ÇALDIRAN – 7. BÖLÜM
Elşən İsmayıl tərəfindən "Digər yazılar" bolməsinə 16:16 13 iyul 2020 tarixində əlavə olunmuşdur

ÇALDIRAN – 7. BÖLÜM

 

“Bitməyən” bir savaşın gizli tarixindən...

 

(milli-ideoloji, tarixi pyes / ssenari)

 

 

YAZAR: ELŞƏN İSMAYIL

 

O b r a z l a r:

 

ŞAH İSMAYIL SƏFƏVİ / XƏTAİ – Azərbaycan Səfəvilər Dövlətinin hökmdarı, Türk soylu Şah, şair, incəsənət xadimi

YAVUZ SULTAN SƏLİM – Osmanlı imperatoru, Türk soylu Sultan

 

 

*** *** ***

 

MEHMET – Osmanlı kəşfiyyatçısı, Qəmbər Əlinin köməkçisi

BANUNUR - Ərdəbil valisinin qızı, “Bacılar” adlı gizli təşkilatın üzvü

QƏMBƏR ƏLİ – Yavuz Sultan Səlimin xüsusi təyinatlı müxbiri, Osmanlı kəşfiyyatçısı

ŞEYX – “Müqəddəs Ali Ocaq” adlı gizli qurumun rəhbəri

“DİLSİZ” ŞAMAN - mağarada yaşayan bir Şaman

 AĞA DƏRVİŞ – Təbrizli bir Dərviş

 

 

*** *** ***

 

 TACLI BƏYİM – Şah İsmayılın xanımı, “Bacılar” adlı gizli təşkilatın başçısı

 AİŞƏ HAFİZƏ SULTAN – Sultan Səlimin xanımı

 

 

*** *** ***

 

HÜSEYN BƏY ŞAMLI - Şah İsmayılın lələsi, Səfəvilər dövlətinin ilk Əmir-Əl-Ümərası (ordu başçısı) və Vəkili

MƏHƏMMƏD XAN USTACLI - Səfəvilər dövlətinin Diyarbəkir bəylərbəyi və Əmir-Əl-Ümərası (ordu başçısı) (1510-1514)

DURMUŞ XAN ŞAMLI - Səfəvilər dövlətinin İsfahan bəylərbəyi

HERSEQLİ ƏHMƏD PAŞA – Osmanlı sədrəzəmi (1 avqust 1512 — 28 noyabr 1514)

QOCA MUSTAFA PAŞA - Osmanlı sədrəzəmi (6 yanvar 1512 — 23 noyabr 1512)

MALKOÇOĞLU TURƏLİ BƏY – Osmanlı sancaq bəyi, ordu başçısı

ŞAHZADƏ SÜLEYMAN - Sultan Səlimin oğlu, şahzadə, ordu başçısı

 

 

*** *** ***

 

HƏMDULLAH FARSİ – Səfəvi dövlətində yazı işlərinə baxan adam, ənənəvi “Mirzə” ləqəbli adamlardan

ABDULLAH ƏL-VAHAB – Osmanlıda dini idarələrdə çalışan adamlardan biri, “Üləma” köməkçilərindən

FİRUZ XOMEYNİ – Səfəvi dövlətində maliyyə işlərindən sorumlu məmur

ƏBU XİLAF ƏL-BAĞDADİ – əsli Bağdadlı olan Osmanlı taciri

VENESİYA KRALI

ROMA PAPASI

 

 

*** *** ***

 

 

Qeyd: bu əsərdə iştirak edən obrazlar və baş verən hadisələr tarixlə əlaqəli olsa da, süjet xəttinə uyğun olaraq yazar tərəfindən müəyyən əlavələr də edilmişdir. Pyes sırf tarixi mahiyyət daşımır, milli-ideoloji təbliğat və əyləncə məqsədiylə yazılmışdır. Baş verə biləcək hər hansı yanlış anlaşılmalara görə, öncədən sizlərdən üzr istəyirik. Məqsədimiz xalqımızı milli birliyimizə dair çağırışa səsləmək və şanlı tariximizin verdiyi ilhamla maraqlı bir əsər yaratmaqdır. Xoş oxular...

