ÇALDIRAN – 5. BÖLÜM
Elşən İsmayıl tərəfindən "Digər yazılar" bolməsinə 18:10 04 iyun 2020 tarixində əlavə olunmuşdur

 

ÇALDIRAN – 5. BÖLÜM

 

“Bitməyən” bir savaşın gizli tarixindən...

(milli-ideoloji, tarixi pyes / ssenari)

 

YAZAR: ELŞƏN İSMAYIL

 

O b r a z l a r:

 

ŞAH İSMAYIL SƏFƏVİ / XƏTAİ – Azərbaycan Səfəvilər Dövlətinin hökmdarı, Türk soylu Şah, şair, incəsənət xadimi

YAVUZ SULTAN SƏLİM – Osmanlı imperatoru, Türk soylu Sultan

 

 

*** *** ***

 

MEHMET – Osmanlı kəşfiyyatçısı, Qəmbər Əlinin köməkçisi

BANUNUR - Ərdəbil valisinin qızı

QƏMBƏR ƏLİ – Yavuz Sultan Səlimin xüsusi təyinatlı müxbiri, Osmanlı kəşfiyyatçısı

ŞEYX – “Müqəddəs Ali Ocaq” adlı gizli qurumun rəhbəri

“DİLSİZ” ŞAMAN - mağarada yaşayan bir Şaman

AĞA DƏRVİŞ – Təbrizli bir Dərviş

 

 

*** *** ***

 

TACLI BƏYİM – Şah İsmayılın xanımı

AİŞƏ HAFİZƏ SULTAN – Sultan Səlimin xanımı

 

 

*** *** ***

 

 

HÜSEYN BƏY ŞAMLI - Şah İsmayılın lələsi, Səfəvilər dövlətinin ilk Əmir-Əl-Ümərası (ordu başçısı) və Vəkili

MƏHƏMMƏD XAN USTACLI - Səfəvilər dövlətinin Diyarbəkir bəylərbəyi və Əmir-Əl-Ümərası (ordu başçısı) (1510-1514)

DURMUŞ XAN ŞAMLI - Səfəvilər dövlətinin İsfahan bəylərbəyi

HERSEQLİ ƏHMƏD PAŞA – Osmanlı sədrəzəmi (1 avqust 1512 — 28 noyabr 1514)

QOCA MUSTAFA PAŞA - Osmanlı sədrəzəmi (6 yanvar 1512 — 23 noyabr 1512)

MALKOÇOĞLU TURƏLİ BƏY – Osmanlı sancaq bəyi, ordu başçısı

ŞAHZADƏ SÜLEYMAN - Sultan Səlimin oğlu, şahzadə, ordu başçısı

 

 

*** *** ***

 

 

HƏMDULLAH FARSİ – Səfəvi dövlətində yazı işlərinə baxan adam, ənənəvi “Mirzə” ləqəbli adamlardan

ABDULLAH ƏL-VAHAB – Osmanlıda dini idarələrdə çalışan adamlardan biri, “Üləma” köməkçilərindən

FİRUZ XOMEYNİ – Səfəvi dövlətində maliyyə işlərindən sorumlu məmur

ƏBU XİLAF ƏL-BAĞDADİ – əsli Bağdadlı olan Osmanlı taciri

VENESİYA KRALI

ROMA PAPASI

 

Və epizodlarda:

“ŞAHQULU” XƏLİL AĞA – Osmanlı İmperiyasının şərq əyalətlərindən birində keçmiş məmur köməkçisi, yeni üsyançı

VƏLİD AĞA – Osmanlı İmperiyasının şərq əyalətlərindən birində maliyyə məsələləri üzrə məmur

KEŞİŞ – əslən erməni (hay) olan, Osmanlıya bağlı görünən bir Xristian din xadimi

 

 

*** *** ***

 

 

Qeyd: bu əsərdə iştirak edən obrazlar və baş verən hadisələr tarixlə əlaqəli olsa da, süjet xəttinə uyğun olaraq yazar tərəfindən müəyyən əlavələr də edilmişdir. Pyes sırf tarixi mahiyyət daşımır, milli-ideoloji təbliğat və əyləncə məqsədiylə yazılmışdır. Baş verə biləcək hər hansı yanlış anlaşılmalara görə, öncədən sizlərdən üzr istəyirik. Məqsədimiz xalqımızı milli birliyimizə dair çağırışa səsləmək və şanlı tariximizin verdiyi ilhamla maraqlı bir əsər yaratmaqdır. Xoş oxular...

