Ceyhun Məmmədov-"Karikaturaçı"
Ceyhun Məmmədov tərəfindən "Hekayə" bolməsinə 12:14 02 aprel 2016 tarixində əlavə olunmuşdur

  Mənim adım Turqut, sadəcə Turqut. Adımı qısaldan olmayıb, çünki mənim heç dostum yoxdur. İnsanlardan qaçmağı sevirəm, tək-tənha, cəmiyyətdən uzaq da qalmaq mənə daha xoş təəssürat bəxş edir. Ancaq hələ cəmiyyətdən tam uzaq deyiləm. Ona görə ki, tələbəyəm. Amma heç bəyənmədim mən tələbəlik illərini. Müəllimlər çoxlu sözlər deyirlər. Onlardan bəziləri mənasız sözlər işlədirlər. Zamanımı o bəzi müəllimlərə xərcləmək məni çox üzür. Qrup yoldaşlarımla ünsiyyətdə olmuram. Çünki məni anlayan yoxdur. Mənə dəli deyirlər. Əslində heç məni sevmirlər. Əlimdə telefon əvəzi kitab olur. Bilirsiz, əslində mənim heç telefonum olmayıb. Heç vaxt da olmayacaq, çünki əlaqə saxlamaq istədiyim birisi yoxdur. Nə ailəm var, nə dostum, nə də sevgilim. Ailəmi heç vaxt görməmişəm. Yetimlər evində böyüdüm. Ancaq bir gün ordan qaçmağı bacardım. Orda mənə yaxşı baxmırdılar. Qışqırırdılar, təhqir edirdilər. Bütün psixologiyamı pozublar. Qaçdığım günün axşamı məni bir baba tapdı. Üşüyürdüm, noyabr ayının 30-u olardı ki, mən ayaqyalın palçığın içində idim. O, baba məni evinə apardı. Tək yaşayırdı. Mənə paltarlar aldı, məktəbə getmək üçün mənə yardım etdi. On bir il məktəb də oxudum. Ali məktəbə sonuncu il hazırlaşmağa başladım. Hazırlığa getmədim, özüm-özümə müəllim oldum. Əmin idim ali məktəbə qəbul olacam. Bəlkə də mənə baba yardım etdi. O, məndə inam hissi oyatdı. Qəbul imtahanına bir gün qalmış, babam dünyasını dəyişdi. Son nəfəsin də mənə dedi ki, mənə görə o ali məktəbi qazan. Babama söz verdim və sözümü növbəti gün tutdum. Testin suallarını cavabladıqca, göz yaşlarına boğulurdum. Şüurum mənə babamı xatırladırdı. İmtahanı yaxşı yazdım. İki gündən sonra cavablar çıxdı. Balım yüksək idi. İxtisas seçimini də etdim və avqust ayın da qəbul olduğum ali məktəb ilə tanış oldum. İxtisas seçimini gözləyən zaman, babanın evində qalırdım. Daş-daşımaq, bağbanlıq, zibil təmizləyən bu kimi işlərdə çalışdım. Çünki yaşamaq üçün o lənətə gəlmiş pula ehtiyacım var idi. Ən azından bir-iki tikə çörəy yeməli idim. Dərsə getməyə başladığım günlərdə də işləyirdim. Amma işlədiyim yer, bar idi. Məcbur idim, bunu yaşamağa görə edirdim. Birinci kurs da hər şey əla keçdi. Təqaüdümü artırmışdım. İndi işləməsəydim də olardı. Əlaçılıq dərəcəsindəki təqaüdü alırdım. İkinci kurs bir neçə ay işləmədim. Daha çox vaxtımı elm öyrənməyə həsr etmişdim. Həyata artıq başqa bir yöndən baxırdım. Düşünməyə çalışırdım. Bu qədər təhsil, işləmək və sonda ölmək. Niyə axı?! Bunu niyə etməli idim. Heçnə sonsuz deyildi. Və hər bir şeyin sonu varsa. Onda mən niyə bu qədər özümü yoruram. Təhsil aldığım müddət də mən yalnız əzbərçiliyi öyrəndim. Elm öyrənmədim. Çünki elm öyrətmədilər. Yalnız imtahanı keçmək üçün müddətlik bir mövzular öyrətdilər. Semestr boyunca imtahan verməkdən bezmişdim. İyrənirdim testlərdən, əzbərçilikdən. Mənim ağlıma belə ideya gəlmişdi. Deməli tələbə dörd il oxuyur və dörd il ərzində semestr imtahanları olmur. Ali məktəb ancaq tələbəyə elm və ixtisas öyrədir. Yalnız sonuncu dördüncü ildə buraxılış kursunda imtahanlar verir. Və imtahanlardan keçdiyi zaman tələbəyə diplom verilir və həmçinin də işlə təmin olunur. Yəni imtahan sırf işə qəbul üçün olur. Yoxsa semestr boyunca imtahan verməyin bir mənası yoxdur. Bir tərəfdə rüşvət, bu sistem ilə universitedi bitirdikdə də o biri tərəf də işsizlik. Dörd illik təhsili bitirdikdən sonra, iş tapmaq sadəcə bir ehtimaldır. Əgər bu ehtimal onları qane edirsə, onda mən universiteddəki hesabımı dondurmalıyam. Bəlkə də həyatım yenidən başlayacaq. Heç bir sistem yox. Yalnız mən və daxmam olacaq.

