Ceyhun Məmmədov - “Xoşbəxtlik qırıntısı”
Ceyhun Məmmədov tərəfindən "Şeir" bolməsinə 12:35 31 may 2016 tarixində əlavə olunmuşdur

Yerdəki qırıntılardan toplanmış xoşbəxtlik

Təbəssümlər havadan, sudan və çörəkdən.

Üzünü güldürən dəyərlərin bir-iki kəlməsi qalıb

Bircə toxunuş, sevgi bəs edər bir həftəlik.

Yanaqlar soyuqdur,

Halbuki günəş buludlardan qaçaraq səmalarda süzülür.

Tozlu paltarın izi qalmış bədəndə

Və müharibənin hər görüntüsü də xəyalları kirlətmişdi.

Günah indi alın yazısındamı?!

Biri izah etsin seçilən hər bir xoşbəxtliyi.

Bir uşağın öz duası dəyişərmi talehini?!

Görəsən dinləyirmi tanrılar?!

Ayaqyalın qalmış bir uşağın

Xoşbəxtlik qırıntılarını niyə topladığını

Heç bir müqəddəs saydığınız kitab açıqlamayacaq.


... dəfə oxunub
Qiymət: 8/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+24=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0228 saniye