 

 

*** *** ***

 

(Oxuyarkən əsərdən film kimi zövq almaq istəyirsinizsə, o zaman hər bir səhnənin əvvəlində sizə təqdim etdiyimiz linkdəki fon musiqisi ilə birlikdə oxumağı tövsiyə edirik.)

 

*** *** ***

 

Səhnə fon musiqisi: 

 

Osmanlı-Səfəvi sərhədinə yaxın bir yer ... Şahkulu və Vəlidin adamları dağlıq bir ərazidə qarşı-qarşıya gəlirlər.

“ŞAHQULU” XƏLİL AĞA:(qəzəbli, əsəbi görünüşü ilə Vəlidi izlər)gəl, xain, gəl də cavabını layiqincə verim. (qılıncını göyə qaldırır və adamlarına hücum etməyi əmr edir, böyük qəzəblə qışqırır) And olsun bizi yaradana, bu gün gövdə üzərində baş qalmayacaq! Ya Hü !!!

Savaş başlamazdan əvvəl Osmanlı ordusunun uzaqdan gəldiyi görünür. Şahqulunun adamları yeniçəriləri görən kimi ona xəbər verirlər.

“ŞAHQULU” XƏLİL AĞA: (qəzəbli, əsəbi görünüşü ilə Vəlidi izlər)nə olursa olsun, bu qılınc o xain başını alacaq!

Osmanlı yeniçəriləri gələnə qədər savaş başlayır. Şahqulunun adamları Vəlidin adamlarına hücum edir və bir neçə dəqiqə ərzində qan su yerinə axır - qəzəbli və intiqamçı görünüşlə diqqət çəkən Şahqulu müşayiət etdiyi adamlarla qarşı tərəfi məğlub edir. Vəlid bir neçə adamı ilə qaçır. Ancaq Şahqulu onu təqib etməyə davam edir.

“ŞAHQULU” XƏLİL AĞA: bura gəl, Yezid oğlu, bura gəl! Gəl səni xain babalarının yanına göndərəcəm!

Şahqulu Vəlidin arxasınca gedir. Meydanda qalan adamlar Osmanlıların gəlişi ilə dayanır. Yeni gələnlər Şahqulunun adamlarını həbs edirlər. Gələn ordu iki hissəyə bölünür. İkinci qrup Şahqulunun arxasında gedir.

 

 

*** *** ***

 

Səhnə fon musiqisi: 

 

ƏRDƏBİL ... Mehmet bir zindan içində fikirli halda oturub. Bir müddət sonra Banunuru xatırlayır. İlk görüşünü və baxışlarını düşünəndə üzündə məsum bir təbəssüm yaranır və Banunuru düşünəndə Şah İsmayılın bir şeirini xatırlayır.

MEHMET: Dilbəra, hüsni-rüxün gülzari-cənnət bilmişəm,

Hər nə kim zəhmət görürsəm, eyni-rahət bilmişəm.

 

Necə kim, cövrü cəfa qılsan bu ğəmgin könlümə,

Ol ğəmindən ağrıman, canımda minnət bilmişəm.

 

Təndə can olduqca getmən asitanından sənin,

Ayağın toprağını baş üstə dövlət bilmişəm.

 

Hər nə kim, səndən gəlürsə, xəstə könlüm nuş edər,

Qəhrini rahət sanıb cövrünü rəhmət bilmişəm.

 

Mən Xətayi bəndəyəm bir padşah qatına ekim,

Eşigində qulluğun sultanca izzət bilmişəm.

 

Mehmet dərindən ah çəkir. Sonra zindanın yuxarı küncündəki kiçik pəncərədən üzünə düşən aya baxır və gülümsəyir.

 

 

*** *** ***

 

Səhnə fon musiqisi: 

 

Osmanlı-Səfəvi sərhədinə yaxın bir yer... Şahqulu və Vəlid qayalı bir uçurumda qarşılaşırlar. Vəlidlə gələn bütün adamları Şahqulu əvvəlcədən öldürüb.

VƏLİD AĞA: (əsəbi və bir o qədər qorxmuş) xain it, indi kim olduğunu sənə xatırladacağam! Səni öldürüb başını kəsəcəyəm! Və xidmət etdiyin Qızılbaş Şahına göndərəcəyəm! Əlbət onu da sizin kimi kədərli bir son gözləyir!