 

 

*** *** ***

 

(Oxuyarkən əsərdən film kimi zövq almaq istəyirsinizsə, o zaman hər bir səhnənin əvvəlində sizə təqdim etdiyimiz linkdəki fon musiqisi ilə birlikdə oxumağı tövsiyə edirik.)

 

 

*** *** ***

 

Səhnə fon musiqisi: 

İSFAHAN... Bir zindan... Firuz Xomeyni Durmuş Xan və adamlarının yanında...

DURMUŞ XAN ŞAMLI: (qəzəbli) Ali Səfəvi Dövlətinin sənə verdiyi dəyərə layiq ola bilmədin, Firuz Xomeyni! Əminəm ki, Şahımız və Uca Divanımız sənin haqqında lazımi qərarı verəcəkdir!

Firuz Xomeyni ətrafa böyük təlaş və qorxu ilə baxır.

FİRUZ XOMEYNİ: (qorxu içində) mən heç nə etməmişəm. Kimsə mənə tələ qurub...

DURMUŞ XAN ŞAMLI: (əsəbi halda gülümsəyərək) əsl tələni bizə sən qurdun, Firuz Xomeyni! Bilmirəm özünüzü nə zənn etdiniz ki, bizi yox edə biləcəyinizi sandınız, həm də bacarıqsız adamlarınızla...

FİRUZ XOMEYNİ: (qəzəbli bir görünüşlə) heç bir şeyi sübut edə bilməzsiniz. Siz sadəcə məni öldürməyə bəhanə axtarırsınız. Niyə bilmirəm, amma əminəm ki, Şahımız bu barədə xəbərsizdir. (qorxduğu halda belə gülümsəyən bir sima verir)

DURMUŞ XAN ŞAMLI: (hirslə gülümsünərək) indi bu daş divar sənin üçün saraydan daha yaxşı olacaqdır. Otur və düşün. Etiraf edə biləcəyini düşünmək üçün kifayət qədər vaxtın var. (ciddi) Şahımızı xəbərdar etdim, hər şey qaydasında olacaq - etiraf etsən bəlkə daha məqbul bir cəza ala bilərsən.

FİRUZ XOMEYNİ: (qəzəbli görünüşlə) mənim danışacağım bir şey yoxdur, Durmuş Xan!

DURMUŞ XAN ŞAMLI: elə olsun onda, eybi yoxdur! Səfəvi dövlətinin ədaləti hər şeydən üstündür! Bunu gec-tez öz gözlərinlə görəcəksən!

Baxışırlar ... Durmuş Xan və adamları zindanı tərk edir ... Firuz Xomeyni əlini saqqalına qoyur və düşünür ...

 

 

*** *** ***

 

Səhnə fon musiqisi: 

ŞİRAZ yaxınlığı... Köhnə bir bina... Həmdullah və bir neçə adamı bir yerə toplanır...

HƏMDULLAH FARSİ: (düşüncəli) illərdir təşkilatımız Türklərə heç bir açıq vermədən irəliləyir, əlbəttə ki, kiçik uğursuzluqlar var idi, ancaq Firuz Xomeyni qədər bizi təhlükəyə atan olmamışdı...

Adamlardan biri: Firuz Xomeyninin danışıb-danışmayacağını düşünərək vaxt itiririk, məncə...

HƏMDULLAH FARSİ: təklifin nədir?

Adam: qaçıraq onu. Çətin iş olduğunu bilirəm, amma başqa çarəmiz yoxdur! Əks təqdirdə, hamımızın həyatı və gələcək planlarımız təhlükə altında qalacaq!

Baxışırlar. Hamı sonda Həmdullaha baxır...

HƏMDULLAH FARSİ: düz deyirsən, qaçıraq. Ancaq uğursuz olsaq, Şah İsmayılın qarşısına aparılmadan əvvəl bir yol tapıb onu öldürməliyik! Qısa müddət ərzində rəhbərimizlə də görüşüb onunla bu iş barəsində danışacağam. Hələlik, Firuzu qaçırmağa çalışın.