  İkinci kursu tam bitirməmiş, hesabımı dondurdum. Səbəbini soruşduqda isə cavabım bu oldu. Siz mənimlə razı olmadız. İdeyamı, onlara demişdim. Fakültə dekanlığı rektor ilə danışmışdı. Rektor və mən təhsil nazirliyi ilə görüşə getmişdik. İdeyamı təhsil nazirliyinə danışdım. Əlbəttə ki, razı olmadılar. Hətta qəzet də adım çıxdı. “Dəli bir tələbə təhsil nazirliyinə dəli bir ideya ilə müraciət etdi” mövzunun başlığı bu idi. Hesabımı dondurmaq biraz mürəkkəb oldu. Əlaçı bir tələbəni itirmək istəmirdilər. Ancaq dedikləri cümlələrə fikir vermədim və  hesabımı dondurdum. Universiteddən ayrılacağım gün, bir qız mənə yaxınlaşdı. Qəzet də ideyamı oxuyub və mənimlə tam razı olduğunu deyib. Təşəkkürümü bildirdim və ordan ayrıldım.

-Gözlə, indi hara gedəcəksən?-Dalımca qışqıran bir qız tələbə mənim gözlərimə baxırdı.

-İdeologiyasız,idarəçisiz və sistemi olmayan həyata gedirəm-Arxama bir də çönmədən, universitedin binasından və o qızdan uzaqlaşmağa başladım.

  Babanın evində oturub müəyyən planlar qurmağa başladım. Həyatımı sıfırlamalı idim. Əslində həqiqi olaraq sıfırlanmayacaqdı, amma beynimi aldatmağı bacaracaqdım. Ağlıma bir fikir gəldi. Bu evi satıb, kəndə getməyə qərara gəldim. Amma insanların olduğu yerdən ev almayacaqdım. Halbuki mən ev almağı fikirləşmədim. Ev yaratmağı düşündüm. İki həftəyə evi satdım. Növbəti gün çantamı topladım və kəndə doğru yol aldım. Üç saatlıq bir yoldan sonra axır ki, havası təmiz olan bir kəndə çatdım. Burda insanlar az idi. Evlər də çox deyildi. Ancaq mənə heç ev olmayan bir sahə lazım idi. İki gün kəndi gəzdikdən sonra dəniz dalğalarının sahilə çıxdığı bir yer tapdım. Bura çox gözəl idi. Quşların səsi ecazkar bir aura yaradırdı. Özüm ilə balta gətirmişdim. Hətta mişar belə almışdım. Çünki demişdim axı ev yaradacam. Və bu evi yaratmağa başladım. Öncə ağacları kəsdim, onları səliqə ilə yondum. Altı gün taxta hazırladım. Yetərincə taxtanın olduğuna əmin olduqdan sonra çəkmiş olduğum evin planını qurmağa başladım. Mənə lazım olan ləvazimatları əhalinin yaşadığı yerə gedərək alırdım. Bir həftəyə rəngsiz bir daxmanı hazırlamış oldum. Kiçik bir otaqlı bir daxmam var idi artıq. Növbəti günlərdə daxmanın yanında da ayaq yolu və çimməyim üçün hamam tikdim. Sonra kiçicik bir evimi rəngləməyə başladım. Evim üçün bir kreslo və bir də masa aldım. Və əlbəttə ki, işığın yansıması üçün də çoxlu şamlar almış oldum. Özüm ilə kitablarda gətimişdim. Otağımda kiçicik bir kitabxana düzəltdim. Yatağı unutmuşdum və növbəti gün də yataq aldım. Hamam üçün də lazım olan ləvazimatları almışdım. Hər şey hazır idi. Ancaq yemək problemim var idi. Amma ona da çarə tapdım. Tərəvəz və meyvə ağacları əkməyə qərara gəldim. Bir həftə əkmək işi ilə məşğul oldum. Halbuki bir problemim yenə də yaranmışdı. Bu problem ac qalmaq idi. Çünki bir-iki ay gözləməli idim ki, tərəvəz və meyvə ortaya çıxsın. Amma  o vaxta kimi gözləsəm çoxdan acından öləcəkdim.