“ŞAHQULU” XƏLİL AĞA: (əsəbi görünür) biz sənin kimi xain deyilik, Vəlid! Sənin kimin kuklası olduğunu çox yaxşı bilirəm! Və bu gün, haqqın təzahürü günüdür!

Şahqulu "Ya Haqq!" deyə, səslənərək hücum edir. Tərəflər arasında uzun bir qarşıdurma olur. Sonda Şahqulu Vəlidi yerə yıxır və ayağını sinəsinə qoyur.

VƏLİD AĞA: (ağlamağa başlayır) xidmətçin, itin olum, Xəlil! Qıyma mənə, nə olar.

“ŞAHQULU” XƏLİL AĞA: (əsəbi) məzlumlar sənə yalvararkən sən onlara rəhm etdinmi? Əlbəttə yox. Mən də sənə acımayacağam!

Şahqulu qılıncı Vəlidə doğru endirərkən Osmanlı yeniçəriləri onun yanına varır. Yeniçəri ağası ona dayanmasını ve təslim olmasını əmr edir. O ərəfədə Şahqulunun diqqəti dağılır ve Vəlid digər tərəfə çəkilir. Osmanlı yeniçəriləri ona yaxınlaşarkən Şahqulu əsəbi halda Vəlidə baxır. Vəlid gülərək uzaqlaşmağa çalışır. Amma Şahqulu onu rahat buraxmır ve qılıncını ona doğru atır. Vəlid qaçmağa çalışarkən qılınc kürəyinə dəyir və onu yaralayır. O ərəfədə yeniçərilər Şahqulunu həbs edir. Vəlid yaralı halda uzaqlaşmağa çalışır. Sonra Şahqulu yeniçərilərin Vəlidi həbs etmədiyini görür ve daha çox qəzəblənir. Dərhal yeniçərilərin əlindən qurtulur və Vəlidi taparaq onu boğaraq öldürür. Bir qədər sonra yeniçərilər Şahqulunu bir təpənin yamacında Vəlidin cəsədiylə birlikdə tapırlar. Məqsədinə çatmış olan Şahqulu yeniçərilərə təslim olur...

 

 

*** *** ***

 

Səhnə fon musiqisi: 

 

İSTANBUL ... Osmanlı sarayı ... Yavuz Sultan Səlim gecə yuxuda ikən bir kabus görür: öldürülən qardaşları onu görməyə gəlirlər. Onu ittiham edən qardaşların əsəbi münasibətləri Səlimi narahat edir. Bir müddət sonra Sultan yuxudan oyanır. Gərgin bir ifadə ilə bir yerə baxır ...

 

 

*** *** ***

 

Səhnə fon musiqisi: 

 

BİR NEÇƏ AY ÖNCƏ... AMASİYA ... Köhnə bir kilsə ... Gecə, bir erməni (hay) keşişi ərəb və fars olan iki sirli insanla görüşür.

KEŞİŞ: Yavuz Sultan Səlimi Osmanlı taxtına çıxarmaq üçün əlimizdən gələni etdik, verilən təlimatlara əsasən. Çünki qardaşlarından fərqli olaraq, dövlət üçün hər şeyi edə bilən cəsarətli bir insandır. Dövlətin və millətin təhlükəsi bəhanəsi ilə ona istədiyimizi etdirə bilərik. İllərdir apardığımız mübarizə ilə məqsədimizə çatdıq. Qardaşları Əhməd və Qorqudu Qızılbaşlarla və Yunanlarla müttəfiq olaraq tanıtdırmağa çalışmağımız Səlimə çox mənfi təsir etdi. Sultan Bəyazidin onu saraydan çox uzağa sancaqbəyi təyin etməsi və bizim gizli işlərimiz Səlimin taxta çıxmağa çalışmasına zəmin oldu. Şah İsmayıl və Sultan Bayazidin dostluq əlaqələri Əhməd və Qorqudun Qızılbaşlar ilə yaxın təmasda olduqlarını bildirməyimiz üçün böyük bir üstünlük idi. İllər əvvəl Osmanlı İmperiyasının demək olar ki, bütün sisteminə sızan digər etnik qrupların (Türk olmayan millətlərin) nümayəndələri planlarımızı həyata keçirməyə kömək etdilər. İndi quracağımız oyun isə Şahzadə Əhmədin və Qorqudun öldürülməsinə, Sultan Bəyazid və Səlimin düşmən olmasına zəmin hazırlayacaqdır. Osmanlılar taxt uğrunda mübarizə apararkən planlarımızı asanlıqla həyata keçirəcəyik!