Adamlar təzim edib qalxırlar. Həmdullah təsbehini çevirərək düşünür...

 

 

*** *** ***

 

Səhnə fon musiqisi: 

BİR NEÇƏ GÜNDƏN SONRA ... Durmuş Xan, Səfəvi məmurları, əsgərlər və Firuz Xomeyni birlikdə Təbrizə doğru yola çıxırlar...

 

 

*** *** ***

 

Səhnə fon musiqisi: 

TƏBRİZ... Həmdullah Farsinin evi... Həmdullah Saraya getməyə hazırlaşarkən bir adam otağına girib icazə istəyir və danışır.

Adam: ağam, xəbər gəldi. Durmuş Xan Şamlı və adamları Təbrizə yola düşüblər...

HƏMDULLAH FARSİ: (qəzəbli və sakitcə üzünü əks tərəfə çevirib düşüncəli şəkildə baxır) şübhəsiz ki, bir yerdə dincəlmək üçün dayanacaqlar. O anı gözdən qaçırmayaq. (üzünüzü çevirir) adamlarımıza deyin, fürsəti əldən verməsinlər. Firuzu qaçırmaq üçün hər an lazımlı ola bilər.

Adam: baş üstə, ağa... (çıxır)

HƏMDULLAH FARSİ: (pəncərədən baxaraq, öz-özünə) Türklər çox ağıllı olduqlarını düşünürlər. Ancaq nə olursa olsun, həmişə farsların fırıldaqlarına və oyunlarına qarşı müdafiəsiz olacaqlar. Əlbəttə ki, bir gün farslar Türkləri məğlub edib bu dövləti də ələ keçirəcək! O gün gəldiyi zaman hətta onlara öz dillərində danışmağı belə qadağan edəcəyik!

 

 

*** *** ***

 

Səhnə fon musiqisi: 

TƏBRİZ-ə yaxın bir kənd ... Gecə bir neçə quldur dəstəsi Səfəvi düşərgəsinə basqın etmək üçün hərəkətə keçir... Durmuş Xan və adamları mümkün ola biləcək hücum üçün ehtiyat planları qururlar. Buna görə də ilk hücum nəticə vermədən aradan qaldırılır. Sonra başqa bir hücum olur və bu dəfə Firuzun bir neçə kilometr məsafədən qaçmaq imkanı yaranır... 

 

 

*** *** ***

 

Səhnə fon musiqisi: 

ƏRDƏBİL... Şeyx və Banunur qədim bir məbəddə görüşürlər... 

ŞEYX: (düşüncəli və o qədər sakit) əvvəllər "Bacılar"-dan heç kim evlənməz və həyatlarını dövlətə, millətə bəxş edərlərdi. İndi hər şey dəyişib əlbəttə ...

BANUNUR: (duyğusal) mən Mehmeti çox sevirəm, Şeyxim! Ancaq dövlətimizə də canım qurban! Necə lazımdırsa, elə də edərəm, illərlə əzab çəksəm belə...

Banunur üzünü çevirib için-için ağlamağa başlayır. Şeyx bunu anlayır.

ŞEYX: narahat olacağın heç nə yoxdur. Ancaq sənin və Mehmetin önəmli vəzifələriniz var. Buna görə çox, daha çox diqqətli olmalısan!

Banunur sevinclə Şeyxi qucaqlayır.

BANUNUR: əgər (duyğusal) razılığınız olmasaydı bu sevgini qəlbimdə gizlətməyə çalışacaqdım. Çox sağ olun!

ŞEYX: (nurani baxışlarla gülümsəyir) bizim təməlimizdə sevgi var, qızım! Min illər boyu dəyişməyən təriqətimiz və adət-ənənələrimiz bunu əmr edir!

Aralanırlar.

ŞEYX: səbr et! Bu günlərdə dövlətimizin təhlükəsizliyi üçün çox diqqətli olmalıyıq! Sizə də yeni tapşırıqlar verəcəyik!

BANUNUR: (baş əyərək) əmrinizi gözləyirəm, Şeyxim! İstədiyinizi edərəm!