  Gecə idi. Bir daşın üzərində oturub dənizə baxırdım. Uzaqlarda bir yerdə binaların işıqları görsənirdi. Dənizin o biri tərəfində digər insanlar yaşayırdı. Əslində məndə onlardan biri idim. Sadəcə mən artıq sistemdən kənar idim. Düşünürdüm ki, heç pul işlətmiyəcəm. Amma deyəsən pul işlətməli olacam. Amma sistemə daxil olmadan pul qazanacam. Nifrət etdiyim pulu qazanmaq qərarına gəldim. Beləliklə karikatura çəkməyə başladım. Rəsm qabiliyyətim var idi. Daxmamda oturub gecə və gündüz karikatura çəkdim. Və sonra kəntdə yaşayan poçtalyana çəkdiyim şəkilləri satmağa başladım. Çoxlu karikaturalar çəkdim. İçlərində tənqid, sevgi, azadlıq deyə bildirişlərim var idi. Bir karikaturanı beş manata satırdım. Şəkilləri məndən alan poçtalyon onları qəzetdə çap edirdi. Bunu mən bilirdim qəzetdə çap olunacaq. Bir tərəfdən də bu mənim üçün çox sevindirici bir hal idi. Şəkillər ilə insanlara nə isə çatdırmağa çalışırdım. Həyatımda artıq hər şey yerinə oturmuşdu. Aylar keçdi və mən karikaturalarıma görə məşhur oldum. Qəzetlər məndən danışırdı. Poçtalyonun yanına gedəndə hər dəfə mənə qəzətdəki anonim ad ilə yazıldığımı və məndən jurnalistlərin müsahibə almaq istədiklərini bildirirdi. Mövzuların başlanğıcında dəli sözü yox idi. Onun əvəzinə dahi sözü işlədilirdi. Əslində belə maraqlı idi. Mənim kim olduğumu bilmirdilər. Poçtalyona hər dəfə tapşırırdım ki, heç bir jurnalistə mənim yerimi demə. Evim, sakinlərin yaşadığı yerdən bir saatlıq yolla uzaq idi. Yaxşı ki, avtobus işləyirdi. Nəqliyyat vasitəsindən istifadə edərək poçtalyonun yanına gedib-gələ bilirdim. Hətta müəyyən ərzaqlar alırdım sakinlərin yaşadığı dükandan. Sakinlərin yanında yaşayan biri nənədən hətta pulsuz təndir alırdım. O, mənim üçün hər gün təndir pişirirdi. Hazır tərəvəz və iki dənə meyvə ağaclarımda var idi. Həyatım çox gözəl gedirdi.

  İki il sonra...

  Hər gün bir kitab oxuyub bitirirdim. Poçtalyona hər dəfə kitab sifariş verirdim. Artıq daxmanın içi kitab ilə dolu idi. Çəkdiyim bəzi karikaturalari isə daxmama yapışdırmışdım. Elə karikaturalarım var idi ki, onları poçtalyona satmamışdım. Bu gündə artıq növbəti karikaturanı bitirirdim. Poçtalyonun yanına getməyə hazırlaşırdım ki, bu zaman daxmamın qapısı döyüldü. İlk dəfə idi kim isə qapımı döyürdü. Həyəcanlı şəkildə qapını açdım. Gözlərim heyranlıqdan bərəldi.

-Salam anonim-İncə bir varlıq mənə baxırdı. O, qızı iki ildən sonra yenidən gördüm. Universiteddən ayrıldığım gün yanıma gələn anonim qız. Heç adını da bilmirdim.

-Salam. Burda nə işin var?-Hər şeyi izah etməyə başladı. İki ildir çəkdiyim karikaturaları izləyirdi. Bütün universitedlər məndən danışdığını dedi. Adımı bilməsələr də məni anonim kimi yad edirdilər. Buranı necə tapdın? Və o karikaturaları mənim çəkdiyimi hardan bildin?-Növbəti sualı ona ünvanladım.