 Hər üçü hiyləgərliklə gülümsəyir və baxışırlar.

 

 

*** *** ***

 

Səhnə fon musiqisi: 

 

İSTANBUL ... Osmanlı Sarayı ... Şahqulu Sultanın hüzurundadır. Hər ikisi bir-birlərinə gərgin üz ifadələri ilə baxırlar.

YAVUZ SULTAN SƏLİM: (təmkinli və bir o qədər əsəbi) mənim əmrimə tabe olmamısan, düşünmürsən ki, bu səni üsyançı edir?

“ŞAHQULU” XƏLİL AĞA: (əsəbi) razıyam, üsyançıyam! Ancaq üsyanım sizə qarşı deyildi.

YAVUZ SULTAN SƏLİM: öldürdüyün şəxs mənim dövlətimin nümayəndəsidir, hətta birbaşa mənə bağlı olmasa da, mənim əmrimlə işləyən adamlara tabe idi.

“ŞAHQULU” XƏLİL AĞA: (əsəbi) amma işini lazımi səviyyədə görməyən və məzlumlara zülm edən birisi idi. Dəfələrlə xəbərdarlıq etsəm də, sizin və Osmanlı dövlətinin qanunlarını pozdu.

YAVUZ SULTAN SƏLİM: Vəlid kimi insanları cəzalandırmaq məgər sənin işindir? Bu işi sənə mən tapşırmışam?

“ŞAHQULU” XƏLİL AĞA: (əsəbi) yox. Amma…

YAVUZ SULTAN SƏLİM: (səsinin tonunu qaldıraraq) ancaq sən öncəkilərdən ibrət dərsi almayan və özünü bəlkə də dövlətdən üstün tutan birisisən!

“ŞAHQULU” XƏLİL AĞA: (izah etməyə çalışır) amma Sultanım...

YAVUZ SULTAN SƏLİM: əlbəttə sənin gerçəkdə kim olduğunu, məqsədinin əslində nə olduğunu və kimə xidmət etdiyini tapacağam! Günahın nə olursa olsun, nə etsən, cavabın veriləcəkdir! Hamı Osmanlı dövlətinin ədalətini görəcək!

Sultan onu qapıda gözləyən mühafizəçilərə işarə edir və onlar Şahqulunu aparırlar. Sultan Səlim əsəbi halda fikrə gedir.

 

 

*** *** ***

 

Səhnə fon musiqisi: 

 

TƏBRİZ... Şah Sarayı... Şah İsmayıl və Məhəmməd Xan Ustaclı söhbət edirlər...

ŞAH İSMAYIL SƏFƏVİ: Şahqulu məsələsi nədir, deyə bilərsən? Fikrin nədir və qərb əyalətlərimizdə insanlar nə danışırlar?

MƏHƏMMƏD XAN USTACLI: Şahım, bəziləri Şahqulunu bizim idarə etdiyimizi söyləyir. Əslində bəzi qərb əyalətlərində mövzu ilə bağlı çoxlu şayiələr var. Bilmirəm bu məsələni necə həll edə bilərik? (narahat bir üz ifadəsi ilə)

Şah İsmayıl bir müddət düşünür. Sonra…

ŞAH İSMAYIL SƏFƏVİ: (düşüncəli şəkildə yerindən qalxaraq) Şahqulunu idarə etmək istəyənlərin günahı üzərimizə ataraq mümkün olan Osmanlı-Səfəvi müharibəsini alovlandırmağı hədəflədikləri görünür. Ancaq biz onlara istədiklərini verməyəcəyik! Beləliklə, Şahkulu məsələsini araşdırıb tədbir görəcəyik!

Məhəmməd Xan bir az rahatlaşır.

ŞAH İSMAYIL SƏFƏVİ: (gəzişərək danışır) bəziləri zaman-zaman Osmanlı ilə aramızı pozmağa çalışsalar da, mən heç vaxt onlara inanmadım. Sultan Bəyazid dövründə də Anadoluda bizim haqqımızda yanlış məlumatlar yayılmışdı. Babam Həsən Padşahın köhnə torpaqlarını geri alarkən, bəziləri İstanbulu da hədəf aldığımı söylədi. Amma Sultan Bəyazidlə bir neçə dəfə görüşdüm və ona hər şeyi izah etdim. Səfəvilərin Ağqoyunlu sülaləsinin varisi olduğunu qəbul etdi. Hətta Sultan məni də o qədər yaxşı başa düşdü ki, Dulqədiroğulları ilə yaşadığımız problemdə bizə dəstək oldu.