Şeyx məmnuniyyətlə gülümsəyir... 

 

 

*** *** ***

 

Səhnə fon musiqisi: 

TƏBRİZ... Durmuş Xan Şahın hüzuruna çıxır...

DURMUŞ XAN ŞAMLI: (narahat və təlaşlı) üzr istəyirəm, Şahım. Xaini qaçırdılar.

ŞAH İSMAYIL SƏFƏVİ: (sakit olmağa çalışır) heç bir problem yoxdur! Gec-tez yaxalayırıq! İndi nəzərdən keçirməyimiz lazım məsələ farslarla bağlı nə edəcəyimizdir.

DURMUŞ XAN ŞAMLI: (sanki bir az rahatlaşır) necə yəni, Şahım?

ŞAH İSMAYIL SƏFƏVİ: (əllərini taxtına söykəyərək) bu farslar illərdir Şimalda və Cənubda müxtəlif oyunlar oynayırlar. Bəzi məsələləri bilsək də, çox şeydən xəbərsizik. Təəssüf ki, dövlətimizin gücü onların hiyləgər planlarını dəf edə bilmir. Xilafət dağılandan bəri bir dövlət qura bilməyən farslar bizə qarşı çox məkrli və xain planlar quraraq irəliləyirlər. Məqsədləri dövlətimizi ələ keçirmək və millətimizi əsir götürməkdir. Amma əlbəttə ki, biz buna əsla imkan verməyəcəyik!

DURMUŞ XAN ŞAMLI: tədbir görə bilərik (baş hərəkəti ilə icazə almaqla), Şahım. Ancaq hal-hazırda Osmanlılarla vəziyyətimizi nəzərə alsaq, farslara qarşı sərt addımlar atmaq dövlətin təhlükəsizliyi üçün çox təhlükəli bir vəziyyət olar. Hər yerdə üsyan başlaya bilər, səlibçilərin dənizdən hücumu da anbaan gözlənən məsələdir.

ŞAH İSMAYIL SƏFƏVİ: (düşüncəli) bilirəm, Kəngər Körfəzini istəyir, şərəfsizlər! (yumruqlarını sıxır)

DURMUŞ XAN ŞAMLI: ona görə deyirəm, Firuzu meydanda - xalqın gözü qarşısında edam edək - hamı üçün dərs olsun! Qoy həm Türklər, həm də farslar qüdrətinizi və ədalətinizi bir daha görsünlər! Sonra ən azı bir müddət heç kim xainliyə cürət etməz.

ŞAH İSMAYIL SƏFƏVİ: (düşünür) bu məsələni Uca Divanda müzakirə edəcəyəm! Məqbul bir qərar veriləcəyinə əminəm!

Durmuş Xan əyilib icazə istəyir. Şah İsmayıl ayaqları altına sərilmiş xəritə şəkilli xalçaya diqqətlə baxır.

ŞAH İSMAYIL SƏFƏVİ: (öz-özünə, sərt tonla) farsların son qalasını - Şirvanşahları tamamilə məhv etməyin vaxtı çatıb!

 

 

*** *** ***

 

Səhnə fon musiqisi: 

ŞİRAZ... İki nəfər gecə qədim bir köşkdə görüşür. Biri Həmdullah Farsi, digəri qara kapşonlu bir qoca...

HƏMDULLAH FARSİ: zatı aliləri, son qərarınız nədir? Firuzu keçirməyə gedirik?

Qoca: (ağır tonda) Firuz Xomeyni öz əlləri ilə millətimizə və təşkilatımıza xəyanət etdi. (sərt) Onun qətli artıq vacibdir. Ancaq onu Türklər deyil, biz öldürməliyik ki, Türklər bizim hansı gücə sahib olduğumuzu başa düşsünlər və digər adamlarımız da xəyanəti və məğlubiyyəti bağışlamayacağımızı yenidən xatırlasınlar.

HƏMDULLAH FARSİ: narahat olmayın (yaltaqlıq edərək), zatı aliləri. Böyük Səlcuqlunu məhv etdiyimiz kimi, Səfəvilərin də məğlubiyyətinə bir yol tapacağıq!

