Ceyhun Məmmədov-"Keçmişin nöqtəsi"
Ceyhun Məmmədov tərəfindən "Hekayə" bolməsinə 12:24 02 aprel 2016 tarixində əlavə olunmuşdur

Yadıma düşür çantamı yığmağım. Çiynimə taxıb səssiz evə əlvida deməyim. Heç kimin olmamasına, boş qalacaq evə əlimi qaldırıb sağol deməyim. Qəribədir, görəsən birdə bu evə nə vaxt qayıdacam. Bəlkə də heç qayıtmadım kim bilir. Amma fərqi nədir qayıtsamda yenə də boş olacaq ev. Məndən başqa heç kimin səsi gəlmiyəcək bu evdə. Çünki təkcə mən və birdə divarlar var idi. Bunları indi çox aydın xatırlayıram. Öncə qapını bağlamağım və sonra pilləkənlərlə düşməyim, arada çiynimdən düşən çantanı düzəltməyim, maşına əyləşib məzarlığa doğru getməyim, anama və atama çiçək qoyub buralardan getməyim. Çox aydın və net yadımdadır hamısı. Mən hal-hazırda sanki keçmişdə baş vermiş bir filmə baxıram beynimdə. Xəyallar gözümün qabağında canlanır. Hava limanına çatmağım, bircə çanta ilə yoxlanışdan keçməyim və sonda arxaya dönüb baxmağım. Hamısı yadımdadır. Amma niyə arxaya döndüm?! Axı bilirəm o gəlmiyəcəkdi. Bilirəm ki, onu necə sevdiyimi ona deməmişdim. Cəsarətsiz oldum yoxsa xəyallarımın puça çıxmasından narahat oldum?! Mən gedəndə də o sualı düşünürdüm. Cavabı asan deyil. Bu sual sadə görsənə bilər. Amma dərinliyə getdikcə o sual mənim üçün mürəkkəbləşirdi. Bəlkə də özüm mürəkkəbləşdirirdim. Cavabı gec tapdım. Amma çox gec. Otuz il sonra cavabı tapmaq çox qəribədir. Kənardan demək sadə görsənir. Ancaq çox əzablar çəkdim. Unutmaq istədikcə daha da xəyalımda qabarlaşırdı. Gecələr yuxumun bəzəyi olurdu. Səhərlər isə günəşimi bəzəyirdi. Otuz il ayrı bir həyat sürmək. Bir qıza sevgini bildirə bilməmək. Yadıma düşür ki, 18 yaşım var idi. Təbii ki, onunla eyni yaşda idik. Gözəl fəlsəfi söhbətlərimiz var idi. Ancaq niyə onun gözlərinə baxanda ruhum titrəyirdi. O, bir mələk idi. Qanadsız, saf və təmiz, parıldayan gözləri və küləklə rəqs edən gözəl saçları var idi. Əllərinə deyəsən tez-tez soyuq olurdu. Çünki əllərini bir-birinə daima sürtdüyünü görürdüm. Üflüyürdü əllərinə, isitməyə çalışırdı. Bəlkə də sevdiyimi bildirsəydim ona, onda əllərini daima isti saxlıya bilərdim. Özümə demişdim ki, bəlkə qayıtmadım. Ancaq bacarmadım oralarda, mən 30 il sonra yenidən bu parkdayam. O, da burdadır. Gözləri necə var elə də qalıb. Əvvəlki kimi gözləri nə isə izah edir. Üzü biraz qırışıb, saçları çox az, amma çox az ağarıb. Gülüşü dəyişməyib, əvvəlki kimi yay fəslini xatırladır. Ona hər zaman gülmək yaraşırdı. Güləndə yanaqları batırdı. Çox şirin olurdu. Bir anlıq düşünmdüm ki, görəsən yanına getsəm məni tanıyar?! Xırda addımlarla yanına yaxınlaşırdım. Beynimdə özümü danlayırdım. Axı niyə mən 18 yaşımda ona sevgimi etiraf etmədim. Bəli, mən çəkindim. Əzab çəkə bilərəm və birdə onunla ünsiyyətdə ola bilmərəm deyə qorxdum. Ən azından onunla etdiyim şirin söhbətləri itirməkdən narahat oldum. Amma fərqi nə oldu. Yenə də əzab çəkdim, indi də əzab çəkirəm. Çünki mən ona qarşılıqsız bağlanmışdım. Qopmaq isə çox çətin idi. Bəlkə də özüm istəmədim qopmağı. Ancaq nə isə etiraf edə bilmədim. Ona doğru addımlamağa doğru davam edirdim. Otuz il sonra yenidən ona Salam deyəcəkdim ki....