MƏHƏMMƏD XAN USTACLI: Şahım, Sultan Səlimlə şəxsən görüşsəniz, bütün məsələləri həll edə biləcəyinizi düşünürəm.

ŞAH İSMAYIL SƏFƏVİ: (baxışıyla təsdiqləyir) bəli. Razıyam. Dərhal məktub yazacam. Sultanla gizli bir yerdə görüşməliyik.

 

 

*** *** ***

 

Səhnə fon musiqisi:   

 

İSTANBUL ... Abdullah Əl-Vahab və Əbu Xilaf Əl-Bağdadi gecə köhnə bir köşkdə görüşürlər.

ABDULLAH ƏL-VAHAB: Şahqulu Sultanla danışıb. Sultan hər şeyin yaxşıca araşdırılmasını əmr edib.

ƏBU XİLAF ƏL-BAĞDADİ: bu bizim üçün yaxşı olmaya bilər.

ABDULLAH ƏL-VAHAB: bəli. Bütün planlarımız ortaya çıxa bilər.

ƏBU XİLAF ƏL-BAĞDADİ: nə edəcəyik?

ABDULLAH ƏL-VAHAB: ağlımda bir plan var! Osmanlıları aldada bilsək, Şahqulunu ən qısa müddətdə edam etdirə və Qızılbaşların bu işlə əlaqəli olduğunu sübut edə bilərik.

Bir-birlərinə hiyləgərcəsinə gülümsəyərək bir-birlərinin fikirlərini təsdiqləyirlər.

 

 

*** *** ***

 

Səhnə fon musiqisi: 

 

ƏRDƏBİL... Banunur qaranlıq bir ərazidə bir dərvişlə danışır ...

BANUNUR: Mehmeti həbsdən çıxarmaq üçün nə edə bilərik?

Dərviş heyrətlənir və düşünür.

DƏRVİŞ: xanım ağa, məncə bu işlərə çox qarışmayın. Yaxşı olmaz!

Banunur əsəbiləşir və paltarının qolunu yavaşca yuxarı çəkir. Gizli təşkilat olan "Bacılar"-ın damğası qolunda görünür. Dərviş dərhal diz çökür.

DƏRVİŞ: üzr ​​istəyin, xanımım, sizi tanıya bilmədim.

BANUNUR: (gülümsəyərək) indi məni zindana aparın. Mehmeti ən qısa zamanda görməliyəm!

Dərviş əmrə tabe olur.

 

 

*** *** ***

 

Səhnə fon musiqisi: 

 

BİR NEÇƏ GÜN SONRA… İSTANBUL ... Qara geyimli adamlar meydana tərəf gedirlər. Onlardan arxada gedən Şahqulunun arxasında və ətraflarında bir neçə Osmanlı yeniçərisi var... Meydanda ortada bir neçə Osmanlı saray məmuru, cəlladlar, əhali və dorağacı görünür ... Şahqulu qürurla baxır və ona baxan insanlara gülümsəməyə çalışır...

 

 

*** *** ***

 

Səhnə fon musiqisi: 

 

İSFAHAN... Bəylərbəyi Durmuş Xan Şamlının malikanəsi... Gecə saatlarında bir neçə qara geyimli, maskalı adamlar yaxınlıqda pusqu qururlar və gözləyirlər. Bir müddət sonra Durmuş Xan bir neçə adamı ilə malikanəyə girir. Daha sonra isə maskalıların başçısı adamlarına əmr verir. Və malikanəyə hücum başlanır...

 

 

*** *** ***

 

 

5.BÖLÜMÜN SONU

 

RƏYLƏRİNİZİ VƏ YENİ BÖLÜMLƏ BAĞLI TƏXMİNLƏRİNİZİ GÖZLƏYİRİK.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+10=
Hesaba giriş
Müəllif

Elşən İsmayıl
Haqqında
GƏNC ƏDİB VƏ KİNO İNSANI
Əlaqə
E-mail:
ismayilelshan@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0277 saniye