Sən xəyallarla dolusan axı
Seç birini, bütün qapılar açıqdır üzüvə.
Daha düş bəsdir
Getmə, sürətli qatarla.
Biraz addımla, daha dərin nəfəs al
Bax gör necə gözəldir,
Sənin görmək istədiklərin.
Və sən yaşadıqca, həyatda parlayır
Təbəssümün olduqca, həyatda gülümsəyir.
Sən öldükcə isə
Ölüm həyatı özü ilə daşıyır.
Məncə bəsdir kollu yollar
Çıx daha düz asfalt yolla addımla.
Daha döyüşmə, sev və əzizlə
Suallar sənin ruhun, cavablar isə yeni dünyan.