-Ana... Ay ana... Gör mən nə tapmışam-Gözəl amma çox gözəl, ona bənzəyən balaca bir qızcığaz ona tərəf qaçırdı.

-Mənim balam nə tapıb, baxım görüm-Otuz il sonra yenidən o səsi eşitmək, sağalmayan yaranın daha da qanamasına bərabər oldu. Göz yaşlarına boğulmaq, ağlamaq, amma nə dəyişəcək deyə düşünəndə özünü saxlamaq. İkimizin də 48 yaşı var idi artıq. Onun kiçik bir qızı, mənim isə heç həyat yoldaşım belə yox idi.

-Ana... Ordakı kişi niyə bizə baxır

-Gözlə burda gəlirəm.

Ola bilməz. O mənə doğru addımlayır. Bəlkə qaçım. Yox bu axmaqlıqdır. Məncə artıq bəsdir qaçdım. Qoy nə olur olsun.

-Salam, sizə nə isə lazımdır?

-Salam, xeyr xanım.

-Sanki sizi bir yerdən tanıyıram. Elə bil birlikdə eyni universiteddə oxumuşuq.

-Mən artıq getməliyəm. Sağolun.

-Sağolun.

-O, məni tanımağa çalışdı. Amma niyə mən istəmədim. Bəlkə qayıdım deyim ona bu mənəm. Ancaq bu mənəm nə demək olacaq. Əşi... Nə dəyişəcək ki. İçimdə hələ də danışmağa davam edirdim ki, bu zaman o sənsən deyə bir səs eşitdim. Göz yaşlarına boğuldum və arxaya çöndüm. Onun əlində mənim şəxsiyyət vəsiqəm var idi. Deyəsən onu cibimdən düşürmüşdüm. O, mənə doğru gəlməyə başladı.

-Sənin bu şəxsiyyət vəsiqən bayaqları cibindən düşdü. Mən adıva baxdım, soyadıva və tarixi gözdən keçirdim. O, sənsən 18 yaşımdakı sevdiyim insan-Qulaqlarıma sevdiyim insan deyə bir səs gəldi.

-Nə? Sən məni sevirdin?-Gözlərimdən yaş axmağa başladı.

-Sən getdiyin gün hava limanına gəldim. Amma sən artıq təyyarə də idin. Mən gecikmişdim. Səni otuz ilə qurban verdim-Onun danışdığı sözlər məni göz yaşlarına boğurdu. Ya da mən öz-özümü göz yaşlarına boğurdum.

-Məni bağışla mən səhv etdim. Sənə sevgimi bildirə bilmədim-Onu qucaqlayaraq və saçlarını qoxlayaraq etiraf etdim.

-Sən məni bağışla. Mən bacarmadım- O, da ağlayaraq cümləsini bitirdi.

  Hər bir sözü şirin olsa da, ancaq keçmişim mənə əzab verirdi. Çıxıb getməyim, sevgimi gizlədərək, içimə ataraq getməyim mənə böyük bir dərs oldu. Ancaq indi də getməliyəm. Çünki onun bir həyat yoldaşı və gözəl bir qızı var. Ondan uzaqlaşmağa başlayırdım ki, o yenidən ortaya bir cümlə atdı.

-Getmə. Mən qızımla yalnızam. Həyat yoldaşımı dörd il bundan qabaq itirmişəm-Onun dediyi sözlərin hamısı beynimə yazılırdı. Mən ona baxdım və sonra qızına. Bəlkə həqiqətən də taleh var deyə düşündüm. Əgər getsəm, o onsuzda tək qalacaq. Məncə getməməlisən içimdən bir səs deyirdi mənə. Çantamı atdım yerə və onu yenidən qucaqladım. Bəlkə keçmişi beynimdə sıfırlamalıyam deyə düşündüm. Axı, uzağa getdikcə hər şey nöqtəyə çevrilir. Məncə keçmişim çoxdan nöqtəyə çevrilmişdir.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+30=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0206 saniye