-Öncə poçtalyondan karikuturaları kim çəkir deyə adıvı öyrəndim. Ondan sonrası rahat oldu. Axı o vaxtı sənin adın qəzetdə çıxmışdı. Ordan sənin adın mənim yadıma düşdü. Bu sən olmaya da bilərdin. Ancaq içimdən gələn bir səs bunun sən olduğunu dedi. Sonrada ki, poçtalyondan sənin ünvanıvı öyrəndim.

-Axmaq poçtalyon. Heç kimə demə demişdim hələ. Sən onu necə razı saldın adımı desin? Bir dəqiqə axı o mənim ünvanımı bilmir.

-Səni gizlicə bir dəfə izləyib və ünvanıvı bilib. O, ki qaldı adıvı öyrənməyim. Artıq o pul qarşılığında oldu.

-Lənət olsun. Bu heç yaxşı olmadı. O, dövlətə məni sata bilər.

-Niyə elə düşünürsən ki?-Qız birdən sual verdi.

-Çünki bilirəm ki, karikaturalarımda doğruları bildirmişəm və bu da dövlətə sərf etmir. Onlar bəlkə də çoxdan məni axtarırlar.

-Ups. Bax bu pis oldu. Məncə güvənməməli idin poçtalyona.

-Düz deyirsən-Sözümü bitirdikdən sonra adını soruşdum.

-Nigar-Kiçik bir gülümsəmə ilə dedi.

  Nigar mənimlə qalmaq qərarına gəlmişdi. Bir yerdə kitab oxuyuruq, sahildə gəzirdik. Onun rəsmini çəkirdim. Üç gün ərzində mən artıq ona bağlanmışdım. Hər gecə saçlarını qoxlayaraq yatırdım. Deyəsən oda mənə aşiq idi. İlk dəfə idi mən bir qızı sevirdim. Bu inanılmaz idi. Çox xoşbəxt idim.

  Nigar artıq altıncı gecə idi ki, mənimlə qalırdı. Bir yataqda yatırdıq. Amma bu gecə məni yuxu tutmadı. O, yatmışdı mən isə daşın üzərində oturub düşüncələrimin dərinliyinə gedirdim. Doğruları bildirməyim düz idi görəsən deyə düşünürdüm. Hər dəfə bunu düşünəndə cavabım bu olurdu: Axı mən gözəl bir dünya istəyirəm. Müharibəsiz, idarəçisiz, sülh şəraitində bir dünya istəyirəm. Düşündükcə dəli olacağam deyə qorxurdum. Bu karikaturalar əslində nəyi isə dəyişəcək deyə düşünürdüm. Görəsən,cüzi də olsa dəyişiklik olub şəhərdə?! Nigar deyir ki, universiteddə dəyişiklik olub. Sənin ideyavı reallaşdırmağa çalışırlar. Hətta bir fakültənin tələbələri bütün fənlərdən bilə-bilə özlərini kəsiblər. Dekanlığa da bildiriblər ki, semestr imtahanlarını yığışdırın və Turqutun ideyasını reallaşdırın. Nigar bunları danışdıqca karikaturalarıma həvəsim daha da artırdı. Artıq yuxum gəlməyə başlamışdı. Daxmama doğru irəlliləməyə başladım. Daxmama bir neçə addım qalmış boom... və mən özümü yerə uzanmış vəziyyətdə hiss etdim. Başımı gücnən qaldırdım və qarşımdakı mənzərə məni göz yaşlarına boğdu. Əziyyət ilə qurduğum daxmam yanırdı. Havaya qarışmış tüstü və içərdə yanan bir insan var idi. Bu daha çox dəhşətə gətirdi məni. Nigarrrrr... deyə qışqırmağa və ağlamağa başladım. Nigar orda alışıb yanmışdı artıq. Geriyə nə qaldı, mənim seyr etməyim. Əlimdən heçnə gəlmirdi. Yalnız, yanan daxmanı seyr edirdim və içərdə yanan ilk dəfə aşiq olduğum qadını xəyal edə bilirdim. İnsanlar mənə doğru qaçmağa başladılar. Amma bunlar xüsusi geyimli və başlarında maskaları olan adamlar idi. Onlar məni tapmışdılar. Heç bir qanunu belə pozmasamda məni tutmuş oldular. Yanan bir daxma və içərdə ölmüş sevgilim. Mənim həyatımı əlimdən aldılar. Bilirəm məhkəmə zalına aparacaqlar məni. Və o hakimə ilk sualımı verəcəm. Sualım isə bundan ibarət olacaq: Doğruları bildirməyi qanun pozuntusu hesab edirsizsə, bəs onda sizin elədiyivizə nə demək olar? Diri-diri bir insanı yandırdız.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+28=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0475 saniye