Baxışırlar...

 

 

*** *** ***

 

Səhnə fon musiqisi: 

TƏBRİZ... Bir neçə gündən sonra... Firuz yenidən tutulur və meydanda - hər gözün qarşısında - Şah İsmayıl və bütün dövlət xadimləri, xalqın yanında mühakimə olunur...

ŞAH İSMAYIL SƏFƏVİ: (hirsli və qəzəbli) dövlətinizə xəyanət etdin! Uca Divanımız və əsas gücümüz - Ali Xalqımız sənə layiqli cəzanı verəcəkdir. Son dəfə danışmaq hüququn var!

FİRUZ XOMEYNİ: (Şaha doğru nifrətlə baxaraq) Ey Türk, bu gün güclü olduğuna görə həmişə belə qalacağını düşünmə! Nə vaxt ki, şəxsi mənafeyiniz milli dəyərlər, vətən və millətindən üstün olacaq, bax o zaman sizi məğlub edəcəyik! Öz dövlətimizi qura bilməsək də, səhvlərinizi güdərək sizi səkkizayaqlı ilbiz kimi saracağıq. Qəflətə düşdüyünüz an ölüm hökmünüzə imza atacaqsınız. Bu gün bir Xomeyni ölsə belə, zaman gələcək yeni bir Xomeyni gələcək, sonra da sizlər öz dilinizdə danışmağa icazə istəyəcəksiniz!

Şah İsmayıl bərk qəzəblənir və qılıncını belindən çıxarır. Firuz Xomeyninin qarşısına gəlir.

ŞAH İSMAYIL SƏFƏVİ: (qəzəbli vəziyyətdə qılıncını qaldırır) qoy bütün farslar sizə qarşı mənim Böyük Xaqan Teymurdan daha qəddar ola biləcəyimi bilsin. And olsun bizi Yaradana, soyunuzu yer üzündən silənə qədər vuruşar, axırıncı şəxsinizi də bağışlamaram! Sizlər gec-tez qəbul edəcəksiniz ki, Azərbaycan mərkəzli Böyük Türk imperatorluğunun ərazisində yaşayan kiçik bir toplumdan başqa bir şey deyilsiniz! Siz farslar heç vaxt Türkü məğlub edə bilməyəcəksiniz! Mən və bütün sülaləm buna heç vaxt imkan verməyəcəyik! Çünki mən Şah İsmayıl Səfəvi Türk oğlu Türkəm!

Şah qılıncını Firuzun başına vurmaq istəyərkən uzaqdan naməlum bir yerdən gələn qəfil bir ox onu (Firuzu) öldürür. Meydanda xaos yaranır və ikinci ox Şahı qolundan yaralayır ...

 

 

*** *** ***

 

Səhnə fon musiqisi: 

BİR NEÇƏ AYDAN SONRA ... 1513 ... Şah İsmayıl və Sultan Səlim Osmanlı-Səfəvi sərhədindəki gizli bir keçiddə görüşürlər ...

ŞAH İSMAYIL SƏFƏVİ: (ciddi) hər şeyi həll etməyin vaxtı gəldi, Yavuz Sultan Səlim!

YAVUZ SULTAN SƏLİM: (ciddi və sakit) bəli, Şah! Səni qarşımda görməkdən çox məmnunam! Əlbəttə hər şeyin çarəsi var!

Qarşılıqlı gülümsəyirlər ... Qədim Türklər kimi yerdə oturub çörəyi bölüb düz və soğan ilə yeməyə başlayırlar. Sonra qədim bir içkini qarşılıqlı içirlər və söhbətə davam edirlər ...

 

 

*** *** ***

 

7. BÖLÜMÜN SONU

 

RƏYLƏRİNİZİ VƏ TƏKLİFLƏRİNİZİ GÖZLƏYİRİK…

 

XOŞ İSTİRAHƏTLƏR…

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
8+13=
Hesaba giriş
Müəllif

Elşən İsmayıl
Haqqında
GƏNC ƏDİB VƏ KİNO İNSANI
Əlaqə
E-mail:
ismayilelshan@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0232 saniye