Ceyhun Məmmədov - “Səssizlik”
Ceyhun Məmmədov tərəfindən "Şeir" bolməsinə 12:33 31 may 2016 tarixində əlavə olunmuşdur

Biraz səssizlik axtaracaqsan,

Pıçıldayan bir qadın sevməyə çalışacaqsan.

Məsələn kitablara sarılacaqsan

Xatırlamaq üçün, öyrənmək üçün, unutmamaq üçün.

Axmaqlara susacaqsan, sonra sadəcə izləyəcəksən

Danışacaqsan, təhlükəli olacaqsan anlamayanlar üçün.

Səni səndən anlayan daha yaxşısı olmayacaq

Və bəzən səssizlik sənə kömək olacaq.

Ancaq hər sükutda sən özünə qapanacaqsan

Xəyallar sənin dünyan

Yarat onu, sən bunu bacaracaqsan.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+19=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0261 saniye